Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Bayraq Meydanının keçmiş rəisi məhkəmə önündə


Rəşad Məmmədov
Rəşad Məmmədov

►“Rəşad Məmmədov peşəkar hərbçi olub, Dağlıq Qarabağ uğrunda döyüşlərdə kontuziya alıb. Sıfırdan başlayaraq biznes qurub, dövlət rəhbərliyinin etimadını qazanıb”

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun məhkəməsi başlayıb.

O, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovla birlikdə mühakimə olunur. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

“SIFIRDAN BİZNES QURUB”

Mayın 27-də məhkəmənin hazırlıq iclasında vəkili Akif Əlizadə deyib ki, Rəşad Məmmədov ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir və özünü təqsirsiz sayır.

Buna baxmayaraq, Rəşad Məmmədov həbsdə olduğu müddətdə onun qardaşı iş materiallarında vurulmuş ziyan kimi təqdim etdiyi məbləği ödəyib. İş üzrə zərərçəkmiş qismində tanınan şəxslər də istintaq orqanına ərizə göndəriblər ki, onların heç bir şikayəti yoxdur.

"Rəşad Məmmədov 13 aydır ki, həbsdədir. O, tutulanda da, həbsdə saxlanılarkən də qanunvericiliyin tələbləri pozulub. Rəşad Məmmədov peşəkar hərbçi olub, Dağlıq Qarabağ uğrunda döyüşlərdə kontuziya alıb. Sıfırdan başlayaraq biznes qurub, dövlət rəhbərliyinin etimadını qazanıb. Onun barəsində həbs qərarı verilərkən şəxsiyyəti, müsbət xarakterizə olunması, dörd övladından üçünün azyaşlı olması nəzərə alınmayıb. Ümid edirik ki, bu məhkəmə məsələyə standart, şablon yanaşmayacaq", deyən vəkil Rəşad Məmmədovun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatət qaldırıb.

Digər vəkil İradə Cavadova da hüquqlarını müdafiə etdiyi İsfəndiyar İsfəndiyarov barədə eyni vəsatəti qaldırıb. Müdafiəçi deyir ki, istintaq orqanı həbs-qətimkan tədbirinin seçilməsinə əsas kimi, bu şəxslərin azadlıqda qalacağı təqdirdə istintaqın gedişinə mane ola biləcəyini əsas gətirib: "Artıq istintaq başa çatıb, deməli, bu əsas da aradan qalxıb".

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

“İNSAN LƏYAQƏTİNİN ALÇALDILMASIDIR”

İradə Cavadovanın digər vəsatəti İsfəndiyar İsfəndiyarovun məhkəmə zalındakı şüşə qəfəsdən çıxarılıb vəkilinin yanında əyləşməsi haqda olub:

"Təqsiri sübuta yetirilməyən, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmayan şəxsi dəmir və ya şüşə qəfəsdə saxlayıb, insanlara bu şəkildə nümayiş etdirmək insan ləyaqətinin alçaldılmasıdır. Bu, həm də bərabərlik prinsipinin, müdafiə hüququnun pozulmasıdır. Təqsirləndirilən şəxslərin absurd hesab etdikləri ittihamdan özlərini müdafiə etmələri üçün onlara normal şərait yaradılmalıdır".

Qeyd edək ki, üçüncü təqsirləndirilən Arzu Məmmədov uzun müddət həbsdə saxlanılsa da, bu il martın 4-də ev dustaqlığına buraxılıb.

Məhkəmə vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib. İyunun 2-də bu iş üzrə məhkəmə istintaqı başlayacaq.

Rəşad Məmmədov və digər iki nəfər CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunub. Rəşad Məmmədova bununla yanaşı, həm də mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı verilib. Onlar Bayraq Meydanı kompleksinin inşası zamanı vətəndaşlara ziyan vurmaqda ittiham olunur.

XS
SM
MD
LG