Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:08

'Xəbərləri olsun, Ədliyyə nazirliyini məhkəməyə vermişəm'


QHT rəhbəri Akif Qurbanov
QHT rəhbəri Akif Qurbanov

“Vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında gedən dialoq nəticəsində problemlər həll olunub” ifadəsini dilindən düşürməyənlərin xəbəri olsun ki, Ədliyyə Nazirliyini artıq məhkəməyə vermişəm. Səbəb də çox sadədir: 2014-cü ildə ABŞ səfirliyi ilə tərəfimdən bağlanmış qrant müqaviləsinin qeydə alınması və müvafiq bildirişin verilməsi üçün 15 noyabr 2016-cı il tarixdə nazirliyə yenidən müraciət etdim. Təəssüf ki, nazirlik 2 aydan artıqdır müraciətimə cavab vermir”.

QHT rəhbəri Akif Qurbanov “Facebook” səhifəsində belə yazıb. O, AzadlıqRadiosu-na deyir ki, nazirlik QHT-lərə “selektiv” münasibət sərgiləyir, “özlərinin məsləhət bildiyi, birgə işlədikləri təşkilatların” problemlərini yoluna qoyur, “müstəqil, mövqeyindən çəkilməyən QHT-ləri” kənarda saxlayır. Akif Qurbanov iddia edir ki, onun kimi nazirlikdən imtina cavabı alan başqa QHT-lərin ABŞ səfirliyi ilə müqavilələri qeydə alınıb və onlar fəaliyyətə başlayıblar:

Akif Qurbanov: 'Müstəqil, mövqeyindən çəkilməyən QHT-ləri kənarda saxlayırlar'
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid

Buna da bax:​ Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini

“Özünü bu prosesin aparıcı siması kimi təqdim edən Əliməmməd Nuriyevə də, başqalarına da bu haqda məlumat vermişəm. Təəssüflər olsun ki, cavab verilməyib. Bu günlərdəsə Azay Quliyev (QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat – red.) bildirdi ki, bütün problemlər həll olunur. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvlərini də ayrıca vurğuladılar. Amma nədənsə proses selektiv aparılır. Elə təşkilatların qeydəalınma prosesini götürək. Koalisiyada olan 36 QHT qeydə alınmayıb. Bildirilir ki, onlardan 17-i artıq qeydə alınıb. Ancaq məktubla müraciət etsək də rəsmilər hansı təşkilatların qeydə alındığını açıqlamırlar”.

Əliməmməd Nuriyev: “Bu, selektiv yanaşmadır?”

Hökumət tərəfi - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev tənqidləri qəbul etmir və vətəndaş cəmiyyətinin problemlərinin həlli yönündə “əhəmiyyətli addımlar” atıldığını söyləyir: “12 təşkilatın hesabından həbs götürülüb. Burda hansı selektiv yanaşmadan danışıla bilər? Bank hesabında həbs olanlar kimlər idi? Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Vüqar Bayramov, Şəhla İsmayıl... İkincisi, 22 şəxslə bağlı sərhəddə yoxlamalar götürülüb. Sabit Bağırovu, Qubad İbadoğlunun qardaşı Qalib Bayramovu, Mirəli Hüseynovu, Hafiz Həsənovu, İlham Hüseynli, Zaur Əkbər, Mehriban Vəziri, Adil Bayramovu, Azər Mehtiyevi sərhəddə yoxlamırlar artıq. Selektiv yanaşma budur? Oqtay Gülalıyevin oğlu haqqında cinayət işi ola-ola, ölkədən gedib, özü və iki oğlu barədə olan cinayət işinə xitam verilib. Gülalıyevin özünün təşkilatı qeydiyyatdan keçib. Bu, selektiv yanaşmadır?..”

