Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:04

Makkeyn respublikaçıların vahid namizədinə çevrilmək üzrədir


Ekspertlər Makkeynin respublikaçıların vahid namizəd olacağına şübhə etmirlər
Ekspertlər Makkeynin respublikaçıların vahid namizəd olacağına şübhə etmirlər

Respublikaçıların Cənubi Karolinada keçirdikləri ilkin seçkilərdə senator Con Makkeyn qalib gəldikdən sonra, o, konservativ düşərgənin liderinə çevrilib. Bu seçkilərdə bütün resurslarını tükəndirmiş Mayk Hakkabi və Fred Tompson seçki kampaniyalarını davam etdirsələr də, Amerika mediası onların şanslarını bitmiş hesab edir.


Digər güclü respublikaçı namizədlər Mit Romni və Rudolf Culiani Florida ştatında Con Makkeynə iri döyüş verməyə hazırlaşırlar, lakin Amerikadakı siyasi müşahidəçilər Con Makkeynin şanslarını daha üstün qiymətləndirirlər. Bu nəticələrin əsasında o fikir dayanır ki, seçki kampaniyasında seçicilərin dəstəyini itirməyə başlamış Mayk Hakkabi və Fred Tompsonun sosial bazaları Con Makkeynin sosial bazası ilə eyniyyət təşkil edir və bu namizədlərin tədricən ortadan çıxması hazırda onsuz da sorğularda liderlik edən Makkeynin səslərini bir qədər də artırır.



CNN və konservativ Foks telekanalının siyasi ekspertlərinin rəyinə əsasən yanvarın 29-da Florida ştatında keçirilən ilkin seçkilərdə də Makkeyn qələbə çalsa, bu halda onun respublikaçılar partiyasının vahid namizədi olacağı şübhəsizdir

CNN və konservativ Foks telekanalının siyasi ekspertlərinin rəyinə əsasən yanvarın 29-da Floridaştatında keçirilən ilkin seçkilərdə də Makkeyn qələbə çalsa, bu halda onun respublikaçılar partiyasının vahid namizədi olacağı şübhəsizdir.


Demokrat düşərgəsində Hillari Klinton liderliyi saxlasa da, digər demokrat namizəd Barak Obamanın kampaniyası kifayət qədər güclüdür. Bir qədər əvvəl Nevada ştatında keçirilmiş ilkin seçkilərdə Hillari Klinton qələbə qazansa da, səslərin bölüşdürülməsi zamanı tətbiq olunan mürəkkəb sistem daha çox nümayəndəliyi Barak Obamaya vermişdir.


Xatırladaq ki, Amerikanın seçki sisteminə görə hər ştat əhalisinin sayına uyğun olaraq ümumi partiya konqresinə müəyyən sayda nümayəndə göndərir və həmin ümumi partiya konqresində daha çox nümayəndənin səsini qazanmış partiya namizədi vahid namizədə çevrilir. Həmin sistemə görə Nevadada 25 nümayəndə yeri səsverməyə qoyulmuşdu və Hillari Klinton 51%, Barak Obama isə 45 % səs toplamışdı. Lakin yerli dairələrin quruluşuna görə 13 nümayəndə yerini Barak Obama, 12-ini isə Hillari Klinton götürmüşlər. Hazırda Hillari Klintonun seçki qərargahı bu bölgüdən şikayət edərək bu nəticələrin dəyişməsinə çalışır. Lakin Nevadadakı seçkilərin nəticələrindən asılı olmayaraq, Hillari Klinton nümayəndələrin sayına görə Barak Obamadan kifayət qədər irəlidədir.


Yanvarın 23-də demokratlar partiyası Cənubi Karolinada ilkin seçki keçirəcəkdir. Hələlik sosioloji sorğulara görə Barak Obama azacıq Hillari Klintondan irəlidədir. Yanvarın 23-də Cənubi Karolinada və yanvarın 29-da Floridada keçiriləcək ilkin seçkilər demokratik düşərgədə Klinton-Obama qarşıdurmasına əhəmiyyətli dərəcədə aydınlıq gətirəcək.


XS
SM
MD
LG