Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:27

Gənc fəallara 4 aylıq həbs- [Video]


Bayram Məmmədov həbs edilir
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

Bayram Məmmədov həbs edilir

►Qiyasəddin İbrahim və Bayram Məmmədovun məhkəmələri bitdi.

Onların hər ikisi barədə 4 aylıq həbs qərarı verilib.

Mayın 11-də tutulan NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovla siyasi fəal Qiyasəddin İbrahimin narkotikə görə saxlandığı bildirilir.

*Youtube Kanalımıza abunə ol - videoları detallı izlə

Bu haqda mayın 12-də Daxili Işlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, gənclər Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu polis idarəsinin 12-ci bölməsinin, Nəsimi polis idarəsinin 22-ci bölməsinin və Nizami poliis idarəsinin 25-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Əməliyyat zamanı Bayram Məmmədovun üzərindən 2,904 qr., evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilərək götürüldüyü bildirilir.

Qiyasəddin İbrahimin üzərindən 2,607 qr., yaşadığı mənzildən isə 1,01 kq heroin götürüldüyü qeyd olunur.

Bayram Məmmədovun vəkili Elçin Sadıqov deyir, qərardan şikayət verəcəklər (Video)

Bayram Məmmədovun vəkili Elçin Sadıqov: "Apellyasiya şikayəti verəcəyik"
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Gənc fəallara qarşı narkotik ittihamı yeni deyil.

Əvvəllər də NİDA Vətəndaş Hərəkatının bir neçə üzvü narkotikə görə saxlanıb həbs edilmişdilər.

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov və siyasi fəal Qiyasəddin İbrahimdən iki gün idi ki, xəbər yox idi. Onların mayın 10-da saxlanıldığı güman olunurdu.

Mayın 10-da gecə paytaxtın mərkəzindəki Heydər Əliyev abidəsinin üzərində etirazçı şüarlar yazıldığı müşahidə olunmuşdu. Gənclərin məhz bu şuarlara görə, saxlandığı güman edilirdi.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul Bayramınız Mübarək!”, ön tərəfdə isə “F... the system!” sözləri yazılmışdı.

Qiyasəddin İbrahim və Bayram Məmmədov
Qiyasəddin İbrahim və Bayram Məmmədov

Gənclərin məhz bu şuarlara görə, saxlandığı güman edilir.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibəti ilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Bakı şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, cəbhə bölgəsində Ermənistanın təxribatının qarşısını alarkən həlak olan hərbiçilərin ruhuna hörmət əlaməti olaraq mayın 10-da sadəcə parklarda gül əkilmə aksiyaları keçiriləcək.

Bu il elə belə də oldu.

Xəbər səhifəyə hazırlanarkən Bayram Məmmədovun məhkəmənin qərarı ilə ilkin olaraq 4 ay həbs cəzası aldığı bildirildi.

Qiyasəddin İbrahim haqda da eyni qərar verildi.

Qiyasəddin İbrahim məhkəməyə gətirilir
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG