Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:59

Nizami Gəncəvi. Leyli və Məcnun (12)


əvvəli

AZ DANIŞMAĞIN GÖZƏLLİYİ


Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Inci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
Əsli təmiz olan saf mirvarılar
Suya və torpağa min bəzək vurar.
Mədənlə dolsa da hər bir xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.
Ürəyi oxşayan bir dəstə çiçək
Yüz xırman otundan yaxşıdır gerçək!
Yüz ulduz yansa da göylərdə, inan,
Bir günə baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə qədər ıldız,
Günəşdir nur verən aləmə yalnız.

davamı
XS
SM
MD
LG