Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Britaniyanın müdafiə naziri 'gözlənilmədən' Kiyevə gəlib


Britaniyanın müdafiə naziri Ben Uolles (solda) mayın 24-də Kiyevə əvvəlcədən elan edilməmiş səfəri zamanı ukraynalı həmkarı Oleksi Reznikovla görüşüb
Britaniyanın müdafiə naziri Ben Uolles (solda) mayın 24-də Kiyevə əvvəlcədən elan edilməmiş səfəri zamanı ukraynalı həmkarı Oleksi Reznikovla görüşüb

Britaniyanın müdafiə naziri Ben Uolles mayın 24-də Kiyevə əvvəlcədən elan edilməmiş səfəri zamanı ukraynalı həmkarı Oleksi Reznikovla görüşüb.

Bu görüş Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun virtual iclasından bir gün əvvələ təsadüf edir.

Qrupa daxil 50-dən çox ölkə Ukraynaya Rusiya təcavüzünün dəf edilməsində maddi-texniki yardım göstərir.

Reznikov Ukrayna Müdafiə Nazirliyinin saytında dərc olunmuş bəyanatında bildirib:

"Biz hərbçilərimizin Britaniya ərazisində davam edən təlimləri və bu təlimlərin prioritetləri və mühümlüyü barədə danışdıq. Bizim Britaniyada təlim görmüş pilotlarımızla əl tutub görüşmək imkanımız oldu. Bu pilotlar Britaniyanın bizə verdiyi Storm Shadow raketlərindən uğurla istifadə edirlər”.

Kontakt Qrupunun iclası

Oleksi Reznikov habelə mayın 23-də ABŞ müdafiə naziri Lloyd Ostinlə danışıb.

Amerikalı nazir bu telefon söhbəti zamanı Ukraynaya bundan sonra göstəriləcək hərbi yardımların detalları barədə məlumat verib.

Kontakt Qrupunun mayın 25-də keçiriləcək virtual görüşündə Ukraynanın zirehli manevr qabiliyyəti və hava hücumundan müdafiə sistemləri müzakirə olunacaq.

Bu arada Almaniya prezidenti Frank-Uolter Ştaynmayer mayın 24-də Rumıniyaya səfəri əsnasında deyib ki, Berlin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar NATO-nun şərq cinahının möhkəmləndirilməsinə töhfə verəcək.

O rumıniyalı həmkarı Klaus İohannislə söhbətində vurğulayıb ki, NATO-nun Rusiya ilə həmsərhəd şərq cinahında alyansın daimi silahlı qüvvələri olmalıdır.

Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev mayın 24-də Twitter hesabından yazıb ki, Kiyevə tezliklə 110 ədəd Leopard 1A5 tankı veriləcək.

Bu arada Niderland bəyan edib ki, Ukraynaya 155 mm çaplı artilleriya sursatının alınması üçün 260 milyon avro verəcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius Macarıstanın Avropa İttifaqının Ukraynaya hərbi yardımını bloklamasını pisləyib.

O mayın 23-də NATO nazirlərinin görüşündə deyib ki, “macar dostların davranışı onu qıcıqlandırır”.

Budapeşt Aİ-nin Ukrayna üçün nəzərdə tutulmuş 500 milyon avroluq yardımına veto qoyub.

Macarıstan hökuməti bildirir ki, bu, Ukraynanın OTP bankına sanksiya qoymasına cavabdır.

XS
SM
MD
LG