Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:01

İnterneti qismən-azad Azərbaycan


Freedom House təşkilatının 410 səhifəlik internet azadlığı hesabatı 37 ölkəni əhatə edir və BMT-nin sifarişi ilə hazırlanıb.

Hesabata görə, Azərbaycan internetə çıxış imkanlarının hökumətin əlində saxlayan dövlətlər siyahısındadır. Azərbaycanla yanaşı bu siyahıda bir çox üçüncü dünya ölkələri - Bəhreyn, Belarus, Birma, Çin, Kuba, Misir, Efiopiya, İran, İordaniya, Qazaxıstan, Malayziya, Səudiyyə Ərəbistanı, Tailand, Tunis, Turkiyə, Venesuela, Vyetnam və Zimbabve var.

Ümumlikdə hesabatda dünyada internetin ən azad olduğu ölkə Estoniyadır. Ardınca ABŞ, Almaniya, Avstraliya və Böyük Britaniya gəlir. İnternetin ən çox repressiyalara məruz qoyan ölkələr isə İran, Birma, Kuba, Çin və Tunisdır.


Rusiya, Tailand, İordaniya, Venesuela və Zimbabvedə isə repressive ölkələrlə müqayisədə nisbətən daha çox azadlıq var, amma istənilən halda interneti qeyri-azad olan bu ölkələrdə də vəziyyətin pisləşməsi istiqamətində ciddi gümanlar var.


AZƏRBAYCAN


İnternetdə qismən-azadlıq

Freedom House-un hesabatına görə, Azərbaycan İnternet Azadlığına müdaxilə indeksində 100 mümkün baldan 48 bal toplamaqla, qismən-azad ölkələr siyahısına düşüb. Azərbaycan çıxışın məhdudlaşdırılması və məzmuna müdaxilə parametrlərində 15, istifadəçi hüquqlarının pozulması sahəsində də 18 bal toplamaqla qismən-azad sayılıb.


Kimin interneti var?

Rəqəmlərə görə, 2009-cu ildə əhalinin 27 faizinin internetə çıxışı olub. Amma ölkə əhalisinin ancaq 12 faizinin kompüterləri var. Digələri isə əsasən iş yerləri və internet klublardakı kompütüerlərdən istifadə edir.

Azərbaycanda orta aylıq əmək haqqı 378 dollar olsa da, 1 Mbps sürətdə internet əlaqsəinin qiyməti aylıq 25-62 dollar arsında dəyişir. Üstəlik ADSL xidmətlərindən istifadə etmək istəyənlər üçün əlavə modem və qoşulma xərcləri də var.

Odur ki, ölkə əhalisinin ancaq 5.9 faizi daimi internet istifadəçisidir. Ancaq 1.1 % geniş zolaqlı interneti var.

Rəsmi statistikaya əsasən, Azərbaycandakı internet istifadəçilərinin 90 faizi sürəti 56 Kbps-I keçməyən dial up modemlərdən istifadə edir.


Facebook istifadəçilərinin sayı iki dəfə artıb

Azərbaycanda Facebook və Twitter kimi sosial şəbəkələrə məhdudiyyət qoyulmur. Ancaq sosial paylaşım şəbəkələrində yerləşdirilənlərin məzmunuyla bağlı hökumətin müdaxiləsi faktları var.
2010-cu ilin əvvəlində ölkədə 105 min adamın Facebook səhifəsi var idisə, ilin sonuna qədər Facebook istifadəçilərinin sayı 279 minə çatıb.

İnternet kimindir?

Azərbaycan internetinin demək olar ki böyük hissəsinə, 30-dan internet provayderə interneti Delta Telecom verir. Ancaq Delta Telecomun kimə məxsus olması yetərincə şəffaf deyil.

Bakıdan kənarda əsas internet provayderi dövlətin yaratdığı Aztelecomdur. Eyni zamanda, başqa bir şirkət, Azərtelecom da haı hazırda özünün fiber-optik kabellər şəbəkəsini yaradır və gələcəkdə Delta Telecomun əsas rəqibi olacaq.

Mobil internet

Azərbaycanda hər 100 nəfərə 88 mobil telefon düşsə də, ölkədə mobi linternetdən istifadə çox azdır.

İnternet Senzura

Hesabata görə, Azərbaycan hökuməti internetə geniş senzura tətbiq etmir. Amma zaman-zaman müxalift fikirləri yayan internet səhifələri – məsələn Azadlıq və Bizim yol qəzetləri, və AzadlıqRadiosunun və Seçki Monitorinq Mərkəzinin internet səhifəsinə giriş önəmli hadisələr ərəfəsində bir neçə günlüyə məhdudlaşdırılıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycanın digər ərazilərinə görə, internet daha çox məhdudlaşdırılır.

Bloqqerlik

Azərbaycanda bu günə kimi ümumilikdə 27 minə yaxın bloq yazılıb, onların ancaq 1000-ə yaxını ingilis və başqa xarici dillərdədir.

Bloqqerlik tədricən yayılmağa başlayır. Amma 2009-cu ildə Emin Milli və Adnan Hacızadənin həbsi, və başqa bir gənc fəalın yazdığı bloqa görə Lənkəranda Universitetdə nxaric edilməsi senzura cəhdlərinə misaldır.

İstifadəçi haqları

Azərbaycan Konstitusiyasında fikir və ifadə zazadlığına, informasiya paylaşmaq azadlığına təminat verilsə də, reallıqda ölkədə söz azadlığı ciddi şəkildə məhdudlaşdırılır, jurnalistlər həbsə atılır və təzyiqlərə məruz qalır. Amma mətbuat və elektron mediayla müqayisədə internetdə söz azadlığı nisbətən genişdir.

Amma 2009-cu ildə Rabitə Naziri Əli Abbasov internetə nəzarəti mexanizmlərinin tətbiq edilməsinə çağırmışdı. Milli Teleradio Şurasının sədri də internet radio və televiziyalar senzuraya cəhd edib. Amma hökumət hələ ki, internetə birbaşa müdaxilə imkanalrını nəzrədən keçirmədiyini bəyan edir.


İnternetdən sui-istifadə

Azərbaycanda internetdən sui-istifadə, hakerlik və qanunszu yollarla başqasına məxsus olan informasiyaların əldə edilməsi cinayət sayılır. Azərbaycan Avropa Şurasının kibercinayətlərlə bağlı Kenvensiyasını 2010-cu ildə qəbul edib.

Ölkədəki internet resursları əsasən Ermənistanlı hakerlər tərəfindən hücumlara məruz qalır.
XS
SM
MD
LG