Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:00

Aytən Məmmədova ekspertizadan keçib


Aytən Məmmədova
Aytən Məmmədova

Jurnalistə bıçaqlı hücumla bağlı cinayət işinin təhqiqatı Bakı şəhər Baş Polis İdarəsinə verilib

Jurnalist Aytən Məmmədova mayın 11-də üç gün öncə naməlum şəxsin hücumu nəticəsində aldığı xəsarətlərlə bağlı ekspertizadan keçib.

***

Jurnalist Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalması ilə bağlı cinayət işinin təhqiqatı Bakı şəhər Baş Polis İdarəsinə verilib. Daha öncə iş Binəqədi rayon Polis İdarəsində araşdırılırdı.

Məmmədova mayın 8-də axşam yaşadığı binanın liftində naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs jurnalistin boğazına bıçaq dirəyərək onu ölümlə, qızıyla hədələyib, “məhkəmə işindən” yazmamaqla bağlı xəbərdarlıq edib.

Jurnalist boğazındakı xəsarət izləri ilə əlaqədar bu gün – mayın 11-də tibbi ekspertizadan keçəcək. Ekspertiza mayın 9-da ölkədə qeyri-iş günü olması, 10-da isə jurnalistin polisə, müxtəlif qurumlara çağrılması səbəbindən yubanıb.

Jurnalistə qarşı hücumla əlaqədar Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Məmmədova hücumun peşə fəaliyyəti ilə bağlı olduğunu güman edir. Hücum edən şəxs konkret ad çəkməsə də ondan “məhkəmədən yazmamağı” tələb edib.

Aytən Məmmədovanın son vaxtlar ətraflı işıqlandırdığı məhkəmə proseslərindən biri Tovuzda azyaşlı qızın qətli və sonradan yandırılmış meyitin tapılması ilə bağlıdır. İşdə təqsirləndirilən İlkin Süleymanov işgəncələr nəticəsində cinayəti boynuna götürdüyünü deyir.

ABŞ Dövlət Departamenti, AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay (Jamie Fly), ABŞ-ın Azərbaycandakı səfirliyi, AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şennak, bir sıra beynəlxalq insan haqları təşkilatları jurnalistə hücumu kəskin pisləyiblər. Onlar hakimiyyəti insidenti ətraflı araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırırlar.

Beynəlxalq qurumları Azərbaycanda mətbuatın vəziyyətinin “ağır” olduğunu bildirir. Hakimiyyət təmsilçiləri isə tənqidləri qəbul etmir, ölkədə bütün təməl azadlıqların qorunduğunu bildirir.

XS
SM
MD
LG