Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:50

Azərbaycan İran komandanına cavab verdi


 Kiumərs Heydəri
Kiumərs Heydəri

Azərbaycan Müdafiə Nazirliyi İran İslam Respublikası ordusunun Quru Qoşunlarının Komandanı Kiumərs Heydərinin bəzi iddialarına cavab verib.

Nazirliyin açıqlamasında vurğulanır ki, Kiumərs Heydəri “öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir”.

Nazirlik bəyan edir ki, Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir.

Açıqlamaya görə, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.

“44 günlük vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, ... iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir”, nazirlik vurğulayır.

Açıqlamanın sonunda deyilir: “Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi gülüş doğurur.”

Bu açıqlamaya, hələlik, İranın Azərbaycandakı səfirliyinin münasibəti məlum deyil.

Heydəri nə demişdi

Martın 30-da İran quru qoşunlarının komandanı Kiumərs Heydərinin bəyanatı yayılmışdı.

O demişdi ki, Qafqazda “bir neçə həssas məsələ var” və onlardan biri də Azərbaycan sərhədində “sionist rejimi elementlərinin olmasıdır”.

O bəyan etmişdi ki, “İran region ölkələrində sionist elementlərin mövcudluğuna dözməyəcək”.

İkinci Qarabağ müharibəsində Azərbaycanın muzdlu döyüşçülərdən istifadə etməsi iddiası bundan əvvəl də səslənib. Amma Azərbaycanın rəsmi qurumları bu iddianı birmənalı təkzib ediblər.

Ukrayna əsgərləri İran dronlarını avtomat silahlarla vurur
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

İran-Azərbaycan gərginliyi

Son illər İran və Azərbaycan arasında bir sıra gərgin dönəmlər yaşanıb.Ötən ilin oktyabrında İranın Azərbaycanın sərhəddində hərbi təlim keçməsi rəsmi Bakının tənqidinə səbəb olmuşdu.Hərçənd, onda İranın Azərbaycandakı Səfirliyi təlimlə bağlı Bakını əvvəlcədən xəbərdar etdiklərini açıqlamışdılar.Daha sonra Azərbaycanın güc qurumları ölkənin cənubunda təlim keçdilər.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücüm olub.

Onda səfirliyin bir əməkdaşı həlak olnuş, ikisi isə xəsrət almışdı.

Bundan sonra Azərbaycan İrandakı Səfirliyinin əməkdaşlarını təxliyə eedib.

İran rəsmiləri silahlı insidentin araşdırılacağını bildirib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG