Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:39

Süleyman Sani Axundov. Əşrəf


Sevimli şagirdim Əşrəf Babayeva ithaf

Hacı Səməd şam namazını yenicə qılıb qurtarmışdı.

Məhəmməd və Fatma da yemək otağında nazik və həzin bir səslə “Mən bir türkəm1, elim-obam uludur” mahnısını oxuyurdular.

Hacı Səməd müddət onlara qulaq asıb, sonra içəri girdi.

Uşaqlar dərhal səslərini kəsib, ayağa qalxdılar. Hacı Səməd dedi:

- Nə gözəl mahnıdır! Nə gözəl sözlərdir: “İnsan olan vətəninin quludur!..” Bu mahnı, övladlarım, bir gözəl qəhrəman çocuğun hekayəsini yadıma saldı.

Uşaqlar atalarından bunu eşitcək cəld dedilər:
- Ata, təvəqqe edirik bu hekayəni bizə söyləyəsən!..
- Yaxşı, övladlarım, soylərəm, çünki söyləməli bir hekayədir. - Hacı
Səmədin arvadı çay töküb, onun qabağına qoydu. Hacı Səməd de çaydan bir neçə
qurtum içib başladı: - Otuz sənə bundan əqdəm Qara dəniz kənarında yapılmış bir
şəhərdə Hacı Kazım namında bir tacir sakin idi. Bu tacir İstambul ilə güclü xəlçə
alış-verişi edirdi. Hacı Kazımın çox övladı təvəllud etmiş idisə də, cümləsi qırılıb,
tək bircə on səkkiz yaşında Əlimərdan adlı oğlu qalmışdı. Əlimərdan çox gözəl
oğlan idi. Ancaq alış-veriş etməyi sevməyirdi və bir də çox pul tələb edərdi. Atası
ha istəyirdi ki, onu evləndirsin, amma Əlimərdan bu əmrdən boyun qaçırırdt. Atası
çox təkid edib deyəndə ki, oğlum, evimiz arvad tərəfindən sahibsiz qalmışdır, anan
öləndən sonra nökər-qulluqçu ümidinə qalmışıq, evlən, evimiz qaydaya düşsün...
Əlimərdan onun sözünü kəsmək üçün deyərdi:
- Yaxşı, ata, evlənməyə hazıram, ancaq gərək evləndiyim qız tərbiyəli,
oxumuş ola: hərgah şəhərimizdə belə qız varsa, bu saat nigahını oxut.
Bunu dedikdə, Əlimərdan yaxşı bilirdi ki, şəhərlərində belə qız yoxdur. Ancaq
bu cür hiylə ilə atasını sakit etmək istəyirdi. Hacı Kazım özü də bilirdi ki, bu söz oğlu tərəfindən bir bəhanədir, çünki Əlimərdanın özü elmsiz bir cavan idi. Üç-dörd il məktəbdə oxuyub, ancaq ana dilində bir az savad qazanmış idi. Hacı Kazım oğlunun bu barədə də sözünü kəsmək üçün oxumuş qız arayırdı. Həmin şəhərdə Hacı Kazım ilə həmsinn Cəmaləddin ismidə bir mülkədar yaşayırdı. Cəmaləddin nəcib şəxslərin biri idi. Onun ata-babası öz zamanlarında böyük bir mülkə sahib olmuşdular, ancaq knyaz Cəmaləddinin vaxtında o böyük mülk tələf olub, bir cüzi hissəsi qalmışdı ki, onun ilə də knyaz özünü və övrətini bir tövr ilə saxlayırdı. Knyazın övrəti Kamilə xanım Anatollu Tofiq Paşanın qızı idi. Kamilə xanımın, ana tərəfindən Cəmaləddinə qohumluğu çatırdı.

Hacı Kazım ilə knyaz Cəmaləddin cavanlıqdan bir-birilə dost idilər. İndi isə
dostluqları daha da möhkəmləşmişdi. Hacı Kazım oğlunun, guya tərbiyəli qız
tapmamaq səbəbinə evlənməkdən baş qaçırtmasını dostu Cəmaləddinə söyləmişdi.
O da Əlimərdan istədiyi qızı tapmağa söz vermişdi. Amma buna Hacı Kazımın
ümidi yox idi, cünki uşaqdan böyüyə kimi şəhərlərinin hamı adamlarını tanıyırdı:
oğlu istədiyi qız orada yox idi, amma bu xeyir işə bir ittifaq səbəb oldu: üç gün idi
ki, Kamilə xanımın bacısı Nəcibə xanım ona qonaq gəlmişdi. Kamilə və Nəcibədən
başqa Tofiq paşanın üç oğlu və iki qızı da var idi. Bu böyük külfəti ancaq öz
təqaüdi ilə dolandırırdı və onlara lazımınca tərbiyə vermişdi.
Kamilə xanım atasının qocalığını və qardaşlarının körpəliyini mülahizə edib
Əlimərdana getməyini Nəcibəyə təklif etdi, o da bu təklifi qəbul etdi. Atasının
razılığına Kamilənin şübhəsi yox idi. Məktub vasitəsilə yazıb, Nəcibənin izinini
istədi.
Hacı Kazım bu işə artıq dərəcədə şad idi və oğlunun da belə nəcib şəxslər ilə
qohum olmağa razı olmasına şübhəsi yox idi. Bu səfər hacının zənni düz oldu:
Əlimərdan bu əmrə şadlıqla razı oldu. Tezliklə Nəcibə xanımın atasından da razılıq
məktubu gəldi. Hacı Kazım çox böyük cah-cəlal ilə oğlunun toyunu etdi.
Nəcibə on yeddi yaşında qayət, gözəl bir anatollu qızı idi. Gözəlliyi dərəcəsində
də elm və tərbiyə almışdı.
Nami qoyulmuş "Nəcibə"liyi hər bir əsərindən aşkar olurdu. Əlimərdan
Nəcibəni ürəkdən sevib onun təsir göstərməyi ilə bir az müddətdə cəmi fəna
əməllərini bilmərrə tərk etdi. Bu iki cavanın bir biri ilə olan gözəl rəftarı və dolanacaqları şəhər cavanları üçün dərs olmuşdu.

