Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:32

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

16:45 2.4.2016

«Moskva deyir, «sizi əzərik»»

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«İndi cəbhədə baş verənlərin çox sadə bir izahı var. Nə vaxtsa Azərbaycan Qərblə yaxınlığa hansısa bir addım atırsa, xəbərdarlıq kimi Moskva və oyuncaq erməni hərbi-siyasi rəhbərliyi cəbhədə böyük təxribat törədir. Bunu Azərbaycan tərəfinin üstünə atmaq ağılsızlıq olardı. Çünki ali baş komandan ölkədə deyil».

Politoloq Zərdüşt Əlizadə cəbhədə baş verənləri şərh edərək deyir ki, keçən dəfə də İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşüb hərbi əməkdaşlığın genişlənməsi haqqında müzakirələr aparanda, cəbhədə hərbi əməliyyatlar başlamışdı:

«İndi də həmin şey təkrarlanır. Hər dəfə müstəqil siyasət yürütmək niyyəti nümayiş etdirən kimi Azərbaycanın və Ermənistanın Moskvadakı nəzarətçiləri o saat onlara yerlərini göstərir. Yəni «sabah müharibə başlayar, sizi əzərik»».

16:55 2.4.2016

Döyüşlərdə Azərbaycan 12 hərbçi itirib

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yayıb.

Məlumatda qeyd edilir ki, aprelin 2-si gün ərzində Azərbaycanın bütün cəbhəboyu mövqeləri və yaşayış məntəqələri intensiv atəşə məruz qalıb. Mülki əhali arasında ölən və yaralananlar var.

«Mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb. Strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub»,-deyə Müdafiə Nazirliyi bildirir.

Məlumatda həmçinin qeyd edilir ki, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsi təmizlənib: «Horadiz şəhərinin təhlükədən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli «Lələ təpə» yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir. Yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır».

Məlumatda daha sonra qarşılıqlı itkilərdən bəhs edilir. «Döyüşlərdə qarşı tərəfə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib. O, cümlədən yüzdən çox hərbi qulluqçu ölüb və yaralanıb. Döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu həlak olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd «Mi-24» helikopteri qarşı tərəfdən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb», - deyə Azərbaycan Müdafiə Nazirliyi bildirir.

17:07 2.4.2016

S.Seyidov cəbhədəki gərginlikdən yazdı

«Azərbaycan prezidentinin Avropa və ABŞ-la apardığı uğurlu siyasətdən vahimələnən ermənilər təmas xəttində təxribat yaradırlar». Bunu Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin başçısı, parlamentin komitə sədri Səməd Seyidov öz Twitter səhifəsində yazıb.

S.Seyidov APA-ya açıqlamasında isə gərgin vəziyyətin Azərbaycanın maraqlarında olmadığını bildirib.

17:40 2.4.2016

‪#‎TurkiyeSeninleAzerbaycan‬ Twitter-də ən populyar hashtag-dı

Bu hashtagla minlərlə twitt atılıb. Twittlərin çoxusu Azərbaycana dəstək mesajlarıdır

Davamı

XS
SM
MD
LG