Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:05
Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentində Azərbaycanda insan haqları müzakirə edilir

Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini dəqiqəbədəqiqə burada işıqlandırırıq. Yeni məlumatlar bloqun əvvəlində görünür. Lentin sonunda əvvəlki xəbərlər üçün "DAVAMI" düyməsini vurun.

Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini dəqiqəbədəqiqə burada işıqlandırırıq.
Yeni məlumatlar bloqun əvvəlində görünür. Bloq-a daha əvvəl qoyulmuş xəbərləri də oxumaq üçün aşağıda "DAVAMI" düyməsini vurun.

Müzakirəni BURADA ƏTRAFLI BURADA DİNLƏYİN

18:03 31.8.2016

Növbəti natiq İgor Cherniakdır. Ukraynada, Xarkovda Anti-Korrupsiya Mərkəzinin sədr müavinidir. O deyir ki, Ukrayna hakimiyyətinin əsas vəziəfələrindən biri korrupsiya ilə mübarizə olmalıdır. Ancaq hakimiyyət bu mübarizəni imitasiya edir. O yeni elektron sistemi misal gətirir ki, burda məmurlar öz gəlirləri haqda bəyannaməni yerləşdirməli idilər. Ancaq sistem hələ də hazır deyil. O başqa misal çəkir. Hərbi prokurorlardan olan Kulik hələ də öz vəzifəsindədir. Ancaq izah etmir ki, bu qədər evlər, sərvət onda hardandır? O, Xarkov meri Kernesin adını çəkir ki, merin adı korrupsiya ilə sinonimdir. Məşhur Panama papers səsnədlərindən məlum oldu ki, onun Rusiya baş naziri Medvedevlə korrupsiya əlaqələri var. 80 milyon dollarlıq.

18:13 31.8.2016

"Ölkə boyda həbsxana"

Rebecca Vincent,
Rebecca Vincent,

Növbəti söz alan Rebecca Vincentdir. Hüquq naminə İdman Koalisiyasındandır. Vincent Azərbaycandan danışır. O deyir ki, Azərbaycanda hüquq müdafiəçilərilə əməkdaşlıq edib. O deyir: "Avropa Oyunlarından keçən bu 15 ay ərzində vəziyyət dəyşməyib. Burda danışılanları Azərbaycanın simasında görmək olar. Müxtəlif səviyyələrdə korrupsiya var. Vəzityyət daha da pisləşib. Xarici aləmin diqqəti yaxşıdır. Ancaq konkret addımları görməmişik. Azərbaycan ən korrupsiyalaşmış ölkələrdən biridir. Korrupsiya siyahısında 119-cu yerdədir. Əliyev ailəsi və digər oliqarxlar dövlət fondları sahəsində illərlə korrupsiya ilə məşğuldurlar." O, Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın adını çəkir. Deyir ki, o, korrupisiyanı ifşa edirdi və buna görə həbs olundu: "O, azad olunsa da, ölkədən çıxa bilmir. Bir çoxları kimi. Xədicə ölkə boyda həbsxananı tərk edə bilmir. Onlarla siyasi məhbus həbsdədir. Azərbaycan hakimiyyəti həbsləri davam etdirir. Jurnalistlər, fəallar islamçılarla əlaqədə ittiham olunub tutulurlar. Sentyabrın 26-da referendumdur. Bu referendum haqda istənilən tənqidi hakimiyyət boğur." R.Vincent siyasi fəal ilqar Məmmədovun həbsdə olmasına da toxunub.

18:19 31.8.2016

"Fərdi sanksiyalar"

Vincent Azərbaycanda digər məhbusların adını sadalayır. Hər birinin nəyə görə tutulmasından danışır. Deyir ki, Azərbaycanda media hakimiyyət tərəfindən nəzarətdə saxlanır. Vəziyyət yaxşılaşmır.

Vincent deyir: "Avropa Birliyində biz fərdi sanskiyalar məsələsinə baxmalıyıq, ayrı-ayrı məmurlar haqda. Fərdi sanksiyalar vacibdir. Belə sanksiyalar korrupsiya ilə mübarizədə səmərəlidir."

Natiq daha sonra deyir ki, Avropa Birliyi Azərbaycanda islahatlara yardım edə bilər. Ancaq Azərbaycan tələb olunan islahatları aparmır. Məhbuslar buraxılmır. Qanunvericilik dəyişdirilmir: "Avropa Birliyi öz nüfuzundan istifadə etməlidir. Azərbaycanın indiki böhran şəraitində beynəlxalq aləmə ehtiyacı var. "

18:32 31.8.2016

Belçikalı jurnalist Kristof Clerix Panama sənədlərindən danışır. Deyir ki, Panama sənədləri aysberqin görünən yalnız cüzi bir hissəsidir. Təkcə Fonseca 200 min ofşor şirkət yaradıb.

12 ölkə rəhbəri var. Şirkət sahibləri arasında. Bu işlərlə əlaqəli 29 milyarder var, Forbse-un 500 ən varlı adamlar siyahısından İslandiyanın baş naziri istefa verdi. Ukrayna prezidenti Poroshenko da var. Ermənistanda hansısa general istefa verdi.

Lüksemburqda 500 belə şirkət yaradılıb. Panama sənədləri 11 milyon sənəddir. Araşdırmaçı jurnalistlər konsorsiumu əsas materialları sayta qoyub.

Davamı

XS
SM
MD
LG