Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Sərhəddə toqquşmalar. Baş katib 'DQR' ifadəsi işlətdi


Nikolay Bordyuzha
Nikolay Bordyuzha

Azərbaycan Ermənistanın PUA-nı vurduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu haqqında məlumat yayıb.

Məlumatda olayın bu gün, dekabrın 29-u axşam saatlarında baş verdiyi bildirilir.

“Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlara cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunaraq xüsusi üsulla yerə endirilib” - deyə məlumatda qeyd edilir.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-u yaydığı başqa bir məlumatda səhər saatlarında cəbhədə vəziyyətin gərginləşdiyini bildirirdi.

Məlumatda qeyd edilirdi ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan dövlət sərhəddini pozmağa cəhd göstərərkən pusquya düşüb.

Buna da bax:​ Petrosyan:"İndiki kompramis sülh planını qəbul etməsək daha pis olacaq"

Müdafiə Nazirliyinin bildirməsinə görə, Ermənistan hərbiçiləri canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

“Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Çingiz Salman oğlu Qurbanov itkin düşüb” - deyə məlumatda qeyd edilir.

Ermənistanın Müdafiə Nazirliyi isə iddia edir ki, Azərbaycan 7 hərbçi itirib. Ancaq Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edib.

XİN: “Ermənistan qəsdən vəziyyəti gərginləşdirir”

“Münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa çalışır. Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamaq istəyir”.

Xarici İşlər Nazirliyinin (XİN) dekabrın 29-da yayılmış bəyanatında belə yazılır. Nazirlik səhər saatlarında dövlət sərhəddində baş verən hadisəni belə dəyərləndirir.

Buna da bax: 2016: Ordunun uğuru danışıqlarda 'əridi'

“Dəfələrlə bəyan etmişik ki, Ermənistanın təcavüzünü davam etdirməsi və qoşunların Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir”, nazirlik bildirir.

“KTMT-nin baş katibinin müraciəti qəbuledilməzdir”

XİN Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibinin məsələ ilə əlaqədar şərhinin də birtərəfli olduğunu qeyd edib.

“KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ respublikası” kimi müraciət etməsi qəbuledilməzdir. KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir”, nazirlik vurğulayıb.

Buna da bax:​ Ermənistan prezidenti: 'Bircə məqsədimiz var...'

Bəyanatda Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğu vurğulanır.

“Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə öz səylərini və substantiv danışıqları davam etdirəcək”, bəyanatın sonunda qeyd olunub.

Kollektiv Təhlükəsizlik Təşkilatının saytında yer alan məlumatda "Dağlıq Qarabağ Respublikası" ifadəsi yer alıb.

Deyilir ki, baş katib sərhəddəki son toqquşmanı təxribat xarakterli sayır, xüsusən də "apreldə Dağlıq Qarabağ Respublikasındakı kifayət qədər ağır insident fonunda".

Müdafiə Nazirliyi Ermənistan tərəfi təkzib edir

"Ermənistan ordusunun rəhbərliyi təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur".

Buna da bax:​ 'Prezidentlərin xəbəri olmadan da cəbhədə vəziyyət gərginləşə bilər'

Bu barədə Müdafiə Nazirliyindən (MN) APA-nın sorğusuna cavab olaraq bildirilib.

MN-dən bir daha bəyan ediblər ki, hadisə nəticəsində bir Azərbaycan hərbçisi itkin düşüb.

"Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb". - deyə MN-dən bildiriblər.

Ağdam rayonunun Əhmədağalı kəndində bir evə mərmi düşməsi və evin yanması haqda məlumatı yerli İcra Hakimiyyəti də təkzib etmişdi.

* * *

Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq aləmə üz tutdu.

“Beynəlxalq aləm, ilk növbədə də Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupu Azərbaycan rəhbərliyini təcili ayıltmalıdır”.

Buna da bax: Kocharian: 'Azərbaycanın mövqeyi elə bir mərhələyə gətirib çıxarıb ki...'

“Pan Armenian” saytının məlumatına görə, belə bir bəyanatla aprelin 29-da Azərbaycanla sərhəddə baş verən silahlı toqquşmaya münasibət bildirən Ermənistan Xarici İşlər Nazirliyi çıxış edib.

Nazirlik Azərbaycan tərəfini diversiyada günahlandırır.

Bəyanatda bildirilir ki, beynəlxalq aləm dəfələrlə atəşkəs rejiminə hörmətlə yanaşmağa çağırıb, xüsusilə də bayram günlərində. Amma buna baxmayaraq Azərbaycan Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaları pozaraq yeni avantyuralara gedir.

***

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” nın (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmanı təxribat adlandırıb: ”Təşkilatın baş katibliyi bu insidenti narahatlıqla qaşılayır. KTMT üzvü olan ölkənin ərazisində baş verən bu hərəkətə təxribat kimi baxırıq, xüsusilə də bu ilin aprelində Dağlıq Qarabağdakı cəbhə xəttində baş verən ağır silahlı insident fonunda", baş katib bəyanatında bildirib.

* * *

Cəbhədə sakitlikdir

Tovuz rayonunun Ağdam kəndinin bələdiyyə sədri Rəhilə Əsgərova deyib ki, əvvəlki gecələr ara-sıra silah səsləri eşidilsə də, dekabrın 29-u gecəsi atışma daha güclü olub: «Az qalıb ki, dava başlasın. Bir neçə saatdan sonra atışma sakitləşib. İndi sakitlikdir».

