Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Əfqan qaçqınlar humanitar dəhlizlə İtaliyaya çatır


Pakistandakı əfqan qaçqınlar
Pakistandakı əfqan qaçqınlar

Kabil Talibanın əlinə keçəndən sonra minlərlə əfqan evakuasiya olunub. Ancaq Talibanın intiqamından çəkinən xeyli adam ölkədən çıxa bilməyib

Ümumilikdə 300 nəfərdən ibarət üç qrup əfqan qaçqının birinci qrupu Romaya çatıb. Onların səfəri İtaliya hökuməti, xeyriyyə və beynəlxalq qurumların yaratdığı humanitar dəhliz vasitəsilə gerçəkləşib.

İtaliya Daxili İşlər Nazirliyi bildirir ki, humanitar dəhlizin məqsədi “qaçqınlara və təqib olunan əfqanlara şərəfli və təhlükəsiz gələcək imkanı verməkdir”

Ötən ilin avqustunda ABŞ-ın başçılıq etdiyi beynəlxalq qüvvələr Əfqanıstandan çıxandan sonra Taliban silahlı qruplaşması hakimiyyəti ələ alıb.

1200-dən çox əfqan qaçqın aparılacaq

İyulun 25-də Tehrandan ilk 9 nəfərlik qrup Romaya çatıb. İyulun 27-də 200-dən çox əfqanın olduğu daha böyük qrup Pakistandan gedəcək. Üçüncü qrup isə iyulun 28-də Tehrandan çıxmalıdır.

Ümumilikdə isə İran, Pakistan və digər qonşu ölkələrdən 1200-dən çox əfqan qaçqının İtaliyaya aparılması nəzərdə tutulub. Nazirlik qadınlara və uşaqlara üstünlük veriləcəyini deyir.

Dəhlizin təşkilində BMT-nin qaçqınlar agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, “Community of Sant'Egidio” və Caritas kimi xeyriyyə qurumları iştirak edib.

Kabil Talibanın əlinə keçəndən sonra minlərlə əfqan evakuasiya olunub. Ancaq Talibanın intiqamından çəkinən xeyli adam ölkədən çıxa bilməyib.

Qanunsuz miqrasiyaya alternativ

İtaliya illərdir qanunsuz miqrasiyaya alternativ olaraq humanitar dəhlizlər təşkil etməyə çalışır. Adətən münaqişələrdən, təqibdən, təhdidedici situasiyalardan qaçanlar qanunsuz miqrasiyaya əl atır.

Di gəl, Avropaya getmək üçün insan qaçaqçılarına müraciət edən onminlərlə insanla müqayisədə belə dəhlizlərlə xilas oluna bilənlərin sayı azdır.

BMT-nin qaçqınlar üzrə agentliyinin məlumatına görə, təkcə bu il təhlükəli Aralıq dənizi marşrutuyla İtaliyaya gedən əfqan qaçqınların sayı 3 min 300-ə yaxın olub. Bu yolda indiyədək onminlərlə insan həyatını itirib.

XS
SM
MD
LG