Tarix hicrinin 1303-də, baharın əvvəlində, Nəcibədən hekayəmizin qəhrəmanı
Əşrəf təvəllüd etdi.
Əşrəfin dünyaya gəlməsi babası Hacı Kazımın qəflətən vəfat etməsinə səbəb
oldu. Belə ki, Hacı Kazımın Həsən adında bir qoca xidmətçisi vardı. Bu xidmətçi
Əlimərdana lələlik etməyinə görə hamı ona Həsən lələ nami verib çağırardı. Həsən
lələ Əlimərdanı çox istəyirdi və onun böyüyüb, indi evli kişi olmasını əsla nəzərə
almayıb, yenə də lələlik vəzifəsindən əl götürməyirdi. Hacı Kazım Həsən lələyə
dəmişdi ki, hərgah Əlimərdanın oğlu olsa, ona da lələ olacaqsan. Bu da Həsən
lələni nəhayət dərəcədo şad etmişdi. O idi ki, Həsən lələ hamıdan tez Nəcibə
xanımın oğlan doğmasını bilib Hacı Kazıma müjdə verməyə qaçdı. O zaman Hacı
Kazım bazardan evə gəlirdi. Qapıya çatdıqda Həsən lələ təngnəfəs bu xəbəri ona
verdi. Hacı Kazımın bu şadlıq xəbərindən ürəyi çatlayıb öldü və intizarını çəkdiyi
nəvəsini görmədi. Bu ittifaq cümləni, ələlxüsus Həsən lələni məyus edib, şadlıqdan
qoydu, o özünü bu barədə müqəssir hesab edib deyirdi:
- Hərgah mən şadlıq xəbəri ona verməsə idim, onun bağrı çatlayıb ölməzdi.
Atasının vəfatından sonra Əlimərdan ticarət işini baş xadimi Əzimə tapşırıb,
özü gününün çoxunu evdə keçirməyə başladı.
Əşrəf böyüyüb, yaşı altıya yaxınlaşdı. Bu, çox gözəl, sağlam və sevimli bir
uşaq idi. Nəcibə xanımın elm tərbiyə verməkdə nə dərəcədə qabilə və ustad bir ana
olmağı oğlunun gözəl hüsnü və əxlaqından görünürdü. Əşrəf izinsiz heç bir şeyə əl
vurmazdı, söyüş kimi fəna xasiyyətlər əsla onda yox idi. Dili qayət şirin idi. Sağ
yanağında böyük bir xalı var idi; gülən zaman bu xal üzünün çuxuruna düşüb, ona
xeyli məlahət verirdi. Ata-anası Əşrəfi çox istəyirdi. Hər gün ona cürbəcür libas
geyindirib gəzdirirdilər. Atası onun üçün balaca ikitəkərli fayton və bir eşşək
almışdı. Həsən lələ eşşəyi faytona qoşub, gündə Əşrəfi şəhərdə gəzdirərdi. Şəhər
əhlinin əksəri onu tanıyıb əzizlərdi. Əlimərdan tanışlarına gülə-gülə deyərdi:
- Şəhər uşaqları arasında mən bir məşhur adam olmuşam; onlar harada məni
görsələr, "Odur Əşrəfin atası gedir", - deyib, bir-birlərinə göstərirlər.
Həsən lələyə gəldikdə xalqın Əşrəfə böylə diqqətlə baxıb nəzer yetirdiyinə və
onu tərif edib, "Nə gözəl uşaqdır"! dediklərinə çox acığı tutardı.
- Axırda birinin uşağa gözü dəyəcəkdir, - deyib Nəcibə xanıma şikayət
edərdi. O da gülüb deyərdi:
- Göz dəyməkdən qorxma, Həsən lələ, onlar yanlış sözlərdir, ancaq Əşrəfi
fəna xasiyyətli uşaqların yoldaşlığından, tərk ədəb əsərlərindən mühafizə et.
- Yox, xanım, siz bəd gözün təsirinə inanın... Mən çox ittifaqlar bilirəm, -
deyə Həsən lələ cavab verərdi.
Nəcibə xanım Həsən lələnin çox rəhmdil, saf və sadə bir qoca olmasını nəzərə
alıb, onun köhnə adətlər tərəfdarı olmasını adi bir təbiət sayırdı, ona görə də bu
barədə onun ilə artıq bəhs etməyirdi, o idi ki, bir gecə Əşrəfi soyunduranda onun
boynunda parçaya tikilmiş bir heykəl görüb dedi:
- Oğlum, bunu kim sənin boynundan asmışdır?
Əşrəf dodaqlarında təbəssümlə, iri və qara gözlərini şivə ilə kiçildib, xeyli
nəzakətlə dedi:
- Heç kəsə deməzsən ki?
- Yox, oğlum, heç kəsə demərəm, de!
- Bunu Həsən lələ asmışdır, dəmişdir ki, heç kəsə demə, bunu assan sənə
göz dəyməz.
Bu, Nəcibə xanımın oğluna verdiyi tərbiyəyə müğayir1 idisə də, bir tərəfdən
Həsən lolonin Əşrəfə olan məhəbbətini və digər tərəfdən də onun "belə olmasa ona
göz dəyər!" dediyi ilə iztirabda olduğunu nəzərdə tutub, duanı oğlunun boynundan
çıxartmadı.
Atasının vəfatından sonra Əlimərdanın ticarət işi tənəzzül etməyə başladı. Buna
