Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:14

Xersondakı körpünün vurulduğu deyilir


Antonovsky körpüsü, 20 iyul, 2022-ci il
Antonovsky körpüsü, 20 iyul, 2022-ci il

Britaniya kəşfiyyatı həftəlik hesabatında qeyd edirdi ki, Dnepr üzərindəki keçidlərə nəzarət Xerson döyüşlərində əsas faktora çevriləcək

İyulun 26-dan 27-nə keçən gecə Dnepr çayı üzərindəki Antonovski körpüsünün Ukrayna qüvvələri tərəfindən vurulduğu bildirilir. Açıqlamanı Xerson vilayətinə Moskvanın təyin etdiyi başçı müavini Kiril Stremousov verib. Zərbənin HIMARS qurğularından endirildiyi bildirilir.

Ukrayna komandanlığı da 1.4 kilometrlik körpüyə zərbələr endirildiyini təsdiqləyib.

Dnepr çayı üzərindən keçən dəmiryolunun da zədələndiyi xəbər verilir.

Stremousovun sözlərinə görə, Antonov körpüsünə 10-dan çox raket atılıb. Onların bəzilərinin vurulduğu, körpüdə təmir işləri aparıldığı deyilir.

Dnepr üzərində əsas keçidlərdən sayılan Antonovski körpüsünə Rusiya qüvvələri nəzarət edir. Çayın sağ sahilində yerləşən Rusiya qoşun qrupları həmin körpü vasitəsilə təchiz olunur.

Britaniya kəşfiyyatı həftəlik hesabatında qeyd edirdi ki, Dnepr üzərindəki keçidlərə nəzarət Xerson döyüşlərində əsas faktora çevriləcək.

Körpü daha öncə də Ukrayna tərəfdən atəşə tutularaq dağılmış, yük daşımalarına bağlanmışdı. O zaman da Ukraynanın HIMARS qurğularından istifadə etdiyi bildirilirdi.

Son həftələr Ukrayna hərbçiləri HIMARS vasitəsilə Rusiya qoşunlarına zərbələri artırıb. ABŞ-ın dəyərləndirməsinə görə, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində 100-dən çox “yüksək dəyərli” hədəflər vurulub. Ancaq Rusiya ərazisinə zərbə endirilməyib.

Pentaqon Ukraynaya HIMARS üçün 80 km-dək radiusu vura bilən döyüş sursatının verildiyini bildirib. Yəni, 300 km-i vura bilən raketlər Kiyevə göndərilmir.

***

Moskvanın dəstəklədiyi separatçılar Ukraynanın şərqindəki Donetsk vilayətində ölkənin ən böyük kömürlə işləyən elektrik stansiyasına nəzarəti ələ keçirdiyini deyir.

Rusiya separatçı mediasının yaydığı fotolarda özəl Vagner Group şirkətinin muzdluları elektrik stansiyasının administrativ binası qarşısında dayanıb. Ancaq Rusiyanın iddiasını müstəqil təsdiqlətmək mümkün olmayıb.

Britaniyanın Müdafiə Nazirliyi iyulun 27-də gündəlik bülletenində bildirib ki, Vagner muzdluları “çox güman” Vuhlerisk elektrik stansiyası ətrafında Novoluhanske kəndi yaxınlığında taktiki irəliləyiş əldə edə biliblər. Qurum stansiyanın separatçıların əlinə keçdiyini təsdiqləməsə də, Ukrayna qüvvələrinin bir hissəsinin ərazidən çəkildiyini qeyd edir.

Ukrayna artilleriya diviziyasına ağır zərbə iddiası

Ukrayna Baş qərargahı axşam hesabatında elektrik stansiyasına toxunmasa da, yaxınlıqdakı Semihirya kəndi ətrafında döyüş getdiyini bildirib.

Rəsmi məlumata görə, Ukrayna əsgərləri iyulun 26-da Donetsk və Xarkov vilayətlərindəki cəbhə xətti boyunca hücumları dəf ediblər.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun sözlərinə görə, Rusiya təyyarələri Donetskdəki Zaytseve kəndi yaxınlığında Ukrayna hərbi mövqelərini vurublar.

Konaşenkov onu da deyib ki, Rusiya raketləri Mikolayev şəhəri yaxınlığında Ukrayna artilleriya diviziyasına ağır zərbə vurublar.

Qərbin Ukraynaya verdiyi silahlar
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Liman infrastrukturu vurulur

Ukrayna ordusu isə Rusiyanın Mikolayev və Odessada özəl binaları və liman infrastrukturunu vurduğunu bildirib.

Odessa vilayətində vurulan binaların yandığı xəbər verilir. Mikolayev vilayətində liman infrastrukturu isə Ukraynada taxıl ixracının bərpası üzrə razılaşmalara baxmayaraq hədəfə alınıb.

Ukrayna rəsmisi uzaq hədəfi vuran Rusiya bombardmançı və qırıcı təyyarələrinin Qara dənizdən zərbələr endirdiyini söyləyib.

Bir neçə gün öncə Rusiya Odessa vilayətinə zərbələri endirmişdi.

Bu zərbələrdən bir neçə saat sonra Xerson vilayətində hərbi-mülki administrasiyaya Moskvanın təyin etdiyi başçı müavini Kiril Stremousov deyib ki, Odessa və Mikolayev tezliklə Rusiya qüvvələri tərəfindən “xilas ediləcək”.

Ukrayna ordusu Mikolayevdə radar stansiyasına hücum etməyə çalışan Rusiya dronunu vurduğunu bildirib.

Cəbhə xətti boyunca atışma

Son 24 saat ərzində Ukraynanın Rusiya tərəfindən atəşə tutulması nəticəsində azı üç dinc sakin öldürülüb, səkkiz nəfər yaralanıb. Məlumatı Ukrayna prezidentinin idarəsi iyulun 26-da yayıb.

Donetsk vilayətində bütün cəbhə xətti boyunca atışma getdiyi, Rusiya qüvvələrinin Baxmut və digər şəhərləri hədəfə aldığı bildirilir.

Donetsk hərbi administrasiyasının başçısı Pavlo Kirilenko yenə də Rusiya əsgərlərini qanunsuz klastr bombalarından istifadədə suçlayıb, dinc sakinləri evakuasiyaya çağırıb.

“Bircə salamat yer qalmayıb. Hər şey atəş altındadır. Ancaq hələ də mülki əhali üçün evakuasiya marşrutları var”, – Kirilenko Ukrayna televiziyasına deyib.

Ukrayna iyulun 26-da Almaniyadan bir neçə yaylım atəşi qurğusu, üç ədəd özüyeriyən haubitsa alıb. Bunu Almaniyanın Müdafiə naziri Kristin Lambrext deyib. Bir gün öncə Almaniyanın Gepard (Leopard) zenit-artilleriya qurğularının ilk partiyası Ukraynaya çatıb.

XS
SM
MD
LG