Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:24
Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentində Azərbaycanda insan haqları müzakirə edilir

Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini dəqiqəbədəqiqə burada işıqlandırırıq. Yeni məlumatlar bloqun əvvəlində görünür. Lentin sonunda əvvəlki xəbərlər üçün "DAVAMI" düyməsini vurun.

Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini dəqiqəbədəqiqə burada işıqlandırırıq.
Yeni məlumatlar bloqun əvvəlində görünür. Bloq-a daha əvvəl qoyulmuş xəbərləri də oxumaq üçün aşağıda "DAVAMI" düyməsini vurun.

Müzakirəni BURADA ƏTRAFLI BURADA DİNLƏYİN

17:22 31.8.2016

Peters deyir ki, görülən tədbirlər korrupsiyaya təsir etmir. Ona görə yeni yanaşma lazımdır.

Korrupsiya birbaşa insan haqları pozuntusuna gətirir. O sual verir ki, korrupsiya insan haqları pozuntusudurmu? O deyir ki, bunları birləşdirən hüquqi əsaslar lazımdır. Çünki korrupsiyanı indiki qanunvercilik insan haqları pozuntusu saymır. Yalnız deyilir ki, korrupsiyanın nəticəsi insan haqları pozuntusudur.

17:22 31.8.2016

Müzakirəni burada canlı yayımda dinləmək olar. Videonun aşağısında rus dili də seçmək mümkündür.

17:17 31.8.2016

Söz Anna Petersə verilir. O, Max Planck institutunun direktorudur. Bu institut İctimai qanunlar və beynəlxalq qanunlar institutudur. Peters deyir ki, 3-cü ölkələrdə Avropa şirkətlərinin rüşvət verməsi problemi var. Bunlar cənub ölkələridir. O ölkələr ki, Avropa Birliyi ilə əməkdaşlıq edir. O deyir ki, korrupsiya insan haqları problemini kəskinləşdirir.

17:13 31.8.2016

Auştreviçius deyir ki, biz görülən tədbirlərin səmərəsini qiymətləndirməliyik. Bu tədbirlər daha geniş və səmərəli olmalıdır.

O deyir ki, bu günki müzakirədə çox tanınmış ekspertlər iştirak edir.

Davamı

XS
SM
MD
LG