Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:49

Sakinlər niyə bu rayonları tərk edirlər?


Prezidentin nümayəndəsi, yoxsa icra başçısı - hansı daha üstün olacaq
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Prezidentin nümayəndəsi, yoxsa icra başçısı - hansı daha üstün olacaq

İşsizlik Azərbaycanın bölgələrində ən ciddi problemlərdən biridir. Müstəqil ekspertlər ölkədə istər daxili, istərsə xarici miqrasiya səviyyəsinin yüksəkliyini elə bununla əsaslandırırlar. Di gəl, açıqlanan rəsmi rəqəmlər miqrasiyanın gerçək səviyyəsini ölçməyə imkan vermirdi. Əhalinin 2019-cu ildə keçirilən siyahıyaalması bu suala bəlli ölçüdə cavab tapmağa kömək edir, axı siyahıyaalmada həm daimi, həm də mövcud əhali sayı hesablanır. Metodologiyaya görə, daimi əhali siyahıyaalma anında evində olsa da, olmasa da, sözügedən yaşayış məntəqəsində daimi yaşayan şəxslərdir. Mövcud əhali isə daimi, yaxud müvəqqəti yaşamasına baxmayaraq, siyahıyaalma anında həmin yaşayış məntəqəsində olan bütün şəxslərdir.

Doğrudur, siyahıyaalma zamanı ortaya çıxan rəqəmlərin də reallığı tam əks etdirdiyini söyləmək çətindir. Məsələn, Abşeron Rayon İcra Hakimiyyətinin saytında yayımlanan xəbərdə bildirilib ki, siyahıyaalma zamanı rayon ərazisində 510 mindən çox insanın yaşadığı üzə çıxıb. Ancaq siyahıyaalmadakı bilgilərdə Abşeron rayonunun əhalisi 476 min nəfər göstərilib. İki açıqlama arasında 34 min nəfər fərq varsa, bu durum ortaya haqlı suallar çıxarır.

Sakinlər ən çox Qax rayonunu tərk edib

Siyahıyaalmadakı bilgilərdən aydın olur ki, ərazisi işğala məruz qalan rayonlar çıxılsa, ən çox tərk edilən rayon Qaxdır. Siyahıyaalmanın aparıldığı 2019-cu ilin sonunda burada 57 min 200 nəfər sakinin yaşadığı açıqlanmışdı. Siyahıyaalma zamanı rayonda 51 min 519 nəfərin olduğu bilinib. Başqa deyimlə, 5 min 681 sakin rayonu tərk edibmiş. Bu, Qaxın bütün əhalisinin 10 faizi deməkdir. Bu rayonla bağlı bir statistika da diqqət çəkir. Ötən ilin yekunlarına görə, ölkədə orta aylıq əməkhaqqının ən aşağı olduğu rayon məhz Qaxdır (450 manat).

Rayonu tərk edənlərin rəsmi əhali sayına nisbətinin ən yüksək olduğu ikinci bölgə İsmayıllıdır. 2019-cu ilin sonunda buranın rəsmi əhali sayı 87 min 400 nəfər olub. Siyahıyaalma zamanı İsmayıllı rayonunda 79 min 223 nəfərin olması üzə çıxıb. Bu da o deməkdir ki, ən azı, 8 min 177 nəfər və ya rayonun toplam əhalisinin 9.4 faizi İsmayıllıda yaşamır.

Miqrasiya göstəricisinin ən yüksək olduğu üçüncü rayon əhali sayına görə ölkənin ən böyük rayonlarından biri – Cəlilabaddır. 2019-cu ilin sonuna Cəlilabadın rəsmi əhalisi 225 min 300 nəfər olub. Həmin ilin oktyabrındakı siyahıyaalma zamanı rayonda 207 min 565 nəfər yaşayıb. Deməli, 18 minə yaxın sakin – burdakı sakinlərin təxminən 8 faizi rayonu tərk edibmiş. Bu üç rayonla yanaşı, Balakən (7.6 faiz), Tovuz (7.3 faiz) və Ucar da (7.3 faiz) əhalinin ən çox tərk etdiyi rayonlardır.

Sırf say baxımından yanaşılsa, məlum olur ki, Cəlilabaddan sonra rəsmi və faktik əhali sayı arasında ən çox fərq olan ikinci rayon Tovuzdur. Siyahıyaalma zamanı 13 mindən çox yerli sakinin burada yaşamadığı bilinib. Quba rayonu üzrə eyni göstərici 11 min 800 nəfərdir.

Bəs ən az tərk edilənlər?

Siyahıyaalmadakı bilgilərdən aydın olur ki, rəsmi əhali sayı ilə siyahıyaalmadakı rəqəmlərin bir-birinə ən yaxın olduğu bölgələr Naxçıvan Muxtar Respublikasında yerləşir. 2019-cu ildə Muxtar Respublika əhalisinin 459 min 600 nəfər olduğu bildirilmişdi. Siyahıyaalma zamanı bölgədə mövcud əhalinin 458 min 600 nəfər, yəni rəsmi qeydiyyatdakılardan cəmi min nəfər az olduğu hesablanıb.

Ancaq bu göstərici heç bir halda reallığı əks etdirə bilməz, axı müxtəlif alternativ hesablamalar, ən azı, on minlərlə insanın muxtar respublikanı tərk etdiyini göstərir. Məsələn, 6-17 yaşlı şagirdlərin muxtar respublikada qeydiyyatda olan həmin yaşlı uşaqlara nisbəti cəmi 60 faizdir. Unutmaq olmaz ki, digər statistik bilgilərdə də Naxçıvanın göstəriciləri ölkənin digər ərazilərindən kəskin fərqlənir. Məsələn, uzun illər muxtar respublikada işsizliyin olmadığı açıqlanmışdı.

Naxçıvanda aparılan siyahıyaalmanın reallığı əks etdirmədiyini göstərən daha bir məqam var. Prezidentin Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan yetkili nümayəndəsi Fuad Nəcəfli ev təsərrüfatları uçotunun təşkilinə dair müşavirədə bildirib ki, muxtar respublikanın Dövlət Statistika Komitəsi öz sahəsinə aid bir sıra vəzifəni düzgün icra etməyib.

Muxtar respublikaya daxil rayonlar nəzərə alınmasa, rəsmi və mövcud əhali sayı arasındakı ən az fərqin olduğu rayon Goranboydur. 2019-cu ildə rayon əhalisinin 105 min nəfər olduğu bildirilmişdi. Siyahıyaalma zamanı rayondakı mövcud əhali sayının 104 min 916 nəfər olduğu bilinib.

XS
SM
MD
LG