da ümdə səbəb o idi ki, Əlimərdan dükanda əyləşib, ticarət etməyi əsla sevməyirdi.
Onun cavan təbiəti həmişə hərəkətdə olmaq istəyirdi. Uşaqlıqda dənizi çox sevib,
gəmiçiliyi arzu edirdi. Atasının sağlığında ticarət işini irəli aparmaq üçün tez-tez
İstambula səfər edirdi. Bu isə onun dənizə məhəbbətini daha da artırardı. İndi işi
belə görəndə, əsla sevmədiyi xəlçə alış-verişindən bilmərrə əl çəkib, arzusunu
çəkdiyi gəmiçilik fikrinə düşdü, ona görə də dükanının bütün malını satıb, bir gəmi aldı və gəmiçiliklə məşğul oldu. Əlimərdan bu işə çox şad idi. Amma Nəcibə xanım həmişə qorxuda olub, əsla rahat olmayırdı. Biçarə arvad hər dəfə dənizin fırtınası qalxanda sübhə kimi yatmayıb, dua edərdi. Belə qorxuda vaxt keçirmək Necibə xanıma təsir edib, onu gündən-günə arıqladırdı. Nə qədər ərinə yalvarıb, bu sənətdən əl çəkməsini təvəqqe edirdisə də əri qəbul etməyib rədd edirdi və deyirdi:
- Nəcibə, ölüm gələn vaxt hər yerdə olsa aparasıdır; istər rahat evdə və
istərsə də dənizdə olsun.
Nəcibə deyərdi:
- Mənim rahatlığım üçün səndən təvəqqə edirəm ki, dənizə özün
getməyəsən. Sən xidmətçilərini göndər, özün də hesaba baxarsan.
- Yox, əzizim, belə olmaz. İş sahibi gorək işinin üstündə olsun.
Görmədinmi istəkli və baş xidmətçimiz Əzim işi nə yerə yetirdi?! Qorxma, inşallah
mənə heç şey olmaz.
Bu sözlər Nəcibə xanımı rahat etməyirdi.
Əlimərdanın evi dənizin kənarında tikilmişdi. Buradan dənizin üzü göz
sürdükcə aydın görünürdü. Əlimərdan səfərdə olan zaman ana və oğlu tez-tez
eyvana çıxıb, durbinlə dənizə baxırdılar ki, görsünlər gəmiləri görünürmü.
Əlimərdanın dənizə olan məhəbbəti oğlu Əşrəfə də sirayət etmişdi. Hətta oyun
şeyləri içində gəmi, lodka, qayıq və başqa dəniz şeylərini qeyrilərindən artıq
sevirdi. Bağçalarında balaca bir göl var idi. Burada Əşrəf lodkada əyləşib, lələsi ilə
gəzirdi. Gah-gah bu göldə balıq tuturdular və çimirdilər. Əlimərdan hər dəfə
dənizdən çıxıb, evinə gələn zaman, Nəcibənin qorxusundan dənizin möhnət və
zəhmətindən əsla danışmayıb, hər yerdə onun tərifini və gözəlliyini söyləyirdi. Bu
nağıllar həmişə Əşrəfə böyük təsir edir və öz ürəyində dənizə olan məhəbbətini
daha da artırırdı. Hətta Həsən lələnin də nağddan içində dəniz xüsusunda olanlarını
artıq sevirdi. Bu məhəbbət Nəcibə xanımı qorxudurdu. Odur ki, deyirdi:
- Əşrəf, səni, fırtınalı və dəhşətli dənizə buraxmaram! Səni İstambula aparıb
"Məktəbi-hərbiyyəyə" verəcəyəm ki, oradan baban kimi "Paşa" çıxasan!
- Yox, anacığım! Mən onu istəməyirəm, mən oxuyub "kapitan" olacağam!
Özümün gəmim olacaq və Həsən lələni də orada "matros" edəcəyəm – Əşrəf
anasına bu yol ilə cavab verərdi.
Oğlunun belə cavabından Əlimərdan fərəhlənib, Nəcibəyə deyərdi:
- Nahaq yerə, əzizim, zəhmət çəkmə, oğul gerək atasının yolu ilə getsin.
Əlimərdanın gəmiçilikdə də baxtı gətirmədi. Gah gəmisi dumana düşüb, başqa
gəmilərə toqqaşırdı və sınıb onu xeyli zərərə salırdı; gah daşıdığı mala zəfər
yetirdiyi üçün onun cəriməsini verirdi. Getdikcə Əlimərdan borca düşürdü, bu
səbəbə onu fikir alırdı; ancaq işinin boylə dolaşıq olmasını Nəcibədən gizli saxlardı
ki, onu təşvişə salıb rahatsız etməsin. Həmişə Nəcibənin yanında Əlimərdan özünü
şad saxlayırdı. Nəcibə isə bunu duyurdu və bunuu üçün də keyfi açılmayırdı.
Əlimərdana tez-tez yalvarırdı ki, bu sənətdən əl götürsün. İndi Əlimərdan özü də
bu fikrə gəlmişdi. Ona görə Nəcibəyə dedi: "Nəcibə sənə söz verirəm ki, işlərimi
bir qaydaya salan kimi bu sənətdən əl götürəcəyəm". Nəcibə ərinin verdıyi bu
vədəsindən nihayətdə şad oldu.

