Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:59

Elza Seyidcahanın aksiyasını pozmaq istəyiblər...


►Noyabrın 9-da əməkdar artist Elza Seyidcahanın Siyəzən və Şabranda Bayraq Günü ilə bağlı keçirdiyi tədbirə müdaxilə olub.

Bu barədə Azadlıq Radiosuna Elza Seyidcahanın özü məlumat verib.

Yada salaq ki, Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini vermişdi. Həmin dairədə MSK YAP namizədi Tahir Süleymanovu ilkin qalib elan edib.

Elza Seyidcahan deyir ki, bu tədbirlə insanlara Bayraq günü ilə bağlı məlumatlar çatdırmaq məqsədi güdüb.

Onlar insanlara bayraq haqqında məlumat əks olunmuş bukletlər paylayıblar.

Siyəzəndə baş tutan tədbir insidentsiz ötüşməyib.

Elza Seyidcahanın sözlərinə görə, opponentinin nümayəndələri tədbiri pozmağa çalışaraq əraziyə polis çağırıblar:

"Mənə deyirlər ki, prezidentin şəklini niyə tutmusan? İstifadə edirsən. Başa düşmürəm, Bayraq Günündə kimin şəklini tutmalı idim? Belə bir gündə prezidentin fotosunu tutmalıyam da. Mən belə tədbiri keçirməyi özümə borc bilirəm."

Elza Seyidcahanın sözlərinə görə, bayraq aksiyasında iştirak etdiyi üçün bir nəfər də saxlanıb.

XS
SM
MD
LG