Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:13

Avropa İttifaqı Ukrayna ordusu üçün təlim missiyası yaradır


Missiyanın əsas vəzifəsi Ukrayna hərbi qulluqçularının Avropa İttifaqı ərazisində təlimi və ixtisaslaşdırılmış hazırlığı olacaq

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri oktaybrın 17-də Aİ-nin Ukraynaya hərbi yardım üzrə missiyasını (EUMAM) yaratmaq qərarını təsdiq ediblər.

Avropa İttifaqının bu barədə qərarında deyilir:

"Missiyadan məqsəd Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları daha effektiv aparmasını, beynəlxalq sərhədləri daxilində öz ərazi bütövlüyünü və mülki əhalisini müdafiə etmək qabiliyyətini artırmaqdır”.

Həkim-kosmetoloqlara nəzarət varmı? - 'Dodağım şişdi, pis hala düşdü'
Gözlə

No media source currently available

0:00 0:07:25 0:00

Bu da bildirilir ki, missiyanın əsas vəzifəsi Ukrayna hərbi qulluqçularının Avropa İttifaqı ərazisində təlimi və ixtisaslaşdırılmış hazırlığı olacaq.

Bu proqram üzrə 15 min Ukrayna hərbçisinə təlim verilməlidir.

Missiyanın operativ qərargahı Brüsseldə yerləşəcək. Vitse-admiral Erve Blejan missiyanın rəhbəri təyin edilib.

Proqrama 100 milyon avro xərclənməsi nəzərdə tutulub.

Təlim müxtəlif ölkələrdə, o cümlədən Fransa və Polşada keçilməlidir. Macarıstan XİN bildirib ki, Budapeşt bu proqramı dəstəkləməyib və onda iştirak etməyəcək.

Nazirlər habelə Ukrayna üçün silah alınmasına sülh fondundan 500 milyon avro ayrılması barədə qərar qəbul ediblər.

Söhbət artıq 6-cı belə tranşdan gedir.

İran boynuna almır

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Aİ nazirlərinə hava həyəcanına görə olduğu sığınacaqdan müraciət edib.

Xəbər verilir ki, oktyabrın 17-də Rusiyanın İran istehsalı olan dronları Kiyevə hücum edib.

Kuleba Aİ-ni PUA-larla bağlı İrana qarşı sanskiyalar irəli sürməyə çağırıb.

O habelə Rusiyaya sanksiyaların 9-cu paketinin elan edilməsini istəyib.

İran Rusiyaya dron verməsi barədə ittihamları rədd edir.

Rusiya İranın Şahed 136 PUA-larını Geran-2 adlandırır.

Aİ rəsmiləri bildirirlər ki, İrana qarşı sanksiyaların elan edilməsi üçün Tehranın Moskvaya PUA-lar verməsi sübut olunmalıdır.

Tehran Rusiyaya dronlar verməsi barədə xəbərləri təkzib edir.

XS
SM
MD
LG