Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 19:55

Mal Belarusdan gəlir, amma...


Dəmiryol
Dəmiryol

«Azərbaycan Dəmir Yolları» QSC-nin İnfrastruktur Departamenti Belarusun «Amkodor-Baku» şirkəti ilə 6 milyon manat (təxminən 3 milyon 510 min ABŞ dolları) dəyərində müqavilə bağlayıb. Müqavilə 80 min ədəd birinci növ, 20 min ədəd isə ikinci növ ağac dəmiryol şpallarının alışını nəzərdə tutur.

İSTEHSALÇI O DEYİL

Şirkətin Bakı ofisinin direktoru Mixail Mizer AzadlıqRadiosuna ADY ilə əməkdaşlığın bir neçə ildir davam etdiyini, bundan öncə də ona ağac şpal satdıqlarını deyib. «Amkodor-Baku» MMC 2013-cü ildən «Amkodor» holdinqinin maraqlarını təmsil edir. Onun funksiyasına holdinqin istehsalı olan yol-tikinti, kommunal, kənd təsərrüfatı, aerodrom texnikasının satışı, satış sonrası xidmət daxildir. Holdinqin korporativ saytından görünür ki, o, ağac şpal istehsalçısı deyil. Mixail Mizer bu suala aydınlıq gətirmək istəməyib.

ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, Belarusdan alınacaq şpallar bu dəmiryol xətlərinin təmir işləri gedişində istifadə olunacaq.

***Buna da bax-AZAL-ın 'ilk kündəsi' küt getdi

RƏSMİ RƏQƏMLƏR FƏRQLİDİR

Belarusla şpal ticarətinin maraqlı tərəfi həm də iki ölkənin rəsmi statistika orqanlarının yaydıqları məlumatlardır. Dövlət Gömrük Komitəsi bu ilin 3 ayı ərzində Azərbaycana 1570 kubmetr ağac şpal gətirildiyini, bunun 553.5 kubunun (ümumi dəyəri 101.6 min ABŞ dolları) Belarusun payına düşdüyünü açıqlayıb. Belarus Respublikası Milli Statistika Komitəsi idxal-ixrac əməliyyatları üzrə bu ilin 5 ayının statistik göstəricilərini təqdim edib. Orada MDB ölkələrindən yalnız Ermənistanın, Moldovanın və Rusiyanın adı çəkilir. Bundan başqa, Rusiyadan da 1016 kubmetr ağac şpal (233 min 700 dollar) gətirilib.

Ötənilki göstəricilərə gəlincə, 2016-cı ildə DGK Belarusdan ümumi dəyəri 448.4 min dollar olan 2 min 398.5 kubmetr ağac şpal alındığını, Belarus isə Azərbaycana 2 min 952 kubmetr şpal satıldığını deyir. Düşünmək olar ki, ötən ilin sonunda Belarusdan yüklə dolu çıxan qatarlar Bakıya bu il gəlib çatıb.

***Buna da bax-Bakı dəniz limanı iki ildir 'havadadır'

DİGƏR TƏRƏFDAŞ DA TİCARƏT ŞİRKƏTİDİR

ADY yolun üst quruluş materiallarının alınması haqda müqaviləni isə yerli «Best Valves» ticarət şirkəti ilə bağlayıb. Sevinc Qədirova AzadlıqRadiosuna bu şirkətin Azərbaycan dəmir yollarına relslər, bağlayıcılar, şpallar, əksqaçıcılar, ballast qatı, yoldəyişən qurğular, kar kəsişmə qurğuları, izolyasiya materialları, mis rels birləşdiriciləri və s. satacağını deyib. Müqavilənin dəyəri 1 milyon 264.1 min manatdır (743.6 min dollar). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu şirkətin əsasən Türkiyədən nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin idxalı üzrə ixtisaslaşdığını bildirir.

«Best Valves» MMC və ADY arasında ticarət səhmdar cəmiyyətinin tərkibinə daxil olan «Fövqəladə Hallar Qatarı» MMC ilk bu il bağlanan müqavilədən başlanğıc götürür. Müqavilə «Fövqəladə Hallar Qatarı» MMC-in istismarında olan nəqliyyat vasitələri üçün 23.5 min manatlıq akkumulyator batareyalarının alınmasını nəzərdə tutur.

Bu ilin birinci yarısında Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası «Best Valves» MMC-dən 742.6 min manat dəyərində dörd müqavilə bağlayıb. Şirkət «Mercedes-Benz Vito» və «Mercedes-Benz Sprinter» avtomaşınları üçün ehtiyat hissələri (445 min manat), avtoşin və akkumulyatorlar (297 min manat) gətirəcək. Ötən il təcili yardım maşınlarından ötrü 234.7 min manat dəyərində ehtiyat hissələrini də bu şirkət təchiz edib.

XS
SM
MD
LG