Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

İctimai Palata iflasa uğrayıb?


İsa Qəmbər
İsa Qəmbər
AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat başqanı İsa Qəmbər İctimai Palatanın son aksiyası və bu aksiya haqda bəzi fikirlərə münasibətini bildirir.

- 17 aprel aksiyasından sonra hakimiyyət və bəzi müxalif partiyaların nümayəndələri fikir söylədilər ki, bu, İctimai Palatanın iflası idi. İsa bəy, bu iflas idimi?

- Ictimai Palatanın iflasa uğraması haqda fikirlər irəli sürən insanlara mən çox təəccüb edirəm. Bu adamlar ya siyasətdən bixəbər, ya da ki, qərəzli insanlardırlar. Çünki proses İctimai Palatanın gücünü, mövqeyini, önəmini nümayiş etdirir. Bütün bu dediyim göstəricilər üzrə İctimai Palatanın mövqeyi Azərbaycanda gündən-günə güclənməkdədir. İCTİMAİ PALATA ARTIQ İCTİMAİ RƏYDƏ İNDİKİ HAKİMİYYƏTƏ ALTERNATİV QÜVVƏ MƏRKƏZİ KİMİ QƏBUL OLUNMAĞA BAŞLAYIB. Bu, bütün parametrlər üzrə belədir. İctimai Palata artıq hakimiyyət tərəfindən də alternativ, rəqib kimi qəbul olunub. Bunu İctimai Palataya bütövlükdə və ayrı-ayrı şəxslərinə qarşı hökumətin apardığı total təbliğatda da siz görə bilərsiniz. Artıq ölkənin rəhbərləri, dövlət başçısı özü də müxalifətlə bağlı narahatlığını ifadə etməyə başlayıb. Bundan başqa, İctimai Palata artıq beynəlxalq miqyasda da tanınmağa başlayıb.

- Taktikanı dəyişəcəksinizmi?

- Aksiyalar, proses, mübarizə şəksiz-şübhəsiz davam edəcək. Amma növbəti aksiyanın zamanı ilə bağlı hələ ki, konkret qərar yoxdur.

- Dinləyici: İsa Qəmbər niyə özü mitinqlərdə iştirak etmir? Niyə həbs olunanların arasında İsa Qəmbər yoxdur?


- Bu uzun müddət müxalifət liderinə qarşı səslənən bir sualdır. Əvvəla bizim üçün mübarizə meydanı yalnız mitinq meydanı deyil. Bizim üçün mübarizə meydanı bu rejimə qarşı olan mübarizə meydanıdır. Biz 20-25 ildir ki, bu mübarizə meydanındayıq. Bu mübarizənin önündəyik. Bizim konkret hansısa mitinqdə iştirak edib-etməməyimizlə uzağa gedən nəticələr çıxarmağa tələsməyin. Mən hər dəfə mitinqə çıxmaqla bağlı silahdaşlarımla məsləhətləşirəm, hələlik onların ümumi rəyi bundan ibarət olub ki, indi çıxmaq lazım deyil. Nə vaxt lazım bilsələr, mən də onlarla birlikdə çıxacam. Çünki MƏNİM MİTİNQƏ ÇIXMAĞIM, BİR SIRA LİDERLƏRİN MİTİNQƏ ÇIXMAĞI İLƏ SƏNİN MİTİNQƏ ÇIXMAĞIN EYNİ ŞEY DEYİL. Bizim o mitinqə çıxmağımız onun xarakterini dəyişir. Hakimiyyətin o mitinqə münasibətini dəyişir. O qəddarlığı həddən artıq artırır. Təkcə özümüz barədə düşünsəydik, problem yox idi. O ki qaldı həbsə, bu sualı siz rejimə versəz daha düzgün olar.

- Bəzi televiziyalar 2 aprel aksiyasından sonra insanların İctimai Palatanı, müxalifət partiyaların sıralarını tərk etdiklərini deyir. Müsavat Partiyasını tərk edən var?

- Bu məlumatlara gülürük biz. Çünki rayondan təşkilat sədri zəng edir bizə ki, AZTV-yə baxırıq, deyirlər ki, biz çıxmışıq partiyadan. Biz axı çıxmamışıq.

- Bəs o müsahibə verənlər, partiya biletini atanlar...

- Onların böyük əksəriyyətinin heç Müsavata aidiyyəti yoxdur. Bəziləri isə nə zamansa Müsavatda olublar. Ya özləri çıxıb gediblər, ya da partiya təşkilatları onları partiyadan uzaqlaşdırıb. Müsavatın 12 mart mitinqindən əvvəl bizdə məlumat var idi ki, hakimiyyət provokasiya hazırlayır. MÜSAVAT PARTİYASININ ÜZVLÜK VƏSİQƏLƏRİNİ HAZIRLAYIRLAR. Biz təəccübləndik ki, bu vəsiqələri neynəyəcəklər? Bəlli oldu ki, mitinqlərdən sonra bunlar özlərinin hazırladığı sənədi televiziya kameraları qarşısında cırıb Müsavatdan çıxdıqlarını bəyan edirlər. Bu, o qədər ucuz, gülməli bir şoudur ki, hətta bu hakimiyyətə də mən bunu yaraşdırmıram. Eyibdir. Bu qədər özlərini biabır etməsinlər. Müsavatdan bir nəfər də gedən yoxdur.

- Dinləyici: Bəlkə Bibiheybətdə aksiya keçirək?

- Mən istəyərdim ki, bizim jurnalist dostlarımız bir yerdə şəhərin əvvəlcə coğrafi mərkəzini müəyyənləşdirək, həmin coğrafi mərkəzdən bizə mitinq keçirmək üçün ayrılan Bibiheybətə bir yerdə gedək. Bütün yol videoya çəkilsin. Bu yol nə cür bir yoldur? Vətəndaşın ora getməsi nə qədər çəkir? Yol ora yüzlərlə adamın eyni vaxtda getməsi üçün imkan verirmi? Təklif olunan mitinq məkanı nə qədər yararlıdır? Bunu hazırlasalar yaxşı olar...

XS
SM
MD
LG