Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:40

Bayden Putinlə səmimi bir söhbətə hazıram deyir


Co Bayden G7 sammitindən sonra keçirilən mətbuat konfransında, 13 iyun 2021
Co Bayden G7 sammitindən sonra keçirilən mətbuat konfransında, 13 iyun 2021

ABŞ Prezidenti Co Bayden Rusiya prezidenti Valdimir Putinlə açıq danışığa hazır olduğunu bildirib. O, bunu iyunun 13-də G7 zirvə toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

Putinlə iyunun 16-ı Cenevrədə keçiriləcəyi planlaşdırılan görüşlə bağlı jurnalistlərin suallarına cavab verən Bayden deyib ki, o, prezident seçilməzdən əvvəl də Putinə, Rusiya liderinin Amerika seçkilərinə müdaxilə cəhdlərinə qarışması məsələsini araşdırmaq istədiyini bildirib.

Bütün kəşfiyyat məlumatlarına istinad edən Bayden hesab edir ki, Putinin iştirakı ilə Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə etdiyi qənaətinə gəldiyini təsdiqləyib.

Co Bayden ABŞ-ın hər hansı bir münaqişə axtarmadığını , ancaq Rusiyanın Vaşinqtona görə "beynəlxalq standartlara cavab verməyən" hərəkətləri ilə əlaqədar bir həll tapmağa çalışdığını söyləyib.

Onun sözlərinə görə, baş verənlərin başa düşülməsinin ən yaxşı yolu onunla görüşməyimiz, qarşılıqlı müzakirəmizdir.

"Bilirəm ki, onunla bizim problemləri çox açıq müzakirə edəcəyimə siz şübhə etməyəcəksiniz" deyə Bayden bildirib.


Rusiya ilə kiber cinayətkarların mübadiləsi ehtimalını şərh edən Bayden buna açıq olduğunu söyləyib. O, Liviya ilə bağlı Rusiya ilə ortaq iş aparmağın lazım olduğunu da vurğulayıb.

Birgə mətbuat konfransı olmayacaq

ABŞ prezidenti jurnalistlərə 16 iyun Cenevrədə keçiriləcək ikitərəfli görüşdən sonra Putinlə birgə mətbuat konfransı keçirməkdən imtina etməsinin səbəbini də izah edib.

"Bu, bir mətbuat konfransında özünü yaxşı göstərdi, kim kimi narahat vəziyyətə saldı yarışması deyil .. Söhbət ondan gedir ki, mən aşıq şəkildə münasibətlərin necə yaxşılaşmasının şərtlərini deyəcəm. Görüşün necə keçirildiyi ilə bağlı mən öz baxışlarımı danışacam, o da öz mövqeyini. Ancaq mən diqqətin bizim bir-birimizin əlini sıxmağımıza , necə durduğumuza yetirilməsini istəmirəm "deyə Bayden bildirib.

XS
SM
MD
LG