Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:45

Avropa Şurası İ.Məmmədovun azadlığını istəyir...


İlqar Məmmədov
İlqar Məmmədov

-

Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı daha bir qərar qəbul edib. Bu, sayca 6-cı qərarda indiyədək olanqərar və qətnamələr yada salınır vədərin narahatlıq ifadə edilir.

Bildirilir ki,cinayət işində Avropa Məhkəməsinin qərarı ilə müəyyənləşdirilən təməl pozuntulara yol verilsə də, İ. Məmmədov hələ də azad olunmayıb. Bu dövrdə onun fiziki toxunulmazlığına təminat tələbləri də cavabsız qalıb.

Qərarda o da bildirilir ki, indiyədək heç bir yerli məhkəmə Avropa Məhkəməsinin, 5-ci maddə ilə birgə götürüldükdə, Konvensiyanın 18-ci maddəsinin pozulması barədə qərarına istinad etməyib. İşə Şəki Apellyasiya Məhkəməsində baxılması da qeyri-müəyyən müddətə ertələnib.

Yekunda, Konvensiyayaəsasən, Azərbaycanın qərarı icraetmə öhdəliyi xatırladılır və rəsmi Bakı İ. Məmmədovu yubanmadan azad etməyə, onun fiziki toxunulmazlığına təminat verməyə çağrılır.

Nazirlər Komitəsi bu işə 2016-cı ilin iyununda - 1259 saylı iclasındabaxmağı qərara alıb. Həmin vaxtadək İ. Məmmədov azad edilməzsə, daha ciddi tədbirlər nəzərdə tutan aralıq qətnaməsi layihəsi hazırlanacaq.

REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il həbs cəzası kəsib. İ. Məmmədov ittihamları qəbul etmir. Avropa İnsan Haqları Məhkəməsi hələ 2014-cü ildəonun azad edilməsi barədə qərar verib.

XS
SM
MD
LG