Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Ukrayna uşaqlarını indi də Belarusa aparırlar


Qaçqın Ukrayna uşaqları (Arxiv fotosu)
Qaçqın Ukrayna uşaqları (Arxiv fotosu)

Donbasdan olan minədək uşaq və yeniyetmə aprel-may aylarında Belarusa - Minsk vilayətinin Soliqorsk rayonundakı “Dubrava” uşaq sağlamlıq mərkəzinə gətiriləcək.

Bu barədə məlumatı iqtidaryönlü fəal, paralimpiyaçı və xeyriyyə fondunun təsisçisi Aleksey Talay verib.

Talayın sözlərinə görə bu, ikinci yaz mövsümü növbəsidir. Bu növbədə düşərgəyə Ukraynada Zaporojye vilayətinin işğal olunmuş ərazilərindən 100 uşaq və yeniyetmə gətirilməlidir.

Bu da xəbər verilir ki, uşaqların sağlamlaşdırılması ricası ilə Talayın fonduna “zaporojyeli ictimai xadim” Vladimir Roqov müraciət edib. Roqov da rusiyayönlü fəaldır və Zaporojye vilayətində işğal administrasiyasının nümayəndəsidir.

Talayın sözlərinə görə yaz mövsümünün birinci nöbvbəsində qondarma DXR və LXR-dən 350 uşaq gəlib. Onlar artıq Belarusdadır.

Lukaşenkanın sərəncamı

Ukraynanın işğal olunmuş ərazilərindən olan uşaqların “sağlamlaşdırılması” üçün sərəncamın Belarusun başçısı Alyaksandr Lukaşenka tərəfindən verildiyi deyilir.

Rəsmi xəbərə görə onların Belarusda yerləşdirilməsini Talay fondu Belaruskali şirkətinin və “ittifaq dövlətinin” dəstəyi ilə təşkil edəcək.

Talay qeyd edib ki, uşaqların istirahəti üç növbədə təşkil olunub və bu müddət ərzində Belarusa Ukraynadan minədək uşaq və yeniyetmə gətirilməlidir.

Aleksey Talayın fondu bundan əvvəl də “Donbas uşaqlarına” kömək göstərib. Məktəb və uşaq bağçaları valideynlərdən dəftərxana ləvazimatı, gigiyena əşyaları, ərzaq və oyuncaqlar gətirməyi xahiş ediblər.

Qanunsuz tədbir

Belarus diplomatı, Xalq Antiböhran İdarəsinin lideri Pavel Latuşko AzadlıqRadiosunun Belarus xidmətinə müsahibəsində deyib ki, Belarusa Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən gətirilən uşaqların yaşı 6-15 arasındadır. Bunların əksəriyyəti yetimlər və ya hamisini itirənlərdir.

Latuşkonun sözlərinə görə yetkinlik yaşına çatmamış bu uşaqlar Ukraynadan yalnız Ukraynanın vətəndaşlıq məsələlərinə cavabdeh dövlət orqanının icazəsi ilə çıxarıla bilər. Ukrayna belə bir icazəni verməyib.

Latuşko hesab edir ki, bu halda Dördüncü Cenevrə Konvensiyası pozulub, belə ki, uşaqları guya “onların öz istəyi” ilə başqa yerə aparmaq olmaz:

"Belarus neytral ölkə deyil. Ona görə də bu tədbir qanunsuz sayılmalıdır”.

Putinə həbs orderi belə əməllərə görə verilib

Onun sözlərinə görə bu halda Beynəlxalq Cinayət Məhkəməsi barədə Roma statutu da pozulmuş olur.

Bu sənədə görə uşaqların müharibə zamanı deportasiya edilməsi hərbi cinayət sayılır.

Latuşko deyib ki, Xalq Antiböhran İdarəsi hazırda Lukaşenka rejiminin uşaqların işğal olunmuş Ukrayna ərazilərindən qanunsuz deportasiyası ilə bağlılığına dair sənədlərin toplanması ilə məşğuldur.

Martın 17-də Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) prezident Putinin, habelə Rusiya uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsi üçün order verib.

BCM onların hər ikisini Ukraynada hərbi cinayətlər törətməkdə - əhalinin, o cümlədən uşaqların zorla deportasiyasında şübhəli bilir.

Beynəlxalq hüquq bu əməlləri soyqırım kimi qiymətləndirə bilər.

XS
SM
MD
LG