Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:04

Əbülfəz Elçibəy 70 yaşında


Azərbaycan xalq hərəkatı başlayanda Elçibəy onun öndərlərindən biri oldu
Azərbaycan xalq hərəkatı başlayanda Elçibəy onun öndərlərindən biri oldu

Ötən əsrin 80-ci illərin sonunda başlanmış Azərbaycan xalqının azadlıq hərəkatının liderlərindən biri, Xalq Cəbhəsi Partiyasının sədri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin 70 yaşı tamam olur.


O, 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.


Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. Tarix elmləri namizədi alimlik dissertasiyasının müdafiə edib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb. BDU-da, Milli Elmlər Akademiyasında işləyib.


O, millətçilik ittihamı ilə 1975-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilib.


1988-ci ildə Azərbaycan xalq hərəkatı başlayanda Elçibəy onun öndərlərindən biri oldu. O, silahdaşları ilə birgə Azərbaycan Xalq Cəbhəsini yaradır və ömrünün sonuna kimi bu təşkilatın sədri olur.


7 iyun 1992-ci ildə isə Azərbaycanın prezidenti seçilir. Keçmiş sovet respublikaları arasında birinci olaraq Rusiya ordusunun Azərbaycandan çıxarılması onun hakimiyyəti dövründə baş tutub. Həmçinin ali məktəblərə test üsulu ilə qəbulun keçirilməsi də onun adı ilə bağlıdır.


1993-cü ildə dövlət çevrilişindən sonra o, doğulduğu Kələki kəndinə getməli olur. 1997-ci ildə Bakıya qayıdan Elçibəy yenidən siyasi fəaliyyətə başlayır.


Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə - 63 yaşında Ankarada vəfat edir. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.


XS
SM
MD
LG