Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:58

Quşçular cəmiyyəti: 'Öz toyuqlarımız özümüzə bəsdir'


Quş əti (arxiv fotosu).
Quş əti (arxiv fotosu).

Respublika Quşçular Cəmiyyətinin (RQC-nin) sədri Aydın Vəliyev deyir ki, «illik tələbat yüz min tondur və hesab edirəm ki, indiki iqtisadi şərtlər daxilində bunu yerli istehsal hesabına ödəmək mümkündür»

Yüksək idxal rüsumunun tətbiqinə qərar veriləndən onun qüvvəyə minməsinədək ötən 30 gündə idxalçılar, gecə-gündüz bilmədən, ölkəyə 10 min ton quş əti gətiriblər. Bu rəqəm bütövlükdə 2015-ci ildə gətiriləndən 3 min ton çoxdur. İstehsalçıların təmsilçisi isə yerli istehsalın tələbatı tam ödəyə biləcəyini deyir.

Buna da bax:​ Yeni rüsumlar qüvvəyə mindi, amma quşçular buna sevinmir...

İdxal 3 dəfə çoxalıb

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ötən ilin 9 ayında 14 min 387 ton quş əti gətirilsə də, illik idxal 24 min 435 tona çatmışdı. Bu, əvvəlki ildən 3 dəfə artıqdır. İdxal nəticəsində ölkədən 20 milyon dollardan çox valyuta çıxarılıb.

Əsas broyler və quşçuluq müəssisələrini birləşdirən Respublika Quşçular Cəmiyyətinin (RQC-nin) sədri Aydın Vəliyev AzadlıqRadiosu-na deyib ki, dekabrda Türkiyədən gətirilən az sayda kənd toyuğu nəzərə alınmazsa, idxal tam dayanıb. Səbəb də odur ki, noyabrın 4-dən Azərbaycana idxal edilən 1 kq ev toyuğunun ətinə 1 dollar rüsum ödənilməlidir.

Buna da bax: 'Əliyevin dediyi rəqəmlər var, ət yoxdur'

«İldə 100 min ton ət istehsal edə bilərik»

Bəs yerli broyler təsərrüfatları onlara yaradılan bu «istixana şəraitindən» yararlana bilirmi? Aydın Vəliyev istehsal güclərinin tam işə salındığını, tələbatın gərəyincə ödənildiyini bildirir. O bunun təkcə broyler müəssisələrinin deyil, son illər yaradılmış iri fərdi təsərrüfatların da xidməti olduğunu düşünür. RQC sədrinin sözlərinə görə, bəzi fərdi təsərrüfatlar ildə min ton quş əti satır:

«İllik tələbat yüz min tondur və hesab edirəm ki, indiki iqtisadi şərtlər daxilində bunu yerli istehsal hesabına ödəmək mümkündür. Qiymətlərin dəyişməsi manatın dollara nisbətdə məzənnəsindən asılı olacaq, çünki, baytarlıq preparatları və yemin əsas hissəsi əvvəlki tək xaricdən valyutaya alınır».

Buna da bax:​ 'Toyuq əti istehsalı azalıb' - Media icmalı

Qiymətlər manatın məzənnəsinə bağlıdır

Broyler müəssisələrinin ehtiyaclarını ödəmək məqsədilə ölkədə damazlıq təsərrüfatlarının qurulduğunu bildirən Aydın Vəliyev, beləcə, tələbatın yalnız 60-65 faizinin qarşılandığını gizlətmir. O bu səbəbdən quş ətinin qiymətinə təsir göstərən amillərin təkcə yerli müəssisələrin özündən qaynaqlanmadığına diqqət çəkir: «Hazırda, təsərrüfatların ölçüsündən asılı olaraq, bir kq quş ətinin maya dəyəri 3,30-3,50 manat arasında dəyişir. Odur ki, sektorun rentabelliyi bazardakı meyllərə çox həssasdır».

Quş əti haralardan gəlir?

Azərbaycana ən çox quş əti ixrac edən ölkələr siyahısına ABŞ başçılıq edir. Ötən il bu ölkədən Azərbaycana - 9 min 690,9 ton, Braziliyadan – 5 min 402 ton, Ukraynadan – 5 min 36 ton, Türkiyədən isə 2 min 934 ton toyuq əti gətirilib.

Buna da bax:

Siyəzənli sahibkar: "Yerli quş əti bahalaşacaq, çünki..."
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

XS
SM
MD
LG