* * *

Payızın son ayı idi. Qara dənizin ən fırtınalı bir zamanı idi. Üç gün idi ki,
dənizin nəriltisi və gurultusuna adət etməmiş şəhər əhli yata bilməyirdi. Qara
dənizin boylə adətdən xaric nəriltisini qoca kişilər də görmədiklərini söyləyirdilər.
Əlimərdanın gələn vaxtı idi. Fəqət gəlib çıxmadığı Nəcibə xanımı çox təşvişə
salırdı. Gecələr yatmayıb namaz qılır və Əlimərdanın salamat olması üçün allaha
dua edirdi. Gündüzlər də durbində dənizə baxıb, təşvişdə idi. Qara dənizin zəhmi
balaca Əşrəfi də almışdı. O, Həsən lələsinə deirdi: "Həsən lələ! Daha mən kapitan
olmağı istəmirəm!" Nəcibənin təşvişi getdikcə artırdı.
- Həsən lələ, görəsən bu necə işdir. Əlimərdan necə oldu? Üç gün bundan
qabaq gəlib çıxası idi. Bu barədə sən nə fikir edirsən?
- Qorxma, xanım, allah kərimdir, heç şey olmaz! Gəminin kapitanı təcrübəli
adamdır. Qara dənizi öz əlinin içi kimi tanıyır.
Nəcibə xanım artıq dərəcədə təşvişdə idi. Hansı gəmiçidon soruşurdularsa,
gördüm deyən yox idi. Nəhayət, "Trapezund" şəhərinə mal apardığını soraq verən
tapıldı. Həsən lələ hər gəmi gələn kimi körpüdə hazır olurdu ki, ağasından bir
xəbər bilsin. Bir axşam Həsən lələ xeyli qəmgin evə qayıtdı. Nəcibə xanım onu
görüb, artıq təşvilə soruşdu;
- Həsən lələ, nə xəbər bildin?
- Xanım, bir yaxşı xəbər bilməmişəm, ağa, nə səbəbdən isə "N" şəhərində
gəmidən mal verdiyi zaman divan, tərəfindən tutulub dustaq olmuşdur və gəminin
bəzi malları da zəbt edilmişdir, Ancaq nə səbəbə? Nə üçün? Burasını dürüst xəbər
verən yoxdur.
Bu xəbərdən biçarə Nəcibə xanım bitab olub, özündən getdi. Bu ittifaqdan üç
gün keçmiş Əlimərdan gəmisi ilə bərabər gəlib, öz şəhərinə çıxdı. Fəqət, şəhərə
çatan kimi onunla gələn divan əhli onu, kimsə ilə görüşməmiş, həbsxanaya
apardılar və bir müddət heç kəsi onun yanına qoymadılar.
Zavallı Nəcibə bu ittifaqdan xəstə olub yatırdı. Axırda Nəcibə xanıma əri ilə
görüşməyə izin verdilər. Əlimərdan arvadı ilə görüşdükdə dedi:
- Nəcibə, öz təqsirimdir ki, çəkirəm. Axır vaxtlar işlərim çox dolaşmışdı,
borclarım həddən aşmışdı. Ancaq həqiqəti səndən gizləyirdim. Bir cuhud məni
yoldan çıxartdı. Çox artıq kirayə verməklə Osmanlı torpağından Rusiyaya gəmilə
"kontraband" qaçaq malı yığdı.
Gəlib "N" şəhərinə çıxdıq. Sahibi getdi ki, axşam gəlib mahnı gəmidən
çıxartsın. Mən də yük vurduğum qeyri malları gəmidən çıxardırdım. Divan əhli
gəlib gəmini axtardı. "Kontraband" malları tutdu. Cuhud da yox oldu. Təqsiri
boynuma qoyub məni dustaq etdilər. Ancaq, Nəcibə, qəm etmə, allah kərimdir. Get
Əşrəfdən de muğayat ol.
Əlimərdanı altı ay həbsdə saxlayandan sonra məhkəmədə işinə baxdılar və onu
müqəssir edib, beş il vaxta Sibirdə, Tomsk quberniyaya göndərməyə qərar verdilər
və iki həftə möhlət verdilər ki, bütün işlərini sərəncam etsin. Əlimərdan hər şeyini
satıb, borclarını verdi və özünə də bir qədər pul qaldı. Əlimərdanın fikri sibirligini
çəkib qurtarınca Nəcibə və Əşrəfi Kamilı xanımın yanında qoymaq idi. Amma
vəfalı arvad ərindən ayrılmaq istəmədi. Kamilə xanım və əri nə qədər yalvardılar
isə də mümkün olmadı. Axırda Əlimərdan əlacsız qalıb, razı oldu. Həsən lələ də
bunlardan ayrılmaq istəmədi və dedi: mən çox dünya görmüşəm və özüm də rusca
bilirəm. Siz isə heç biriniz bilməyirsiniz, mənsiz necə dolanarsınız? Mənim sizə
xeyirdən başqa nə zərərim ola bilər? Həsən lələ bu sözdən sonra Əlimərdandan
getməyə izin istədi və onu razı elədi.
Yaym əvvəlində, yağışlı bir gündə Əlimərdan, Nəcibə, Əşrəf və Həsən lələ
gözü yaşlı, qohum-əqrəbalarından və gözəl vətənlərindən ayrılıb, vaqon ilə yola düşdülər. Vaqon axırıncı fitini verib, tərpənəndə, stansiyada bir övrət qışqırıb, ürəyi getdi. Bu övrət Kamilə xanım idi. Bacısının Sibir kimi yad və dəşhətli bir ölkəyə getməsinə zavalı arvad səbir edə bilməyirdi. Vaqonun dəmir pəncərəsindən baxan Nəcibə xanım da bacısını öylə gördükdə bitab olub, yerə yıxıldı. Əlimərdana gəldikdə, onun ürəyində olan qəm və qüssə bir mərtəbəyə çatmış idi ki, saatlarla gözünü bir nöqtəyə dikib, harada olduğunu hiss edə bilməyirdi. Və onu da belə fikrə salan arvad və oğlu idi. O fikir edirdi ki, Sibir kimi soyuq bir vilayətdə, cənub qönçəsi Nəcibə və Qafqaz çiçəyi Əşrəf necə dolanacaqlar?!

Əşrəf ata-anası kimi qəmgin deyildi. Çünki Həsən lələnin deməsi ilə Əşrəf öylə
bilirdi ki, özgə vilayətə köçürlər və orada atasının dustaq etməyib, azad edəcəklər.
Bunların vaqonu özgə vaqonlar kimr deyildi. Pəncərələri dəmirdən olub,
qapılarında da əsgər dayanırdı. Bu əsgər həmişə Əşrəfi görəndə nə isə, bir söz
deyirdi və gülümsünürdü. Əşrəf rusca bilmədiyi üçün onun dediyini başa
düşməyirdi. Amma Həsən lələ əsgərlə rusca danışırdı. Həsən lələ tez-tez
stansiyalarda düşüb, Əşrəf üçün yeməli şeylər alırdı. Və bəzən Əşrəfin özünü də
düşürdüb, gəzdirirdi. Səfərin altıncı günü gəlib, böyük bir stansiyaya çıxdılar. Bu
zaman Həsən lələ vağzalda bir səbirli müsəlmanla təzəcə tanış olmuşdu. Onunla
şirin söhbətdə ikən. Əşrəf qeyri adamlarla bərabər vaqondan stansiyaya düşdü.
Həsən lələnin bundan xəbəri olmadı. Bayram günü olduğuna görə stansiyada və
onun ətrafında çox adam var idi. Bir dəstə adam ney çalıb, oynayırdılar, bir dəstə
də, çinli bir oyunçunun cürbəcür oyun göstərməsinə tamaşa edirdi. Vaqondan
düşdükdə Əşrəfin nəzəri bu oyunbaza sataşdı və irəli gedib ona tamaşa etməyə
başladı. Bir azdan sonra vaqon fit verib, hərəkət etdi. Əşrəfin bundan xəbəri
olmadı. Həsən lələnin də başı söhbətə qarışıb, Əşrəfin stansiyada qalmasından
xəbəri olmadı. Çinli oyunbaz oyunu qurtarıb, pul yığmağa başladı. Adamlar yavaşyavaş
dağılışdılar. Əşrəf də geri qayıdıb, gördü ki, vaqonları yoxdur, getmişdir.
Əşrəf vaqonları getmiş görüb, ağlamağa başladı. Adamlar onun başına yığışıb,
onun kim olduğunu və burada nə qayırdığını xəbər aldılarsa, Əşrəf cavab verə
bilmədi, çünki rus dilini bilməyirdi. Onlar Əşrəfin çərkəsi libasından duydular ki,
bu bir müsəlman uşağıdır və anladılar ki, bu, ata-anasından izinsiz vaqondan
düşüb, burada qalmış dır.

