Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

Jurnalisti izləyənlərdən birinin fotorobotu hazırlanıb


«Aqil Xəlil bıçaqlanan zaman qan itirdiyi üçün bir az halsızdır»
«Aqil Xəlil bıçaqlanan zaman qan itirdiyi üçün bir az halsızdır»

Martın 14-ü axşam Bakı şəhər Baş Polis İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi xəstəxanada jurnalist Aqil Xəlildən ifadə alıb.


Bu barədə «Azadlıq» radiosuna «Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib.


O deyir ki, jurnalisti izləyən şəxslərdən birinin fotorobotu hazırlanıb:


«Hücum edənlərdən birini Aqil tanıyır. Bu adam təxminən iki həftə ərzində Aqilin bütün hərəkətlərini izləyirdi. A. Xəlil onu təsvir edib və o adamın təxmini fotorobotu tərtib olunub».


Martın 13-ü axşam saatlarında naməlum şəxslər «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlili bıçaqlayıblar.


Bundan əvvəl - fevralın 22-də bir qrup şəxs «Zeytun bağı» adlanan yerdə A. Xəlili döymüşdü. Həmin vaxt o, qanunsuz ağac kəsən şəxslərin şəklini çəkirdi.


XS
SM
MD
LG