Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:54

Nobel mükafatçısı 10 il həbsə məhkum edildi


Nobel Sülh Mükafatı laureatı Ales Byalyatski məhkəmənin dəmir qəfəsində
Nobel Sülh Mükafatı laureatı Ales Byalyatski məhkəmənin dəmir qəfəsində

Minskdə məhkəmə Nobel Sülh Mükafatı laureatı Ales Byalyatskini 10 il həbsə məhkum edib. O, qaçaqmalçılıq və vergidən yayınmada ittiham olunsa da, insan haqları müdafiəçiləri və Qərb hökumətləri bunu avtoritar lider Alyaksandr Lukaşenkanın siyasi motivli qisası adlandırırlar.

Minskdə yerləşən Vyasna (Bahar) insan haqları mərkəzinin martın 3-də bildirdiyinə görə, işdə digər təqsirləndirilənlər Valyantsin Stefanoviç və Uladzimer Labkoviç də uyğun olaraq doqquz və yeddi il həbsə məhkum ediliblər.

Qiyabi mühakimə olunan dördüncü təqsirləndirilən Zmitser Solovyova səkkiz illik həbs cəzası kəsilib.

+++

Minskdə keçirilən məhkəmə dinləməsində prokuror Nobel Sülh Mükafatının laureatı Ales Byalyatski üçün 12 il müddətinə azalıqdan məhrumetmə cəzası istəyib.

O qaçaqmalçılıq və vergidən yayınmada ittiham olunur. İnsan haqları təşkilatları və Qərb hökumətləri ittihamların siyasi motivli olduğunu bildirir və deyirlər ki, söhbət avtoritar lider Alyaksandr Lukaşenkanın qisasından gedir.

Prokuror fevralın 9-da Lenin rayon məhkəməsindən Byalyatskinin həmmüttəhimləri – Vlayantsin Stefanoviç və Uladzimer Labkoviçə müvafiq olaraq 11 və 9 il iş kəsilməsini istəyib.

Dördüncü müttəhim Zmitser Solovyova isə qiyabi olaraq 10 il həbsxana cəzası istənib.

İlk üç müttəhim 2021-ci ilin iyulundan həbsdədirlər və məhkəmənin təqsirli bildiyi təqdirdə hakim onlara 12 il iş kəsə bilər.

Sözü gedən üç nəfər Vyasna (Bahar) insan haqları qrupunun “qanunsuz fəaliyyətinin maliyyələşdirilməsi” üçün xaricdən Belarusa pul gətirməkdə ittiham olunur.

Vyasna təşkilatının sədri Byalyatskidir.

Lukaşenkanın seçkiləri

Bütün ömrünü öz ölkəsində demokratiya və insan haqları uğrunda mübarizəyə sərf etmiş Byalyatski 2022-ci ildə Rusiyanın Memorial insan haqları təşkilatı ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülüb.

Vyasna İnsan Haqları Mərkəzinin keçmiş adı Vyasna-96-dır. Təşkilat 1999-ci ildə QHT statusu alıb.

Bu QHT 2001-ci il prezident seçkisi zamanı keçirdiyi monitorinqə görə 2003-cü ildə Belarusun Ali Məhkəməsi tərəfindən qadağan edilib.

Təşkilatın əsas işi siyasi məhbusların hüquqlarının müdafiəsi və onlara dəstək verilməsidir.

QHT yarandığı gündən Lukaşenka rejiminin təqib və qısnamaları ilə üzləşib.

Belarus hakimiyyəti 2020-ci ilin saxtalaşdırılmış prezident seçkisinin ardınca ölkədəki qeyri-hökumət mediasını və insan haqları qurumlarını qadağan edib.

Bu seçkidə avtoritar Alyaksandr Lukaşenka qalib elan edilsə də, Avropa İttifaqı və Qərb onun prezidentliyini tanımayıblar və əsl qalibin müxalifətin lideri Svyatlana Tsixanovskaya olduğunu bildiriblər.

Seçkinin ardınca kütləvi etirazlara qəddar divan tutulub, minlərlə etirazçı saxlanıb və onlara işgəncələr verilməsinə dair tutarlı sübutlar var.

XS
SM
MD
LG