Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:40

ABŞ Rusiyaya smartfon ixracını qadağan edə bilər


İllüstrativ foto
İllüstrativ foto

ABŞ Rusiyanın smartfon, təyyarə və avtomobillərin əsas komponentlərini idxal etməsini məhdudlaşdıra bilər

Rusiya qüvvələri Ukraynaya təcavüz edərsə, Birləşmiş Ştatlar bu ölkəyə ixrac qadağaları tətbiq edə bilər. Xəbəri “Reuters” ABŞ administrasiyası rəsmisinə istinadla yayıb.

Huawei-yə qarşı sanksiyalara oxşar

ABŞ Rusiyanın smartfon, təyyarə və avtomobillərin əsas komponentlərini idxal etməsini məhdudlaşdıra bilər. Mənbə ixrac qadağalarının iqtisadi sanksiyalara əlavə olaraq nəzərdən keçirildiyini qeyd edib.

Rəsminin sözlərinə görə, müzakirə edilən məhdudiyyətlər Rusiyanın sənaye, eləcə də kütləvi istifadə üçün nəzərdə tutulmuş texnologiyalara çıxışını məhdudlaşdıra bilər.

Rəsmi deyib ki, keçmiş prezident Donald Tramp administrasiyasının Çinin Huawei telekommunikasiya şirkətinə qarşı istifadə etdiyi, Co Bayden administrasiyasının isə davam etdirdiyi metodlar işə salına bilər. Huawei telefonlarında istifadə olunan yarımkeçiricilərin bəzi hissələri ABŞ-da hazırlanır. Bu fakt isə bütün dünyada mikrosxemlərin bu sanksiyanın təsirinə məruz qalacağı deməkdir.

Banklara sanksiyalar

“Bloomberg” dekabrın 7-də yazırdı ki, Rusiyanın Ukraynaya hücum edəcəyi halda, ABŞ və Avropa İttifaqı Rusiyanın böyük banklarına və Birbaşa İnvestisiyalar Fonduna sanksiyaları nəzərdən keçirir. Sanksiyalar rublun dollara, avroya və funt sterlinqə konvertasiyasını da əhatələyə bilər.

ABŞ və Avropanın bəzi media orqanları kəşfiyyat mənbələrinə istinadla gələn ilin əvvəlində Rusiyanın Ukrayna ərazisinə irimiqyaslı hücuma başlaya biləcəyini yazır. Məqsədin indiki hakimiyyətin devrilməsi, yaxud ərazi zəbt etmək olduğu bildirilir. Ukrayna Müdafiə Nazirliyi də bu haqda yazıb.

Moskva isə belə planları inkar edir, öz ərazisində qoşun yerləşdirmək hüququ olduğunu deyir. Moskva Qərb mediasındakı yazıları “Ukrayna ətrafında vəziyyəti gərginləşdirərək məsuliyyəti Rusiyanın üzərinə atmağı hədəfləyən xüsusi əməliyyat” adlandırıb.

XS
SM
MD
LG