Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:11

Alen Simonyan: Ermənistanın himnini və gerbini dəyişmək lazımdır


Ermənistan Respublikasının gerbi
Ermənistan Respublikasının gerbi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan ölkə gerbinin və himninin dəyişdirilməsi məsələsinin müzakirə olunmalı olduğunu bildirib:

"Bu mənim üçün tam aydındır ki, Ermənistan Respublikasının himni tez ya gec dəyişdirilməlidir”.

Simonyan özünün teleqram səhifəsində yazıb ki, bu himn dövlətlə bağlılığı olan erməni himni olmalıdır və milli himn janrının qaydalarına uyğun yazılmalıdır:

"Mən iddia etmirəm ki, himni böyük Aram Xaçatryanın musiqisi ilə əvəz etmək lazımdır, hansı ki, mənim fikrimcə möhtəşəmdir, təkrarsızdır, maksimum erməni təbiətlidir. Amma bu tamamilə aydındır ki, mövcud xarici himni dəyişmək zərurətdir. Fikrimcə biz həm də gerbin dəyirdirilməsi məsələsini müzakirə etməliyik. Ən azı ona görə ki, Ermənistan suyun altında təsvir oluna bilməz, şir Facebook emojisinə bənzəyə bilməz, Ermənistanı qoruyan qılınc zəncirlənə bilməz”.

Alen Simonyanın sözçüsü Nelli Qulyan bildirib ki, bu deyilənlər Milli Məclis spikerinin öz şəxsi rəyidir və hazırda nə himnin, nə də gerbin dəyişdirilməsinə dair qanun layihəsi yoxdur.

Azatutyun yazır ki, Ermənistanın gerbi Ali Şura tərəfindən 1992-ci ildə qəbul olunub. 1991-ci ildə qəbul edilmiş himn kiçik dəyişikliklərlə Birinci Respublikanın himnidir.

Konstitusiya mübahisələri də səngimir

Bu arada Ermənistanda mövcud konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirə və mübahisələr səngimək bilmir.

Ermənistan mwxalif'ti v' mediası iddia edir ki, Ermənistan konstitusiyasının dəyişdirilməsini Bakı tələb edir.

Amma rəsmi Bakı indiyədək bu barədə heç bir bəyanatla çıxış etməyib. Ermənistan mediası isə bu məsələdə daha çox ölkə siyasətçilərinin şərhlərinə istinad edir.

Bu zaman həmin rəsmilərin nəyi isə təsdiq etməsi yox, inkar etməməsi əsas gətirilir.

Azatutyunun yazdığına görə Ermənistan xairici işlər nazirinin müavini Vahan Kostanyan Bakının bu barədə tələb irəli sürməsini “birmənalı şəkildə inkar etməyib.

“Əliyev Ermənistanın konstitusiyasına dəyişiklik tələbi irəli sürübmü” sualına cavab olaraq Kostanyan deyib:

“Konstitusiya dəyişikliyi daxili məsələdir və hər bir ölkənin suveren hüquqdur. Məncə burada hansısa paralellər axtarmaq mənasızdır”.

Paşinyanın bəyanatından başlanan mübahisə

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 19-da demişdi ki, “yaranmış yeni geosiyasi və regional şəraitdə Ermənistana tamamilə yeni konstitusiya lazımdır”.

Paşinyan belə bir ehtiyacın nədən doğması barədə izahat verməmiş və bunun Azərbaycanın tələbi olmasını deməmişdi.

Ermənistan müxalifəti və bir sıra şərhçilər isə bunu belə yozmuşdular ki, “Paşinyan Türkiyə və Azərbaycanın saysız-hesabsız tələblərindən daha birini qəbul etmək üçün zəmin hazırlayır”.

“Sülh müqaviləsinin imzalanmasına Ermənistan Konstitusiyası və orda Müstəqillik Bəyannaməsinə istinad mane olurmu?” sualına xarici işlər naziri Ararat Mirzoyan ötən həftə keçirdiyi mətbuat konfransında “yox” cavabı vermişdi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazırdı ki, Mirzoyanın sözlərinə görə Konstitusiya daxili sənəddir və ilk növbədə ölkədaxili əhəmiyyətə malikdir.

Nazir ilsonu mətbuat konfransında bildirmişdi ki, konstitusiyanın dəyişdirilməsinin səbəbinin Ermənistan-Azərbaycan tənzimləmə prosesi olduğunu iddia etmək “böyük mübaliğə” olardı.

Müxalifət bu təklifə kəskin reaksiya vermiş və iddia etmişdi ki, Paşinyanın konstitusiyanı dəyişməkdən məqsədi orada Qarabağa aid hissənin çıxarılmasıdır. Həmin hissədə 1995-ci ilin Müstəqillik Bəyannaməsinə, bəyannamədə isə Ermənistan SSR və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad edilir.

“Sualların cavabları olan vaxt”

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın Hayastan fraksiyasından deputat Artur Xaçatryan Azatutyuna deyib:

“Qoyun sizə xatırladım ki, Azərbaycan 1991-ci ilin 18 oktyabrında özünü Müsavat Azərbaycanının varisi elan edib. Müsavat Azərbaycanının isə Ermənistan Respublikası ərazisinin yarısına iddiası olub: Tavuşdan şərqə, Geğarkunikin şərq hissəsi, Vayotzorun bir hissəsi, Sünikin hamısı”.

Deputat deyib ki, Yerevan da Bakıya simmetrik tələblərlə çıxış etməlidir.

Azatutyun yazır ki, bütün bu deyilənlərə baxmayaraq Ermənistan hakimiyyəti konstitusiyanın Bakının tələbi ilə dəyişdirilməsini istisna edir.

Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasından fraksiya sədrinin müavini Qagik Melkonyan belə iddialara cavab olaraq deyib:

"Vaxt gələr, hər şey aydınlaşar və konstitusiyanı niyə dəyişmək istədiyimiz xalqımıza izah edilər. Səbirli olun, gəlin cavabları olan zamanı gözləyək”.

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG