Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:35

Ərzağın qiyməti qəpik-qəpik qalxır


-

“Qiymətlərin yüksəlməsi üçün əslində heç bir obyektiv zərurət yoxdur”

“Əsas artımlar bundan sonra qeydə alına bilər. Bu artım devalvasiya gözləntiləri ilə daha çox bağlıdır”

Ağbirçək qadın yanındakı qızla böyük marketin çay-qənd şöbəsində qiymətlərə baxa-baxa gedir. Əlini heç nəyə uzatmır. Ancaq diqqətlə qiymətləri və qiymətinə baxmadan istədiyi ərzağı alıb zənbilə yığan kişini süzür.

“Qiymətlər bahalanıb deyirlər”, ortaya atılan replikaya çevrilir. “Bahalanıb da sözdü? Amma pensiya yerində sayır,” sərt səs tonu ilə cavab verir.

Solmaz Alışova təqaüdçüdü, hər ay kartına 170 manat pensiya köçürülür: “Qızım da üstünə 30 manat qoyub gətirir. Gücü buna yetir. 200 manatla mən nə yeyim, nə içim? Hər şey qəpik-qəpik qalxır”.

“Bazar-store”un marketlərinin birində qiymət müqayisəsi aparmaq istəsək də, mühafizəçilər buna “qiymət oğurluğu” kimi yanaşıb foto çəkməyə mane oldular.

İstehlak səbətində nə bahalanıb?

“Turan” İnformasiya Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq məhsulundan ibarət istehlak səbətinin qiyməti 2,5 faiz bahalanıb. İyul və iyunda 0,10, mayda 3,6 faiz artım olub.

Ötən ay pomidor 60, kartof 33,3, şəkər tozu 26,6, soğan 25, qarğıdalı yağı 18,3, marqarin 18,2, 1 növ un 18,2, kələm 16,6, vermişel 13,3, kərə yağı 12,8, qatıq 11,5, yumurta 9, pendir 2 faiz bahalanıb.

Qarabaşaq yarması -9, toyuq içalatı 5,5 ucuzlaşıb. Mal əti, qoyun əti, toyuq əti, süd və s qiyməti dəyişməyib.

Xarici ölkələrdən yeyinti məhsulları gətirən şirkətlərdən birinin adının çəkilməsini istəməyən satış meneceri AzadlıqRadiosuna bildirir ki, son aylarda satdıqları məhsulların qiymətini qaldırmağa məcbur olublar:

Afiq Səfərov
Afiq Səfərov

“Əvvəlcə “Azərsun” qaldırdı, – birinci yağların, sonra digər ərzaq məhsullarının qiymətini 15-50 faiz qaldırdı.

“Azərsun” şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov deyir ki, bəzi qida məhsulları 5-15 faiz bahalanıb.

Əslində bizim şirkət Azərbaycanda dolların ucuzlaşmasına görə balansı qorumaq üçün malı güzəştli qiymətlə bura göndərməyə razılaşdı, daşınma xərci də azaldıldı ki, dollar fərqindən yaranmış itkinin qarşısı alınsın. Amma gömrükdə bundan xəbər tutdular, ya nədir, tətbiq edilən rüsum artdı və ona görə bizim şirkət də qiyməti 15-50 faiz qaldırmağa məcbur oldu”.

“Azərbaycan yerli xammal istehsalını gücləndirir

“Azərsun” şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov deyir ki, bəzi qida məhsulları 5-15 faiz bahalanıb. O, bunu dünya bazarında bəzi xammalların qiymətinin artması ilə izah edir, ancaq onu da deyir ki, Azərbaycan yerli xammal istehsalını gücləndirmək üçün ciddi addımlar atır:

“Suvarılan əkin sahələri artırılır. Məsələn, məndə olan məlumata görə, "Aqrolizinq" tərəfindən fermerlərə 1500-ə yaxın traktor verilib”.

“Hətta "korrupsiya vergisi" də artmayıb”

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, istehlak mallarının qiymətindəki qalxmalar nisbi artımlardır:

“Əsas artımlar bundan sonra qeydə alına bilər. Bu artım devalvasiya gözləntiləri ilə daha çox bağlıdır.

Hətta "korrupsiya vergisi" də artmayıb. Belə bir vəziyyətdə hər hansı bir mal və ya xidmətin qiymətləri niyə artmalıdır ki?”

Bəzi işbazlar devalvasiya olmamış qiymətləri artırmağa meyl göstərirlər ki, sonradan prosesin arxasınca sürünməsinlər.

Bazar iştirakçıları ikinci devalvasiya gözləntisinə bir fürsət kimi baxır. Qiymətlərin yüksəlməsi üçün isə əslində heç bir obyektiv zərurət yoxdur. İdxalçı ölkədə və ölkə daxilindəki istehlak müəssisələrində xammalın və ya yarımfabrikatların qiymətlərində qiymət artımı baş verməyib.

Hətta "korrupsiya vergisi" də artmayıb. Belə bir vəziyyətdə hər hansı bir mal və ya xidmətin qiymətləri niyə artmalıdır ki?”

Müsahibimiz hesab edir ki, bu artımlar fəlakət öncəsi qorxu hissini xatırladır:

“Düşünürəm ki, bu qiymət artımı daha çox ikinci devalvasiya anonsu ilə bağlı hazırlığın göstəricisidir. Yoxsa ki, heç bir halda qiymət artımı üçün ciddi zərurət yoxdur. Birinci devalvasiya qərarının izləri hələ çox vaxt aparacaq”.

XS
SM
MD
LG