Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:02

ATƏT DTİHB: '...Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib'


Müxalifət 'siyasi tamaşa', hakimiyyət 'məğlubiyyətdən qorxur' deyir - 7 fevral seçkiləri
Gözlə

No media source currently available

0:00 0:14:09 0:00

Müxalifət 'siyasi tamaşa', hakimiyyət 'məğlubiyyətdən qorxur' deyir - 7 fevral seçkiləri

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı Aralıq hesabatını (29 dekabr 2023 –19 yanvar 2024) açıqlayıb.

"Bir müddət əvvəl Seçki Məcəlləsinə bir sıra texniki dəyişikliklər edilib. Bununla belə, düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini əhatə etməyib və əvvəllər müşahidə olunmuş çatışmazlıqları aradan qaldırmayıb", - sənəddə bildirilir.

"COVID-19 pandemiyası və Ukraynadakı müharibə..."

Hesabatda vurğulanır ki, Mərkəzi Seçki Komissiyası (MSK) 6 milyon 320 min 500 seçicinin qeydə alındığını bəyan edib. Bu, 2020-ci ildə keçirilən ən son ümummilli seçkilərlə müqayisədə bir milyondan çox seçici artımını əks etdirir: "Bunu da MSK COVID-19 pandemiyası və Ukraynadakı müharibədən sonra vətəndaş axını ilə əlaqələndirir".

Sənəddə xatırlanır ki, MSK namizədlərin irəli sürülməsi ilə bağlı 17 müraciət qəbul edib və onların hamısını təsdiqləyib: "Namizədlərin heç biri qadın deyildi. Təyin olunan müddətdə yeddi namizəd qeydə alınıb. Qalan 10-u isə tələb olunan 40 min imza ilə imza vərəqələrini geri qaytarmayıb. Hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib".

'Komandir bizə deyirdi ki, get filankəsə səs ver' – Ordu və həbsxanalarda seçki
Gözlə

No media source currently available

0:00 0:11:56 0:00

"Çoxsaylı saxlanma, həbslər baş verib"

SMM hesabatında son aylar bəzi jurnalistlərin həbsinə də toxunulur: "Son üç ayda bir sıra onlayn media orqanlarının jurnalistləri və rəhbərləri ilə bağlı çoxsaylı saxlanma, həbslər baş verib. Bunların da bir qismi hazırki hesabat dövrünə təsadüf edib. Bu kimi hallar, habelə yeni media qanununun məhdudlaşdırıcı mahiyyəti, medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bir neçə mühüm tənqidi media saytlarının ölkə hüdudlarında bloklanması bir sıra DTİHB SMM həmsöhbətlərində narahatlıq doğurur".

Hesabata, hələlik, MSK, namizədlər və başqa maraqlı tərəflərin münasibəti açıqlanmayıb. Amma istər MSK rəhbərliyi, istərsə də rəsmi şəxslər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə azad və ədaləti seçkilər üçün bütün imkanlar yaradılıb.

Xatırlatma

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Qanunvericiliyə əsasən, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin təxminən 1 il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

2020-ci ilin fevralında isə növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi: "Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb".

XS
SM
MD
LG