Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:37

“...o şirkətlə məşğul olacağam”


►Komitə sədri antikollektorları hədələdi

“...Puşkin küçəsində üzərində "Antikollektor" yazısı olan bir ofis açılıb. Maraqlandım, dedilər ki, son zamanlar bir neçə şirkət yaranıb və onlar insanlara banklara olan borclarını qaytarmamağın yollarını öyrədirlər. Mən...o şirkətlə məşğul olacağam”.

Bu sözləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı söyləyib.

APA-nın xəbərinə görə, R. Aslanlı deyib ki, kreditlər yığılmalıdır:

“Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirib ki, maliyyə sektoru 9,3 milyard manatlıq öhdəliyini yerinə yetirməlidir. Söhbət banklarda yerləşdirilən əmanətlərdən gedir. Maliyyə sektoru, yəni banklar öhdəliyini icra etmək üçün verdiyi kreditləri yığmalıdır”.

Komitə sədri antikollektor qurumları yaratmağın əslindəoturduğun qayığı deşmək olduğunu söyləyib:

“Yaxşı, tutalım ki, borcunuzu qaytarmadınız. Fərz edək ki, sizin heç bankda əmanətiniz də yoxdur. Bəs, bank kartı ilə maaş alan insanlar, yüzlərlə, minlərlə pensiyaçı pulunu necə alacaq?! Bank deyəcək ki, pulum yoxdur, vəssalam! Çünki verdiyim kreditləri antikollektorlar sayəsində geri ala bilmirəm. İnsanlar anlamalıdırlar ki, borc götürülübsə, qaytarılmalıdır. Problemin müxtəlif həlli yolları var. Tutalım, bir insan 500 manat kredit götürüb və oğluna toy edib. Hazırda isə bu pulu ödəməyə imkanı yoxdur. Bank anlayır ki, onsuz bu pul qayıtmayacaq. Çıxış yolu nədir? Kreditlər klassifikasiya olunmalıdır. Bir qismi restrukturizasiya olunmalıdır, bir qismi silinməlidir, bir qisminin faizlərinə yenidən baxılmalıdır . Bankların aktivlərinin diaqnostikası aparılmalıdır" - deyə R.Aslanlı bildirib.

Azərbaycanda ilk antikollektor şirkəti fevralda hüquqşünas Əkrəm Həsənov və daha bir neçə şəxs təsis edib. “Borcunuz – problemimizdir!” şüarı altında fəaliyyətə başlayan şirkət kredit borcu olanlara hüquq yardımı göstərir.

Əkrəm Həsənov öz fasebook səhifəsində antikollektor şirkətinin borclulara qanunvericiliyə uyğun şəkildə hüquqi xidmətlər göstərdiyini yazır.

XS
SM
MD
LG