Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Ərdoğanın Afrikada toxunduğu sarı sim – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Dərgi Ankaranın qitədəki nüfuzunun məhz təhlükəsizlik əməkdaşlığı və dostyana ritorika sayəsində artdığını yazır

Ötən həftə İstanbulda Türkiyə-Afrika Tərəfdaşlıq Sammitində 12-dən çox Afrika ölkəsinin liderləri iştirak edib. “Foreign Policy” bunu Türkiyənin Afrikada çəkisinin artmasının əlaməti sayır.

Sammitə Seneqal Prezidenti, Afrika Birlyinin sədri vəzifəsinə keçəcək Maki Sall, Qana Prezidenti Nana Akufo-Addo, Zimbabve Prezidenti Emmerson Mnanqaqva da qatılıb.

ABŞ-ın siyasətinə meydan oxumaq?

Dərgi yazır ki, belə bir yüksək təmsilçilik Birləşmiş Ştatların xarici siyasətinə meydan oxumaq kimi görünə bilər. Axı, sonucda Türkiyə Afrikada, Çin kimi, daha yüksək nüfuza yiyələnə bilər.

Bu ayın əvvəlində ABŞ Prezidenti Co Baydenin keçirdiyi onlayn demokratiya sammitinə nə Mnanqaqva, nə də Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan dəvət alıb.

“Bayden vəzifəyə keçəndən dominant ABŞ erasından uzaqlaşmaqda olan bir dünya ilə üz-üzə qalır. Özəlliklə də onillər boyunca Vaşinqtonun gündəmində xüsusi yer tutmayan Afrikada”, – yazan dərgi Ərdoğanın bu boşluğu doldurmağa çalışdığını qeyd edir.

Tikinti layihələri

Türkiyə 2019-cu ildə Liviyada vətəndaş müharibəsinə müdaxilə edəndən Afrikada mövqeyini genişləndirir. Qanada məscid, Seneqalda Olimpiya hovuzu, Somalidə 10 min yerli əsgərə təlim keçilən ordu bazası tikib.

İndi Ərdoğan Nigeriya ilə əlaqələrini yaxınlaşdırmağa çalışır. Türkiyənin müdafiə sahəsi təmsilçiləri yanvarda Nigeriya paytaxtı Abucada bu ölkənin rəsmiləri ilə görüşəcəklər.

Mərakeş və Tunis isə sentyabrda Türkiyə dronlarının ilk partiyasını qəbul edib. Qarşılıqlı kontraktlara hərbi təlim də daxildir.

2021-ci ildə Afrikada Türkiyə tikinti şirkətlərinin əldə etdiyi layihələrin ümumi dəyəri 71.1 milyard dollar çatıb. Təxminən 20 il öncə hakimiyyətə gələn Ərdoğan Türkiyənin Afrika ilə ticarət dövriyyəsini 2020-ci ildə 25.3 milyard dollara çatdırıb. 2003-cü ildə bu rəqəm cəmi 5.4 milyard dollar idi.

Türkiyə-Ermənistan sərhədləri açılanda böyük dövlətlər nə qazanır?
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Ədalətsizlik

“Foreign Policy” Ərdoğanın sammit zamanı sarı simə toxunduğunu, beynəlxalq qurumların Afrika liderlərinə münasibətindən danışdığını yazır.

“Afrika qitəsində 1.3 milyard əhali yaşaşyır, amma BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmayıb. Bu böyük, kobud ədalətsizlikdir”, – o deyib.

Məqalədə Türkiyənin Afrika strategiyasının Çinə bənzədiyini, siyasi meritokratiya və qarşılıqlı tərəfdaşlığa əsaslandığını yazır. ABŞ və Avropanın yanaşmaları isə demokratik pozuntulara fokuslanır.

“Afrikalılar Türkiyəyə qitəyə müstəmləkə yüküylə gəlməyən ölkə kimi baxırlar. Biz bu qitəyə hamının qazana biləcəyi strategiya ilə gəlmişik”, – Türkiyənin Cənubi Afrikada səfiri Elif Comoğlu Ulgün martda deyirdi.

Dərgi Ankaranın qitədəki nüfuzunun məhz təhlükəsizlik əməkdaşlığı və dostyana ritorika sayəsində möhkəmləndiyini yazır.

XS
SM
MD
LG