Onlar Əşrəfin halına çox yanırdılar. Onlardan biri gedib "jandarm" çağırdı ki,
Əşrəfi ona tapşırsınlar. Əşrəf silahlı jandarmı görüb qorxudan qışqırdı və özünü bir
qoca övrətin üstünə atdı, qoca arvad Əşrəfin başını sığallayıb öpdü. Zavalı çocuq
arvadın qucağında qorxusundan tir-tir əsirdi. O, öylə bilirdi ki, jandarmı ona tənbeh
etmək üçün çağırmışlar. Rəhimdil arvad Əşrəfin halına nəhayət yanırdı. Bu qoca
arvadın adı Sofiya Aleksandrovna idi. Nikolay İvanoviç ilə Samara şəhərinə
gedirdilər. Bunun əri orada edadi məktəbində ümumi təbiiyyat müəllimi idi. İndi
bu stansiyada vaqon gözləyirdilər ki, yola düşsünlər. Əşrəf jandarmın qorxusundan
səsini kəsib, Sofiya Aleksandrovnanın qucağına sıxılmışdı. Bu halda Nikolay
İvanoviç gəlib çıxdı. Əhvalatdan xəbərdar olandan sonra Nikolay İvanoviç
jandarma dedi:
- Yəqin ki, bu müsəlman uşağı Sibirə gedən vaqondan düşüb qalmışdır. Siz
gedib stansiya nazirinə məlum edin ki, bu barədə o biri stansiyaya teleqram vursun.
Qoy uşaq da bizim yanımızda qalsın. Buyur bu da mənim "Kart vizitim"dir!
Jandarm "Kart viziti" alıb oxudu: - "Nikolay İvanoviç Barsov Samara edadi
məktəbinin ümumi təbiiyyat müəllimi". Jandarm buna razı olub getdi. Adamlar da
dağılışdılar.
İki rəhmdil qocanın səyi ilə Əşrəf ağlamağını kesib könlü açıldı. Nikolay
İvanoviç Əşrəfin adını bilmək üçün böylə bir dərs başladı. Barmağı ilə arvadını
göstərib dedi: "Sofiya", sonra özünü göstərib dedi: "Nikolay". Əşrəf onun fikrini
anlayıb, hələ soruşmamış əli ilə özünü göstərib dedi: "Əşrəf". Ər və arvad Əşrəfin
böylə bir zehinli uşaq olduğu üçün başını sığalladılar. Jandarmın stansiya nazirinə
əhvalatı deməsinə görə o da teleqraf vurmuşdu. Yarım saatdan sonra xəbər çıxdı ki,
ikinci stansiyanın yaxınlığında vaqon yoldan çıxıb çox ölən və yaralı vardır. Bu
stansiyadan komək istəyirlər. Bu halda Samaraya gedən vaqon gəlib çıxdı. Nikolay
İvanoviç stansiya nazirindən təvəqqe etdi ki, Əşrəfi özü ilə Samaraya aparmağa
izin versin. Bu barədə öz dilindən iltizam kağızı verməyə hazırdır ki, hər vaxt
uşağın ata-anası çıxsa, öz xərci ilə haraya istəsələr, göndərsin. Stansiya naziri buna
razı olub, iltizam kağızını və adresini ondan aldı. Nikolay İvanoviç Əşrəfi götürüb,
özü ilə Samaraya apardı.
Nəcibə xanım gözlərini açıb, vaqonda özünü yorğan-döşək içində gördü. Biçarə
övrət, öylə zəif idi ki, üzlərini də tərpətməyə qüdrəti yox idi: iki gün idi ki, bihuşluğu davam edirdi.

Nəcibə xanımın özünə gəlməyinə Əlimərdan çox şad oldu. Lakin qorxusundan danışdıra bilmədi. Bu halda vaqonun qapısı açıldı. Nəcibə xanımın gözləri silahlı əsgərə sataşdı. Əlimərdan durub qapını örtdü. Nəcibə xanım zəif səslə dedi:
- Nə fəna yuxu gördüm!.. Vaqon dağılmayıbmış...
Əlimərdan arvadının fikri özünə dürüst gəlmədiyini və vaqonun dağılmasını
yuxu bildiyini görüb dedi:
- Əzizim, azarlı olmağına görə həkim, bir müddət danışmayıb, rahat
olmağını əmr etmişdir. İki gündür ki, acsan, al bir az süd iç!
Əlimərdan Nəcibə xanıma bir qədər südlə bulka yedirtdi. Bir azdan sonra
Nəcibə xanım yuxuya getdi. Əlimərdan isə onun yanında qəmgin və məyus əyləşib
fikrə getdi. "Bir müddətdən sonra Nəcibə yaxşı özünə gələrsə və Əşrəfim hanı? -
deyib sorarsa, nə cavab verəcəyəm, xudaya?"

