Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:30

Ərdoğan Putinlə danışır, Finlandiya, İsveçə ultimatum verir


Prezidentlər Recep Tayyip ƏrdoğanVladimir Putin yanvarın 16-da telefon söhbəti zamanı Ukrayna və Rusiya arasında əsir və yaralıların mübadiləsi, Türkiyədə Rusiya qazı üçün qovşaq yaradılması və Qara dəniz üzərindən taxılın ixracı məsələlərini müzakirə ediblər.

Reuters agentliyi bildirir ki, Putin söhbət zamanı “Qərb sponsorlarına güvənən Kiyev rejiminin destruktiv siyasətini, Qərbin Ukraynaya böyük həcmlərdə silah-sursat veməsini” pisləyib.

İki tərəf habelə Türkiyə və Suriya arasında münasibətlərin normallaşdırılmasına dair fikir mübadiləsi keçiriblər.

Bundan əvvəl yanvarın 16-da Türkiyə ombudsmeni Şeref Malkoç bəyan etmişdi ki, Türkiyə tərəfinin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında çox sayda əsir və yaralının dəyişdirilməsinə hazırlıq görülür.

Onun sözlərinə görə əsir mübadiləsi üç mərhələdə keçiriləcək.

Böyük mübadilə

Bu mübadilə üçün Ukrayna 600, Rusiya 200 əsirin siyahılarını təqdim edib.

Bundan başqa Türkiyə habelə yaralı hərbçilərin, dinc sakinlərin, xüsusilə də qoca, uşaq və qadınların təxliyəsi üçün İstanbul dəhlizinin yaradılmasını təklif edib.

Yanvarın 11-də Türkiyədə Ukrayna və Rusiyanın insan haqları müvəkkiləri Dmitri LubintsTatyana Moskalkova arasında görüş keçirilmişdi.

Həmin görüşün ardınca Moskalkova Twitter-də yazmışdı ki, 40 rusiyalı əsirin qaytarılmasına dair razılaşma əldə olunub.

Amma yanvarın 14-də Reuters agentliyi Ukrayna hərbiyyəsinə istinadən həmin mübadilənin Rusiyanın təşəbbüsü ilə ləğv olunduğunu xəbər vermişdi.

Britaniya Ukraynaya son model tanklar göndərir
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Ərdoğan “130 terrorçunun” təslim olunmasını tələb edir

Bu arada Ərdoğan habelə İsveç və Finlandiyadan 130-dək “terrorçunun” deportasiya və ya ekstradisiya olunmasını tələb edib.

Türkiyə prezidenti bildirib ki, bu iki Skandinaviya ölkəsi NATO-ya üzv olmaları üçün Ankaranın bu tələbini yerinə yetirməlidir.

Hər hansı ölkənin NATO-ya üzv qəbul olunması üçün 30 üzv ölkənin hamısının razılığı tələb olunur.

Finlandiya və İsveçin NATO üzvlüyü üçün müraciətinə hələlik yalnız Türkiyə və Macarıstan parlamentlərinin cavabı olmayıb.

Ərdoğan bildirib ki, xüsusilə də İsveç onun terrorçu hesab etdiyi kürdləri və 2016-cı il dövlət çevrilişi cəhdinə görə günahlandırdığı Fethullah Gülen tərəfdarlarını Türkiyəyə təslim etməlidir.

Ərdoğan yanvarın 15-də deyib:

"Biz onlara dedik ki, bura baxın, əgər terrorçularınızı bizə təslim etməsəniz, ərizəniz bizim parlamentdən keçməyəcək. Bunun parlamentdən keçməsi üçün siz bizə 100-dən çox, 130-dək terrorçunu təslim etməlisiniz”.

Ərdoğan niyə hirslənib?

Finlandiya rəsmiləri bildirirlər ki, bu bəyanatlar, belə görünür, Ərdoğanın ötən həftə Stokholmda keçirilmiş kiçik etiraz aksiyasında onun müqəvvasının peyda olmasına əsəbi reaksiyadır.

Finladiyanın xarici işlər naziri Pekka Haavisto yerli Yle telekanalına güman etdiyini bildirib ki, Ərdoğan son günlərdə baş vermiş hadisələrdən əsəbiləşib.

Nazir əlavə edib ki, ona Türkiyədən hər hansı yeni tələb təqdim edilməyib.

Reuters yazır ki, sözü gedən insidentlə bağlı Türkiyə İsveç parlamentinin spikeri Andreas Norlenin Ankaraya yanvarın 16-a nəzərdə tutulmuş səfərini ləğv edib.

Cənab Norlen əvəzində Helsinkiyə səfər edib və burada finlandiyalı həmkarı Matti Vanhanenlə birgə mətbuat konfransı keçirib. Bu mətbuat konfransında Vanhanen deyib:

"Biz bir daha vurğulayırıq ki, Finlandiya və İsveçdə ifadə azadlığı var və biz buna nəzarət etmirik”.

Bu arada İsveçin baş naziri Kristerson yanvarın 16-da demişdi ki, o ölkəsinin NATO üzvlüyü ilə bağlı sənədin Türkiyə parlamentində ratifikasiya ediləcəyinə inanır.

Amma Ərdoğanın sözçüsü İbrahim Kalın iki gün əvvəl xəbərdarlıq etmişdi ki, Türkiyə parlamentinin sözü gedən sənədləri ratifikasiya etməsi üçün vaxt daralır.

XS
SM
MD
LG