Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:51

Zakir Nəsirovun vəkili Avropa Məhkəməsinə müraciət edəcəklərini deyir


Hacı Məmmədov və digər dəstə üzvləri ağır cinayətlərdə ittiham olunurlar
Hacı Məmmədov və digər dəstə üzvləri ağır cinayətlərdə ittiham olunurlar

Noyabrın 28-də Apellyasiya Məhkəməsi Hacı Məmmədov və digər təqsirləndirilən şəxslər barədə son prosesini keçirib.


Hakim Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qismən dəyişdirib.


Novruz Nuriyevin cəzasını 12 ildən 11 ilə endirilib, Kamil Səddrədinovun qaynanasına məxsus mənzilin müsadirə qərarının ləğv edilməsi haqqında qərar çıxarılıb. Digər şəxslər barədə məhkəmə hökmü qüvvədə qalıb.


Zakir Nəsirovun Rövşən Əliyevin oğlunun qətlini sifariş verməsi ilə bağlı Hacı Məmmədovun verdiyi açıqlama yenidən istintaqa veriləcək.


Zakir Nəsirovun vəkili Adil İsmayılov «Azadlıq» radiosuna bildirib ki, onlar qərardan Ali Məhkəməyə müraciət etməyə hazırlaşırlar. Vəkil deyib ki, bundan sonra məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət olunacaq.


Hacı Məmmədov və digərləri haqqında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə bu ilin yanvarın 16-da hökm verib.


Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən dəstə üzvləri adam oğurluğunda, qətllər törətməkdə və s. ağır cinayətlərdə ittiham olunurlar.


XS
SM
MD
LG