Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:47

Çin Rusiyadan Çin valyutası ilə ödənişləri qəbul etmir – Rusiya mediası


Çinin idxal-ixrac bankı
Çinin idxal-ixrac bankı

Rusiyadan Çinə yuanla edilən ödənişlərin 80 faizə qədəri geri qaytarılır.

Kommersant qəzeti maliyyə bazarındakı mənbələrə istinadla yazır ki, bu, Çin banklarının ABŞ-ın dolayısı ilə sanksiyalarından çəkinməsi ilə bağlıdır.

Qəzetin başqa mənbələri də bildirirlər ki, ödənişlər bəzən hesablarda həftələrlə qalır və bundan sonra vəsaiti heç bir izahat vermədən geri qaytarırlar.

Xəbər verilir ki, vəziyyət ABŞ iyun ayından “Rusiyanın hərbi-sənaye kompleksi” anlayışını genişləndirəndən sonra daha da pisləşib.

İndi bu kompleksə Rusiyanın iri bankları da daxil edilib.

Təchizatçı 5-6 ay pulunu ala bilmir

Xəbərlərdə deyilir ki, Rusiyadan Çinə pul köçürmələri ilə bağlı problemlər 2023-cü ilin dekabrından başlanıb.

Həmin vaxt prezident Co Bayden Rusiya hərbi sənaye kompleksi ilə əməkdaşlıq edən bankları dolayısı ilə sanksiyalarla hədələyən fərman imzalamışdı.

“Sapojnikov i partnyorı” konsaltinq şirkətinin müdiri Aleksey Sapojnikov deyib ki, Çin təchizatçısı bəzən 5-6 ay müddətində satdığı malın pulunu ala bilmir.

Rusiya idxalçıları çox vaxt ödəniş agentlərinin xidmətlərindən istifadə etməli olurlar.

Onların tələb etdikləri komissiya haqları bəzən ödənişin 30 faizi qədərində olur.

Bundan əvvəl Rusiya bankları Çin bankları vasitəsilə pul köçürmələrinin mürəkkəbliyindən gileylənirdilər.

ABŞ-ın dolayısı ilə sanksiyaları

2023-cü ilin yayından Rusiya maliyyə təsisatları Bank of China vasitəsilə həm də yuanla Avropa və ABŞ-a köçürmələrə qadağanla üzləşiblər.

Bu ilin fevralından isə Rusiya idxalçıları üçün əsas bank olan Chouzhou Commercial Rusiya ilə bütün iş birliyini dayandırıb.

Aprelin 9-da Pekində keçirilən mətbuat konfransında ABŞ-ın maliyyə naziri Canet Yellen demişdi ki, Rusiyaya hərbi və ya ikili təyinatlı malların ixracına kömək edən Çin banklarına ABŞ sanksiyaları qoyula bilər.

Bundan əvvəl ABŞ Rusiyaya hərbi sənayedə istifadə olunan mallara qadağanı pozduqlarına görə bir sıra Çin şirkətlərinə sanksiyalar qoyub.

2024-cü ilin iyul ayında Rusiyanın Mərkəzi Asiya bankları ilə ödənişlərindən imtina edilməsi halları 30 faiz artıb.

XS
SM
MD
LG