Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:04

İncəsənət saytı “prezident qızlarının Panama ofşorlarından” yazır


The Artnetnews saytında Henri Neuendorf yazır ki, “Azərbaycanın ən böyük incəsənət himayədarlarından biri Panama sənədləri ilə bağlı imiş”.

The Artnetnews saytında Henri Neuendorf yazır ki, “Azərbaycanın ən böyük incəsənət himayədarlarından biri Panama sənədləri ilə bağlı imiş”.

Artnet.com saytı Nyu Yorkda mənzillənən və insənət əsərlərinin auksion satışı ilə məşğul olan Artnet Worldwide Corporation şirkətinə məxsusdur və Sotheby’s kimi bir sıra hərrac evləri ilə əməkdaşlıq edir.

Məqalədə deyilir ki, Azərbaycanın birinci ailəsinin adı bu yaxınlarda sızmış Panama sənədlərində hallandırılıb və prezident qızlarının Britaniyanın Vircin adasındakı ofşor şirkəti Britaniyada milyonlarla dollarlıq mülkiyyətlə məşğul olub.

“Leyla Əliyev və onun bacısı Arzunun Britaniyada mülklər almaq üçün yaradılmış Exaltation Limited adlı şirkətin səhmdarları olduğu məlum olub” – yazır Neuendorf.

Leyla Əliyeva Azərbaycan incəsənətinin hamisi kimi təbliğ olunur
Leyla Əliyeva Azərbaycan incəsənətinin hamisi kimi təbliğ olunur

Sayt “The Guardian” qəzetinə istinadən yazır ki, prezident Əliyevin qızı Leyla Əliyeva Londonda 17 milyon dollarlıq malikanənin sahibidir və onun dostları arasında şahzadə Andrew, Britaniyanın keçmiş dövlət naziri lord Mandelson və News Corporation şirkətinin varisi Elisabeth Murdoch da var.

Artnetnews saytı yazır ki, Leyla Əliyeva həm də Azərbaycanın ən fəal incəsənət hamilərindədir və Azərbaycan mədəniyyətini xaricdə təbliğ edir.

“O Heydər Əliyev Fondunun vise-prezidenti kimi Azərbaycanın Mədəniyyət Nazirliyindfən daha çox tədbir keçirir” – deyilir məqalədə.

Təəccüb doğurmayıb

Henri Neuendorf yazır ki, 2012-ci ildə Interview Magazine jurnalına verdiyi müsahibədə Leyla Əliyeva həm də özünün şəxsi kolleksiyasında Amerika rəssamı George Condo-nun əsərlərinin olduğunu demişdi.

“Onun internet saytında öz işləri də var” - yazır Artnetnews .

Məqalədə deyilir ki, “Əliyevanın öz ölkəsinin mədəniyyətini xaricdə təbliğ etmək niyyətlərinə baxmayaraq Eurasianet saytı Heydər Əliyev Fondunun öz maliyyə mənbələrinin şəffaf olmamasına görə tənqid olunduğundan yazırdı.

Müəllif qeyd edir ki, məhz buna görə “Leyla Əliyevanın adının Panama sənədlərində zühur etməsi çox az təəccüb doğura bilər”.

Artnetnews tənqidçilərə istinadən yazır ki, Londonda evlərin son dərəcə baha olması zəngin əcnəbilərin ofşor şirkətlər vasitəsilə bu şəhərdə çox sayda mülk alması ilə bağlıdır.

Sayt bildirir ki, nəticədə yerlilər qiymətləri süni şişirdilmiş bazarda ciblərinə uyğun ev tapa bilmirlər.

XS
SM
MD
LG