Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Aqil Xəlilin valideynləri yeddi saat dindirilib


Valideynlərin prokurorluğa çağırılması istin- taqda A. Xəlilə təzyiq göstərilməsi ilə bağlıdır
Valideynlərin prokurorluğa çağırılması istin- taqda A. Xəlilə təzyiq göstərilməsi ilə bağlıdır

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin valideynləri və qardaşı aprelin 18-də Kürdəmir rayon prokurorluğunda ifadə veriblər. Bu barədə «Azadlıq» radiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.


Vəkil deyib ki, valideynlərin prokurorluğa çağırılması istintaqda Aqil Xəlilə təzyiq göstərilməsi ilə bağlı olub.


«Bununla əlaqədar araşdırma aparılıb. Baş prokurorun köməkçisi Azər Əsgərov da bu məqsədlə Kürdəmirə gedib. O, Aqil Xəlilin valideynlərini və qardaşını saat 12-dən axşam 7-yə kimi dindirib»-, deyə vəkil bildirib .


Elçin Sadıqov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevi məhkəməyə verib. Vəkil ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir və müstəntiqin cəzalandırılması ilə yanaşı, kompensasiya ödəməsini də tələb edir.


İki dəfə hücuma məruz qalan və ürək nahiyəsindən bıçaqlanan Aqil Xəlil də prokurorluqda dindirilmə zamanı ondan zorla ifadə alındığını, döyüldüyünü bildirir.


Respublika Prokurorluğu mətbuata verdiyi açıqlamada isə jurnalistin dediklərini təkzib edir və onun homoseksuallar tərəfindən bıçaqlandığını iddia edir.


XS
SM
MD
LG