Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:12

Uzun adlı və qadın soyadlı Ən Böyük Kitabçı


Maarifçi Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə irsini araşdıran Kamandar Sharifli
Maarifçi Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə irsini araşdıran Kamandar Sharifli

Bu il Azərbaycanın ən böyük kitabçısının-ədəbiyyatşünas, pedaqoq, maarifçi Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin 200 yaşı tamam olur.

1817-ci ildə Şəkidə doğulan Əbdülqəni Əfəndi soyadını ulu nənəsi Xalisə qarıdan alıb.

Xalisə qarı ömrü boyunca kitablar toplayıb. Ailə quranda, kitablarını da cehizinə qoşub.

Sonralar onun kitabxanasını Əbdülqəni Əfəndi artıraraq böyük bir xəzinəyə çevirib. Uzun illər bu kitabxana ümumi kitabxana kimi fəaliyyət göstərib və buna görə sahibi heç kəsdən heç nə almayıb.

Əbdülqəni Əfəndi dünyasını dəyişənədək xalqın maariflənməsinə çalışıb, özü də əsərlər yazıb. Bu əsərlər də təhsillə bağlıdır.

Əbdülqəni Əfəndi həm getdiyi xarici məmləkətlərdən kitab alıb gətirir, həm də özü üzünü köçürürmüş. Kitabxanasını mübadilə yolu ilə də zənginləşdirirmiş.

Əfəndinin ölümündən sonra (1879) onun övladları, nəvələri bu işi davam etdiriblər.

Ancaq bolşeviklərin gəlişi kitabxananın da ömrünə balta çalıb.

İslama, Qurana qarşı aparılan kampaniyada ərəb əlifbasıyla çıxan bütün kitablar məhv edilib.

Əbdülqəni Əfəndinin kitabxanası da yandırılıb...

Həmin kitabların bir qismi əllərdə, bir qismi isə evlərdə mal tövlələrində gizlədilib.

Araşdırıcı Kamandar Şərifli 70-ci illərdə onun 2 minədək əlyazma kitabını Azərbaycanın müxtəlif bölgələrindən tapıb üzə çıxarıb.

Bu kitablar tonqaldan xilas olan əlyazma kitablarıdır.

Onları mal tövlələrində basdırıb saxlayıblar.

Verilişdə Kamandar Şərifli həmin kitablardan bəzilərini öz əliylə axurdan çıxardığını ürəkağrısı ilə xatırlayır...

Bu deyilənlər cəmi 62 il ömür sürən Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin etdiklərinin bir hissəsidir.

Onun daha nələr etdiyini AzadlıqRadiosunun “İZ” proqramının hazırladığı “Qadın soyadlı əsl Kişi” radiodastanını dinlədikdən sonra anlayacaqsınız.

Beləliklə, fevralın 19-də saat 23-də AzadlıqRadiosunda“Qadın soyadlı əsl Kişi” radiodastanı səslənəcək.

Böyük Kitabçını doğumunun 200 illiyində rəhmətlə anın.

Bu “İz”i itirməyin.

Qadın soyadlı əsl Kişi
Gözlə

No media source currently available

0:00 0:29:58 0:00
Direct-ə keçid

XS
SM
MD
LG