* * *

O zaman Əşrəf Nikolay İvanoviç və Sofiya Aleksandrovna ilə gəlib, Samara
şəhərinə çatdılar. Vaqonda Əşrəf bir-iki dəfə ağladısa da, axtrda Nikolay
İvanoviçin səyi ilə sakit oldu. Samaraya çatanda Əşrəf, Ədil (Volqa) çayında üzən
gəmiləri görüb, yenə vətənləri yadına düşdü. Lakin bu səfər ağlamayıb, əli ilə
gəmiləri göstərərkən, Sofiya Aleksandrovnaya dedi:
- Bax, bizim də boylə gəmimiz var idi. Mənim özümün "lodka"m da var idi.
Həsən lələmlə minib gəzirdik.
Sofiya Aleksandrovna "lodka" sözündən başqa bu danışıqdan heç bir şey anlaya
bilmədi. Əşrəfi qucağına alıb dedi:
- Gözəl, Əşrəfim! Qoy evimizə çataq, sənə bazardan bir yaxşı lodka
alacağam. Çarhovuzumuzda oynadacaqsan. Ondan başqa çoxlu oyun şeyləri də
alacağam. - Əşrəf də bu danışıqdan ancaq "lodka" sözünü başa düşdü.
Barsov aldığı ev, Volqa çayının kənarında tikilmişdi. Bu evin eyvanından çox
gözəl mənzərə açılırdı. Səhərdən axşama kimi cürbəcür gəmilər Volqa çayının
üzərində ağzı yuxarı-aşağı üzürdülər. Əşrəf buradan tamaşa etməyi çox sevərdi.

Bir tərəfdən yolun əziyyətindən, bir tərəfdəndə lazımınca müqəyyəd
olunmamaqdan Nəcibə xanımın azarı getdikcə şiddət edirdi. Həsən lələyə gəldikdə,
o da ağır yaraların zərbindən həmişə (böhran) içində olub, danışmağa qadir deyildi.
Həsən lələni azarlılara məxsus olan ayrı bir vaqonda aparırdılar. Əlimərdan Həsən
lələsiz çox əziyyət çəkirdi, çünki rus dilini bilməyirdi; bir şey lazım olanda məəttəl
qalırdı. Uzun səfərdən sonra axırda gəlib, hökumət tərəfindən təyin olunan Sibirdə
Tomsk şəhərinə çatdılar. Bu şəhərdə divan tərəfindən polisə tapşırılıb azad
olundular. Həsən lələ ilə Nəcibə naxoş olduqları üçün, bunları xəstəxanaya almağı
hökumət, mütərcim vasitəsilə, Əlimərdana təklif etdi; ancaq bunu Əlimərdan qəbul
etmədi və mütərcim müsəlmandan təvəqqə etdi ki, onun ilə bərabər şəhərdə mənzil
axtarsınlar; o da razı olub, öz evində kirayəyə oturmalarını təklif etdi. Əlimərdan
çox şadlıqla bunu qəbul etdi. Bu adam Həbibulla adlı tomsklı cavan bir oğlan idi
ki, polissedə yazıçılıq edirdi. Həbibulla yazıçılıq və evlərinin bir hissəsini kirayə
verməklə arvadı Gülsüm ilə bərabər məişət edirdi.
Əlimərdan Həbibulladan üç otaq kirayə edib, burada qaldı. Gülsüm Nəcibə
xanıma ürəkdən qulluq edirdi. Bunun belə ürəkdən çalışmasına görə Nəcibə xanım
yavaş-yavaş sağalmağa başladı. Həsən lələ də sağalmağa üz qoyurdu. Əlimərdan
Həbibullanın gözəl xasiyyətini və onlarla etdiyi yaxşı rəftarı görüb, onu qardaşı
kimi sevirdi. Əlimərdan şəhərə bələd olduqda, orada qafqazlılardan tapıb, onlar ilə
tanış oldu. Onların əksəri Əlimərdan kimi Sibirə sürgün göndərilmişdilər.
Bunlardan bəzilərinin vaxtı tamam olmuşdusa da, buraya öyrəşib daha öz yerlərinə
qayıtmaq istəmirdilər.

* * *

Tomskda qarlı və çovğunlu bir gün idi. Nəcibə xanım otaqda sandalya üstündə
əyləşib, qəmgin-qəmgin bayıra baxırdı. Külək qarı qaldırıb, oraya-buraya çırpırdı;
bacanın gurultusu Nəcibə xanımın qəmini daha da artırırdı.
Şimal qışının bu dəhşətli mənzərəsinə baxır idisə də xəyalı öz yerlərinin gözəl
mənzərələrində idi.

Əlimərdan və Həsən lələ də bu otaqda idilər, onlar da çölün gurultu və
şaqqıltısına tamaşa edirdilər. Birdən Nəcibə xanım dönüb Həsən lələdən soruşdu.
- Həsən lələ, vaqon dağılan zaman Əşrəf hansı çuxasını geymişdi?
Həsən lələ cavab verməyib, başını aşağı saldı. Biçarə qocanın gözlərindən yaş
tökülürdü. Əlimərdan arvadına dedi:
- Nəcibə, nə üçün yenə Əşrəfin ölümünü yada salıb, Həsən lələni məyus
etdin? Onsuz da yazıq kişinin o gündən bəri üzü qəm-qüssədən açılmayır.
- Bağışla, əzizim, bu gecə də Əşrəfi yuxumda gördüyüm üçün soruşdum.
Yuxumda gördüm ki, Əşrəf mənə deyir: "Ana, qara çuxamı çıxart, ağ çuxamı
geydir".
Həsən lələ birdən başını qaldırıb, nə isə demək istədi; lakin özünü saxlayıb,
yenə başını aşağı saldı.
Həsən lələnin yaraları sağalıb özünə gəldiyi zaman, Əlimərdan vaqonun necə
dağılmasını və Əşrəfin meyidinin tapılmasını, ona söyləmişdi. Həsən lələ bir
tərəfdən öz təqsirini və bir tərəfdən də Nəcibə xanımın birdəfəlik Əşrəfin ölümü
xəbəri ilə sakit olmasını nəzərə alıb, onun itməyini xəbər vermədi. Bu tərəfdən də
Nəcibə xanım Əşrəfi yaddan çıxartmayırdı.
Nikolay İvanoviç və ələlxüsus Sofiya Aleksandrovnanın səyi ilə Əşrəf yavaşyavaş
rusca danışmağa başladı. Buna hər iki qoca artıq şad idi. Sofiya
Aleksandrovna gününün çoxunu Əşrəfin tərbiyəsinə sərf edirdi. Hava getdikcə
soyuqlaşır, Volqa nəhri donmağa başlayırdı. Cənub havasında pərvəriş tapmış
Əşrəfə bu soyuq çox təsir edirdi. Bunu görüb Nikolay İvanoviç ona isti qış paltarı
aldı. Sofiya Aleksandrovna Əşrəfi geyindirib, hər gün gəzməyə aparırdı. Əşrəf
gəzən vaxt balaca uşaqları qar üstündə kirşə ilə sürüşən görüb, Sofiya
Aleksandrovnadan təvəqqe edirdi ki, ona da oylə kirşə alsın. Sofiya Aleksandrovna
onun xahişini əmələ gətirdi. Dekabr ayı gəldi; məktəblər on beş gün qış tətili
münasibətilə bağlandı. Nikolay İvanoviç dərsdən azad olub, hər gün Əşrəfi gəzməli
yerlərə aparırdı. Bir dəfə Nikolay İvanoviç sirkin açılmağını qəzetdə oxuyub,
arvadına dedi:
- Sofiya Aleksandrovna, bu gecə sirk açılır, yaxşı olmazmı ki, bu gecə
Əşrəfi aparaq, keyfi açılsın?
- Çox gözəl fikirdir, əzizim, doğrudan da bu, Əşrəf üçün böyük bir şadlıq
olar.