Buna da bax:​ Hərbi vəziyyət olarsa...

Bələdiyyə sədri əslində nə baş verdiyindən xəbərsiz olduqlarını deyir: «Bilmirəm qorxurlar atırlar, qorxudurlar atırlar. Şükür, hələ salamatlıqdır».

İllərin təcrübəsinə söykənərək Rəhilə Əsgərova deyir ki, iki gün sonra atışma səsləri daha çox eşidiləcək: «Bayram axşamı yenə atacaqlar».

«HƏRBÇİLƏRİMİZ SÜSTLƏŞİBLƏR»

Ağbulaq kənd bələdiyyəsinin sədri Sabir Qafarov da ara-sıra atışma olduğunu söyləyir: «Bura qaynar nöqtədir. Hərdən olur. Amma demək olmaz hər gün atırlar, ən azı iki gündən bir atırlar».

O, dekabrın 28-i və 29-u gecəsi də seyrək atışma səslərinin eşidildiyini, ancaq nə hərbçilər, nə də yerli sakinlər arasında tələfat olmadığını bildirir.

Sabir Qafarov bir şeydən narahatdır: «Hərbçilərimiz süstləşiblər, aktivlik yoxdur. Ermənilər aktivləşiblər».

Buna da bax:​ MN: 'Ermənistanın daha bir pilotsuz uçuş aparatı vuruldu'

O, hətta yerli sakinlər arasında təşvişə düşənlərin olduğunu da gizlətmir.

Pusquya düşüblər - MN

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-u cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan dövlət sərhəddini pozmağa cəhd göstərərkən pusquya düşüb.

Müdafiə Nazirliyinin bildirməsinə görə, Ermənistan hərbiçiləri canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

“Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Çingiz Salman oğlu Qurbanov itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür”-deyə məlumatda qeyd edilir.

Buna da bax:​ Ermənistan müdafiə nazirliyinə 10 milyonlarla dram ittihamı

Müdafiə Nazirliyi bildiririr ki, son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı təxribatlara əl atır.

Ermənistanın Müdafiə Nazirliyi isə iddia edir ki, Azərbaycan 7 hərbçi itirib.

Nazirliyin sözçüsü Ermənistan ordusunun mövqe əldə verməsi haqda yayılan məlumatları da təkzib edib.

*

Ermənistanın müdafiə nazirliyi 3 hərbçisinin öldüyünü bildirir.

Məlumatda onların baş leytenant Şavarş Melikyan və sıravi əsgərlər Edqar Narayan və Erik Abovyan olduqları bildirilir.

Erməni tərəfinin məlumatına görə, Azərbaycanın "diversiya qrupu" itki verərək geri oturdulub.

Ermənistan müdafiə nazirliyinin sözçüsü Artsrun Ovannisyan AzadlıqRadiosunun Ermənistan xidmətinə, Azərbaycan tərəfinin dəqiq neçə nəfər itki verdiyinin bəlli olmadığını, amma 1 Azərbaycan əsgərinin meyitinin Ermənistan tərəfdə qaldığını bildirib.

Buna da bax: 'Rusiya NATO-su'nun başına erməni keçə bilər

Ermənistanın xarici işlər nazirliyi yaranmış vəziyyətə müvafiq addımlar atılacağını bildirib.

*

Ermənistanın Müdafiə Nazirliyi cümə axşamı Azərbaycan tərəfinin "diversiya cəhdi" barədə məlumat yayıb.

Məlumatda iddia olunur ki, dekabrın 29-da səhər Azərbaycan əsgərləri Ermənistanın Tavuş rayonu Çinari kəndi ərazisinə keçməyə cəhd ediblər, Ermənistan ordusunun əsgərləri onlarla döyüşə girib.

Bu barədə Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözmüsü Artsrun Ovannisyan məlumat yayıb.

Onun bildirdiyinə görə, snayperlərin və qumbaraatanların istifadəsi ilə döyüç davam etməkdədir.

Buna da bax:​ Robert Kocharian: 'O vaxt aprel savaşı yox idi...'

Ovvanisyanın yazdığına görə, "Ermənistan silahlı qüvvələri vəziyyətə nəzarət edir".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna məlumatdan xəbərdar olduqlarını, amma rəsmi məlumat olmayınca heç nə deyə bilməyəcəklərini bildirdilər.

İTKİLƏR VAR

"Çinari kəndi yaxınlığında döyüş davam edir, hər iki tərəfdən ölən və yaralanan var".

Bunu isə AzadlıqRadiosunun Ermənistan xidmətinə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gevorq Altunyan deyib.

Ermənistan tərəfi tezliklə bununla bağlı rəsmi məlimat yayacağını deyir.

O deyib ki, "hələ ki məlumat dəqiqləşdirilir, amma güman ki, Ermənistan tərəfdən itkilərin olması məlumat təsdiqini tapacaq".

Altunyan iddia edir ki, "əlbəttə ki, Azərbaycan tərəfindən ölən və yaralanan var".

Buna da bax: General Babayan: 'Ermənistan rəhbərliyi əraziləri qaytarmağa razılıq verib'

Qeyd edək ki, bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində hərbi toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla hərbçi həlak olub.

Azərbaycan həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad olunduğunu bildirir.

Aprelin 5-də isə tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər.

Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini münaqişəni qızışdırmaqda ittiham edir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

XS
SM
MD
LG