Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:59

Nazirlik əlillərin tələblərini yerinə yetirə bilmir


Əlillər 'Hesabat' şüarı ilə aksiya keçirdilər
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Əlillər 'Hesabat' şüarı ilə aksiya keçirdilər

Bu gün, iyunun 13-də bir qrup əlil əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüb.

Görüş iştirakçılarından Zaur Hacılı deyib ki, nazirlə müzakirələri iki saatdan çox çəkib. O bildirib ki, S.Müslümovla görüşdə müavinətlərin məbləğinin artırılması və digər problemləri qaldırıblar. Z.Hacılının deməsinə görə, nazir vurğulayıb ki, bu məsələləri həll edə bilməz:

«Bu onunla izah edildi ki, bütün məsələlərin həlli maddi vəsaitlər istəyir. Nazirlik həmin vəsaitlərə malik deyil, ona görə də əlillərin tələblərini yerinə yetirə bilmirlər».

Z.Hacılının deməsinə görə, onlara bildirilib ki, müavinətlərin artırılmasındansa əlillərin işlə təmin edilməsinə üstünlük verilir:

«Yəni, müavinətlərin artırılması əvəzinə əlillərin işlə təmin edilmələri prioritet sayılır… Nazir özü tapşırıq verdi ki, əlillərlə bağlı məsələlər onun yanında İctimai Şuranın nəzərinə çatdırılsın. Bununla bizim problemlər həm diqqət mərkəzində olsun, həm də həllini tapa bilsin…».

Bir həftə öncə, bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişdi. Onlar sosial müavinətlərinin artırılması, müalicələrinin gücləndirilməsi və başqa tələblər səsləndirmişdilər.

Nazirlikdən aksiya iştirakçılarına demişdilər ki, nazir S.Müslümov hazırda ezamiyyətdədir. Əgər iyunun 13-ü bir neçə nümayəndələri gələrsə, nazir onları qəbul edib, istəklərini dinləyər.

XS
SM
MD
LG