Əliməmməd Nuriyev: 'Azər Mehtiyevi sərhəddə yoxlamırlar artıq...'
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00
Direct-ə keçid

Buna da bax: 'Avropa Birliyi QHT-lərə dəstəyi davam etdirəcək'

Qrantların qeydiyyatı məsələsinə gəlincə, Əliməmməd Nuriyev 2015-2016-cı illərdə qeydə alınan toplam qrant məbləğinin 2 milyon dolları aşdığını bildirir: “Qeydiyyatdan keçən qrant müqavilələrinə selektiv yanaşmaqdan danışmaq olmaz. Mehriban Vəzir, Ruhəngiz Hüseynova selektiv yanaşmadırmı? Qubad İbadoğlunun qardaşı Vüqar Bayramova, Mirvari Qəhrəmanlıya, Sabit Bağırova bildiriş verilməsi selektiv yanaşmadırmı? Məlahət Mürşüdlü, Xalid Kazımlı selektiv yanaşmadır?”.

Əliməmməd Nuriyev prezidentin vahid pəncərə sistemi ilə bağlı fərmanına da toxunaraq, burda, hökumət tənqidçilərinin dediyi kimi, “texniki xarakterli yox, mahiyyət xarakterli” dəyişiklik edildiyini deyir. Ancaq o da bunun yetərli olmadığını etiraf edir və qanunda dəyişikliklərlə bağlı təkliflər verdiklərini bildirir.

Buna da bax:​ 'İndi hansı QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?!'

Səfəröncəsi açılan “sandıqlar”

Əslində, QHT sektorunda problemlərin yenidən gündəmə gətirilməsi təsadüfü deyil. Bu həftə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin rəhbəri Azərbaycana gələcək. Səfər öncəsində informasiya mübarizəsi başlayıb. Bir tərəf QHT sektorunun problemlərinin yoluna qoyulduğunu, ikinci tərəf problemlərin içində itib-batdığını, hətta ayrıseçkiliklə üzləşdiyini bildirir.

Akif Qurbanovun fikrincə, prezidentin vahid pəncərə sistemi haqda fərmanı da, bununla bağlı qaydaların hazırlanması da səfəröncəsi rəy yaratmağa xidmət edir: “Məqsəd - problemlərin həll olunması görüntüsü yaratmaqdır. Qrant haqda qanun qüvvədə olduqca, problemlərin həlli mümkün deyil. Dəyişikliklər də texniki xarakterlidir. Qrantın qeydiyyata alınması, donorun fəaliyyəti üçün institusional heç bir irəliləyiş yoxdur. Əksinə məhdudlaşdırıcı, mürtəce müddəalar var. Həmin qanunda insan haqları, demokratiya sahəsində çalışacaq insanlara konkret maneələr var. Qanunda olan tələblər QHT-lərə selektiv yanaşmaya əsas verir, yəni istədiyi təşkilata imkan yaradacaq, istəmədiklərinə yox”.

Buna da bax: Deputat: 'Bu, Azərbaycana ləkə gətirməkdir'

Sahib Məmmədov: “Gələn adam da çaşbaş qalacaq”

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov ötən il də belə bir səfər olduğunu və bu səfərdən sonra QHT-lərin bir sıra məsələlərinin həll edildiyini vurğulayır, ancaq: “O gələcək. Bir qrup deyəcək, hər şey pisdir, siyasi məhbuslar var, qanun mürtəceləşib, o biri tərəf deyəcək ki, hər şey əladır, neytral adamlar hər ikisini deyəcəklər. Gələn adam da çaşbaş qalacaq”. O, bütün hallarda sözügedən səfərin “müsbət təsiri”ni də istisna etmir. Bunun üçünsə Azərbaycanın Mədən Hasilatı Şəffaflıq Təşəbbüsündə və ya Açıq Hökumət Təşəbbüsündə statusunun bərpa edilməli olduğunu, yalnız bundan sonra vətəndaş cəmiyyətindəki problemlər istiqamətində dialoqa başlamağın mümkünlüyünü vurğulayır.

Akif Qurbanovsa Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün Azərbaycana martadək möhlət verdiyini və hökumətin bir sıra problemləri çözməli olduğunu, hər şeyin danışıqların səmərəsindən asılı olacağını bildirir. Onun bu səfərdən müəyyən tərpənişə ümidi var, ancaq böyük gözləntisi yoxdur.

Səfər fevralın 1-də baş tutmalıdır.

XS
SM
MD
LG