Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:59

Gecə baş verənlərə görə cinayət işi açılıb


İİyulun 120dən başlayaraq Azərbaycan -Ermənistan sərhəddində baş verən Bakıda yürüş, 14 iyul 2020
İİyulun 120dən başlayaraq Azərbaycan -Ermənistan sərhəddində baş verən Bakıda yürüş, 14 iyul 2020

İyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək yürüşü zamanı bir qrip şəxsin əməllərinə görə cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında yazılıb.

Məlumatda vurğulandığına görə, iyulun 14-ü Bakı şəhərində keçirilən yürüş Azərbaycan xalqının öz dövlətinə, Ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirib.

Habelə təəssüflə qeyd olunub ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib: "Aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərmiş və zor tətbiq etmiş, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub".

Qeyd edilib ki, görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa olunub: "Fakt üzrə cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir".

Milli Məclis baş verənləri təxribat sayır

Milli Məclis Aparatı bu gecə, iyunun 14-dən 15-nə keçən gecə Bakıda baş verən bəzi olaylarla bağlı açıqlama yayıb.

Açıqlamanı qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Açıqlamada bildirilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən aksiyada Şəhidlər Xiyabanı və Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi qeyri-qanuni parlamentin inzibati binasına daxil olub.

Bildirildiyinə görə, Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub.

"Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb. Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub", - məlumatda qeyd edilir.

Milli Məclis adından yayılan açıqlamada habelə yazılır ki, "Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda, bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik".

Açıqlama müəlliflərinin fikrincə, bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək cəbhədə həlak olanların müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

Polis Milli Məclisin qarşısına toplaşanları dağıdıb

İyulun 14-də Bakıda Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə əlaqədar aksiya keçirilib.

Minlərlə aksiyaçı əvvəlcə Azadlıq Meydanına, daha sonra isə Şəhidlər Xiyabanına və Milli Məclisin qarşısına yürüş edib.

Aksiya iştirakçıları "Nəcməddin, istefa" deyə Silahlı Qüvvələrin qərargah rəisi, müdafiə nazirinin müavini Nəcməddin Sadıkovun istefasını tələb edirdilər.

Saat 01.18-də aksiyanın keçirildiyi ərazidə küçə işıqları söndürülüb. Amma aksiyaya qatılanlar mobil telefonların işıqlarını yandıraraq, fit çalaraq etirazlarını bildiriblər. Onlar "Azərbaycan" deyə qışqırırdılar.

"Qarabağa azadlıq" yürüşündə iştirak edənlər Nəcməddin Sadıqovun istefasını tələb edən şüarlar səsləndirirlər
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Milli Məclisin qarşısında mikrofon qurulsa da əvvəlcə danışan olmayıb.

Aksiyaçılar Müdafiə Nazirliyinin nümayəndəsinin danışmasına imkan verməyiblər.

Aksiyaçılardan bəziləri “ali baş komandanın gəlib çıxış etməsini” istədiklərini deyirdilər.

Daha sonra aksiyaçılardan bir qrupu Milli Məclisin binasına daxil olsa da, az sonra polis tərəfindən oradan çıxarılıb.

Bundan sonra Milli Məclisin qarşısına toplaşanların dağıdılması üçün su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə olunub.

Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Aksiyaçılar Şəhidlər Xiyabanına doğru çəkilərək "Burdan getməyəcəyik" deyiblər, yenidən "Qarabağ" şüarı səsləndiriblər.

Nümayişə çıxanlar səhərin erkən saatlarında Dənizkənarı park və Azadlıq Meydanı istiqamətində dağılışmağa başlayıblar.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Bakıda Azadlıq Meydanına doğru yürüş edlib. Bununla bağlı sosial mediada canlı yayımlar edilirdi.

Yürüşün təşkilatçısı bəlli deyildi.

***

İki gün öncə - iyulun 12-də Qobuda məskunlaşan məcburi köçkün olduğunu deyən çox sayda insan Bakıya doğru yürüş etmişdi. Daha sonra polis aksiyanı dağıtmışdı, saxlanılanlar olmuşdu.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son 3 gündə Azərbaycan tərəf biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəf də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

İyulun 14-də axşam saatlarında Bakının Xətai rayonunda Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdə həlak olan polkovnik İlqar Mirzəyevin cənazəsini qarşılamağa yüzlərlə insan çıxıb.

Onlar yürüş ediblər. Yürüşçülər əllərində Azərbaycan bayrağını tutaraq şüarlar səsləndiriblər.

Polis yürüşə müdaxilə etməyib.

XS
SM
MD
LG