Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

AMAY Abdulla azadlıqda


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

Ali Məhkəmə bu gün «AMAY» Şirkətlər Qrupunun təsisçisi Abdulla Abdullayevi 5 il sınaq müddəti tətbiq olunmaqla azadlığa buraxıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Şahin Rəfiyev məlumat verib.

A.Abdullayev 2014-cü ilin aprelində həbs edilmişdi. 2015-ci ilin martından onun və daha 5 nəfərin məhkəməsi başlamışdı.

A.Abdullayev dələduzluqda, səlahiyyət həddini aşmaqda, çirkli pulların yuyulmasında, mənimsəmədə və vəsaitlərin təyinatı üzrə istifadə olunmamasında ittiham olunurdu. 2015-ci ilin sentyabrında o, 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

A.Abdullayev hökmdən kassasiya şikayəti vermişdi.

XS
SM
MD
LG