Axşam vaxtı hər üçü geyinib, sirkə getdilər. Sirk adamla dolu idi. Əşrəfi Həsən
lələ bir neçə dəfə sirkə aparmışdı. Bu dəfə sirk onun ata-anasını yadına saldı; ona
görə başını Sofiya Aleksandrovnanın dizinə qoyub, həzin-həzin ağlamağa başladı.
Sofiya Aleksandrovna onun başını sığallayıb, soruşdu: "Nə üçün ağlayırsan,
əzizim? Dayan, bu saat başlayacaqlar; görəcəksən nə qəribə şeylər göstərəcəklər!..
Bu halda oyun başlandı, Yalançı pəhləvan məzhəkəni başlayıb cürbəcür oyunlar
çıxarmağa şüru etdikcə, Əşrəf qəmini yaddan çıxarıb, qaqqıltı ilə gülürdü. Əşrəfin
kefinin açılması qocaları şad etdi. Oyun qurtardı. Bunlar evlərinə qayıtdılar. Əşrəf
evlərində sirkdə gördükləri oyunları çox məharətlə təqlid edirdi. On beş gün qış
tətlini Əşrəf çox şadlıqla keçirirdi. Təzə ildə Nikolay İvanoviç və Sofiya
Aleksandrovna Əşrəfə yaxşı bəxşeyişlər aldılar. Qış tətili qurtardı. Nikolay
İvanovic birinci gün idi ki, dərsə getmişdi. Dərsdən qayıdanda Sofiya
Aleksandrovna onun qəmli olduğunu görüb buııun səbəbini soruşdu. Nikolay
İvanoviç cavabında nahiyə müdiri tərəfindən aldığı kağızı uzatdı. Bu kağıza da
onun Samara edadi məktəbindən Qazan məktəbinə təyin olunması yazılmışdı.
Nikolay İvanoviç dedi:
- Hərçənd ki, mənim Qazan edadi məktəbinə təyin olunmağımda qulluğuma
əskiklik yoxdur, bileks, Qazan daha boyük və darülfünu olan bir şəhərdir, ancaq
Samarada çoxdan bəri olduğumuza görə bu şəhərə öyrənmişdik. Nikolay İvanoviç
hazırlaşıb yanvar ayının on ikisində Samaradan köçüb, təzə qulluğuna getdi.
Nikolay İvanoviç Qazan şəhərini qabaqda da bir neçə dəfə görmüşdü. Amma
arvadı birinci dəfə idi ki, bu şəhəri görürdü. Sofiya Aleksandrovna uzaqdan
Qazanın mənzərəsini görüb çox bəyəndi. Nikolay İvanoviç dedi:
- Doğrudur, Qazanın görünüşü yaxşıdır, amma abi-havası, təmizliyi
Samaraya çatmaz. Havasının təbiəti belədir ki, yayda çox isti və qışda çox soyuq
olur. Bu şəhərin natəmizliyinə gəldikdə, Volqa nəhrinin sahilində olan şəhərlər
arasında birincidir. Mən çox qorxuram ki, sən bu şəhərin abi-havasını
götürməyəsən.
- İnşallah, heç şey olmaz, - deyə Sofiya Aleksandrovna ərinə cavab verdi.
Barsovlar edadi məktəbinin yaxınlığında bir ev tııtub, sakin oldular. Nikolay
İvanoviç qorxduğu şey başa gəldi. Belə ki arvadı Qazanın abi-havasını götürməyib, müdam azarlı olurdu. O, arvadına deyirdi:
- Səbir et, əzizim, yay tətili başlanan kimi, səni götürüb Samaranın bağlarına
aparacağam. özüm isə ərizə verib yenə köhnə yerini istəyəcəyəm; hərgah
verməsələr, o vaxt mən də qulluqdan istefa verəcəyəm.
Sofiya Aleksandrovna azarlı olduğu üçün Əşrəfin günü qəmgin keçirdi. Tamam
gün onun otağında qalıb, şəkil və oyun şeyləri ilə məşğul olurdu. Onunla
oynamağa, gəzməyə getməyə yoldaşları da yox idi.
Nikolay İvanoviç dərsdən qayıdıb, bir də dərsə gedənədək, gününü azarlı
arvadının yanında keçirirdi. Ancaq bir-iki dəfə arvadının təvəqqəsinə görə Əşrəfi
kirşəyə mindirib gəzdirmişdi.
Qazanın çovğunlu və boranlı qışı axıra yetdi. Bahar günəşi havanı, torpağı
qızışdumağa başladı. Qar əridi. Qazanka və Volqa çayları buzdan azad oldular.
Ağaclar çiçəkləşib, otlar göyərdi.
Sofiya Aleksandrovna azardan sağalıb, Əşrəfi tez-tez gəzməyə aparırdı. Qazan
bağlarının içində "Russkaya Şvətsariya" adlı bağ Əşrəfin çox xoşuna gəlirdi, çünki
bu bağ hündür ağacları ilə vətəni Qafqaza çox bənzəyirdi. Bu bağın bir tərəfində
uşaqlara məxsus bir yer hazırlamışdılar ki, orada onlar oynayırdılar.
Bir dəfə Sofiya Aleksandrovna Əşrəfə Qafqaz libası geyindirib, həmin bağa
