Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:13

Avropa diplomatı: 'Hər iki tərəf Moskvadan qorxur'


Azərbaycan prezidenti İlham Əliyev (solda), Avropa Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə
Azərbaycan prezidenti İlham Əliyev (solda), Avropa Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə

Avropa rəsmisi: “Brüssel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində öz addımlarını Moskva ilə razılaşdırmır və razılaşdırmaq niyyətində deyil”.

“Brüssel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində öz addımlarını Moskva ilə razılaşdırmır və razılaşdırmaq niyyətində deyil”.

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır ki, bunu Avropa İttifaqının adının çəkilməsini istəməyən yüksək vəzifəli diplomatı bildirib.

Həmin diplomatın sözlərinə görə, hazırda həm Bakı, həm də Yerevan son geosiyasi hadisələri gözlərinə alaraq Kremldən ehtiyat edir:

“Ermənistan-Azərbaycan münasibətləri məsələsində Avropa İttifaqı ilə Rusiya arasında heç bir hərəkət mövcud deyil və Aİ-nin ruslarla hər hansı təmas niyyəti də yoxdur. Hər iki tərəf, xüsusilə də Ukraynada hazırda baş verənlərlə bağlı, bunu açıq göstərməsə də, Moskvadan qorxur. Hər iki tərəf dərk edir ki, növbədə onlar ola bilərlər”.

Avropa İttifaqının həmin diplomatı daha sonra deyib:

“Rusiya bəlkə də müharibəni (44 günlük müharibə-red) dayandırıb, amma aşkardır ki, bu prosesin davamı Moskvada yox, Brüsseldə gedir. Tərəflərin belə tez-tez Brüsselə gəlmələri buna sübutdur”.

Azatutyun yazır ki, son yarım ildə Ermənistan və Azərbaycan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üç görüş keçiriblər.

Bu görüşlərdən ikisi Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra keçirilib.

Moskvanın əsəbi reaksiyaları

Azatutyun qeyd edir ki, Moskva Brüsselin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı vasitəçilik səylərinə açıq narazılıqla reaksiya verir.

Bundan bir neçə həftə əvvəl Rusiya XİN açıq bəyanatla Qərbi “yüksək səviyyədə Rusiya-Azərbaycan-Ermənistan razılaşmalarının predmetinə utanmadan sahib çıxmaq cəhdində” ittiham etmişdi.

Moskvanın bəyantında deyilirdi ki, Vaşinqton və Brüssel Rusiya ilə ATƏT-in Minsk qrupunda əməkdaşlıqdan imtina edərək müstəqil diplomatik fəallıqlarını artırıblar.

Azatutyun yazır ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyana demişdi:

“Mən Minsk qrupunun gələcək taleyinin necə olacağını bilmirəm, çünki bizim bu qrupdakı, belə demək mümkündürsə fransalı və amerikalı həmkarlarımız, rusofob tozanağında, Rusiya Federasiyasına aid nə varsa hər şeyi ləğv etmək canatımında ATƏT-in Minsk qrupu həmsədrlərinin üçlüyünü də ləğv ediblər və bildiriblər ki, bu formatda təmaslarda olmayacaqlar. Əgər onlar Qarabağı tənzimləməsindəki və ümumilikdə Cənubi Qafqazdakı maraqlarını, bu halda isə erməni tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu onların öz işidir”.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da brifinq zamanı Avropa İttifaqı Şurasının Azərbaycan və Ermənistan arasında vasitəçiliyi ilə bağlı suala kifayət qədər əsəbi reaksiya vermişdi:

“Bəli, biz Avropa İttifaqının yüksək səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatların (Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatları-red) həyata keçirilməsi prosesinə inadla girişmək səylərini görürük. Ümid edirik ki, Brüssel bu bəyanatların icrasına kömək edəcək, daha geosiyasi oyunlar oynamağa çalışmayacaq”.

Fərrux dağında nə baş verir? Erməni sakinlər narazıdır
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

Status məsələsinin vaxtı deyil

Sözü gedən Avropa diplomatı Azatutyunun Minsk qrupu ilə bağlı sualına cavab olaraq bildirib ki, bu format de jure qalsa da, de facto artıq mövcud deyil:

“Minsk qrupunun ölümü barədə rəsmi məlumat olmayacaq, amma bu qrup artıq yaşarlığını itirib”.

Diplomat əlavə edib ki, Ukrayna müharibəsindən sonra Qərb ümumiyyətlə nəyinsə “Minsk” və ya “Belarus” adı ilə bağlı olmasını istəmir.

Rəsmi, Azatutyunun “Brüssel Dağlıq Qarabağın təhlükəsizliyi və gələcək statusu məsələsini də nəzərdə tuturmu” sualına belə cavab verib:

“Aydındır ki, bu məsələ hansısa məqamda masa üstündə olacaq. Amma indi yox. Bu növbəti mərhələnin məsələsidir. Çünki bu, ən ağır məsələdir. Danışıqları bu məsələ ilə vaxtından əvvəl ağırlaşdırmaq olmaz”.

Avropa İttifaqının vəzifəli diplomatı Azatutyuna deyib ki, fikir ayrılıqlarına baxmayaraq tərəflər hələki təmasdadırlar.

Onun sözlərinə görə İlham Əliyev və Nikol Paşinyan arasında son görüş “hərarətli olmasa da, irəliləyiş var”.

XS
SM
MD
LG