apardı. Onu uşaqların içində qoyub özü bir xanımla söhbətə məşğul oldu. Əşrəf bir
skamyada oturub, qəmgin-qəmgin uşaqlara baxırdı. İki uşaq, biri oğlan, biri qız,
Əşrəfi belə qəmgin görüb, onu oynamağa təklif etdilər. Amma Əşrəf istəmədi.
Bu bağ, bu oynayan uşaqlar, Əşrəfin yadına vətənlərini, ata-anasını və Həsən
lələsini saldı. Zavalı uşaq başını skamya üzərinə qoyub, həzin-həzin ağlamağa
başladı. Uşaqlar onun ağlamağını görüb, başına yığıldılar. Birisi ona oyun şeyi
verdi ki, ağlamasın, o biri uşaq, əlinə konfet uzatdı. Bir balaca qız da yaylığını
çıxarıb, onun gözlərini sildi. Bu uşaqların içində doqquz yaşında, üstü Avropa
libaslı, amma başında ağ fəs Mustafa adlı bir müsəlman uşağı da var idi. Bu uşaq
Əşrəfin paltarından onun bir müsəlman olduğunu zənn edib, onunla belə sualcavab
etdi:
- Sin müsəlmanmısən?
Əşrəf cəld başını qaldırıb, Qafqaz ləhcəsində cavab verdi:
- Hə, müsəlmanam!
- Adın niçindir?
- Əşrəf!
- Niçi yaşın bar?
Əşrəf "niçin", "bar" ləfzələrini anlamadı isə də "yaş" sözündən sualı başa düşdü
və dedi:
- Mənim yeddi yaşım var!
Mustafa da Qazan uşağı olduğundan Əşrəfin dilinl yaxşı anlamayırdı; o,
Əşrəfdən soruşdu:
- Sinin atan barmı?
- Yoxdur, atam ölübdür!
Sonra Mustafa Əşrəfin əlindən tutub dedi: - Yıblama, gəl, minimlən gitik!
(Ağlama, dur, mənimlə gəzək!)
Əşrəf durub onunla gəzməyə getdi. Əşrəf öz başına gələni ona nəql edirdi.
Mustafa onun dilini tamamilə anlamayıb, ancaq bəzi sözlərini başa düşurdü.
Mustafanın atası, Bürhanətdin adlı, dövlətli bir müsəlman idi. Sənəti
sövdagərlik idi. Mustafadan başqa da bir övladı yox idi. Övladına həm ana, həm de
rus dili oxudurdu. Mustafa hər gün qulluqçuları ilə gəlib, "Russkaya Şvətsariya"
bağında oynayırdı. Mustafa Əşrəfə yarıtürk və yarırus dili ilə qandırmışdı ki, hər
gün bu bağa gəlib oynasınlar; Əşrəf də buna razı olmuşdu. Bu vaxtdan başlayıb,
Əşrəf və Mustafa hər gün bu bağda görüşüb, dostlaşdılar. Sofiya Aleksandrovnaya
mümkün olmayan vaxt, Əşrəfi qulluqçularına qoşub, bağa gəzməyə göndərərdi.
Mustafanın səyi ilə Əşrəf az vaxtda Qazan dilinə də aşina oldu. Sofiya
Aleksandrovna bağda Mustafa ilə tanış olmuşdu. Onun tərbiyəli və həlim bir uşaq
olduğuna görə, Əşrəflə yaxınlaşmağına özü də səy edirdi. Bundan əlavə, Əşrəf bir
müsəlman uşağı olduğunu mülahizə edib, fikir edirdi ki, divan vasitəsilə Əşrəfin
ata-anası və qohum-əqrəbası tapılacaqdır. Mustafa Əşrəfi qonaq çağırıb, onu öz
ata-anası ilə tanış etmişdi. Əşrəf onların hər ikisinə çox xoş gəlmişdi. Mustafanın
anası Ayişə, hər onu görəndə bağrına basıb əzizləyirdi, öpürdü və onun halına
yanırdı. Əşrəfin də, Ayişə çox xoşuna gəlirdi. Hər onu görəndə qucağına atılıb, onu
öpərdi, çünki onun bir suyu anasına oxşayırdt. Əşrəfin vasitəsilə Barsovalar da
onlar ilə tanış olub, gedib gəlirlərdi. Bu iki külfət bir-birini sevib dost oldular.
Sofiya Aleksandrovna Qazanın abi-havasını götürməyib təzədən azarladı və bir aya qədər naxoş olub, may ayının axırında vəfat etdi. Onun ölümü vəfalı ərini çox qəmgin etmişdi. O idi ki, yay tətili başlanan kimi, qəmini dağıtmaq üçün, Avropa səyahəti fikrinə düşdü. Əşrəfi özü ilə səyahətə aparmağı məsləhət bilməyib, onu müvəqqəti Bürhanəddingildə qoydu; onlar isə, Əşrəfi çox şadlıq ilə qəbul etdilər. Yay tətili qurtardı. Nikolay İvanoviç gəlib çıxmadı. Bürhanəddin bu barədə ədadi
məktəbindən xəbər bilmək üçün nazirin yanına getdi. O da Nikolay İvanoviç Parij
şəhərində vəfat etdiyini xəbər verdi. Bu xəbər hamı külfəti qəmgin etdi.
Əşrəf Bürhanəddingildə qalıb, Mustafa ilə bərabər yaşamağa başladı.
XS
SM
MD
LG