Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:56

"Azərbaycanda Ermənistan qeydiyyatı ilə yaşayıram"


İllüstrasiya
İllüstrasiya

►“27 ildir ki, Azərbaycanda Ermənistanda aldığım passport ilə yaşayıram. Bu illər ərzində dövlət orqanlarına, məhkəmələrə dəfələrlə müraciət etmişəm ki, məni Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etsinlər. Vəkilim də mənzil, sənəd problemlərimi həll edəcəyini vəd etdi”.

Bunu “Qaynar xətt”ə cibində hələ də sovet pasportu gəzdirən, vətəndaşlığı və yaşayış qeydiyyatı Ermənistana olan 45 yaşlı Rüstəm Cavadov deyir.

Onun sözlərinə görə, 1988-ci ildə Ermənistanın Vedibasar rayonu, Şiitli kəndindən ailəlikcə qaçqın düşüblər. 4 nəfərdən ibarət ailə üzvü ilə Bakıya gəlib.

Ermənistandakı 10 otaqlı mənzilini Bakıda, Nərimanov rayonu, İnqilab küçəsindəki 2 otaqlı mənzillə dəyişib:

“Sonra qərar verildi ki, Ermənistandan qaçqın düşənlər Bakıda deyil, rayonlarda məskunlaşsınlar. Bizi də dəyişdiyimiz evdən çıxardılar. Bu qərar qısamüddətli oldu və tezliklə qüvvədən düşdü. Ancaq bizim dəyişdiyimiz ev özümüzə qaytarılmadı. Bununla da 4 nəfərdən ibarət ailə üzvümlə küçədə qaldım. Nərimanov Rayon İcra Hakimiyyətinə fasiləsiz müraciətlərimdən sonra 14 il əvvəl qurum Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Komitəsinin Nərimanov Rayon Şöbəsinə məktub yazdı. 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Eyvaz Eyvazovun nəzarəti altında Azadlıq prospekti, 116 saylı evin 99-cu mənzilinə köçürüldük”.

Buna da bax: Avropa Şurası birgə işçi qrupdan çıxır

MƏNZİLDƏ 25 GÜN YAŞAYIBLAR

Ancaq ailənin rahatlığı çox sürməyib. Dövlət qurumlarının nəzarəti altında yerləşdirildikləri mənzildə cəmi 25 gün yaşaya biliblər. Bir gün məhkəmə icraçıları (indi icra məmurları-red.) qapını döyərək mənzildən çıxarılmalarına dair məhkəmə qərarının olduğunu bildiriblər:

“Bizi zorla evdən çıxardılar. Heç əşyalarımızı da götürə bilmədik. Mən təkrar Nərimanov rayon İcra Hakimiyyətinə üz tutdum ki, başımıza bu nə oyundur açırlar. Dedilər, Ali Məhkəməyə kassasiya vermək üçün vəkil lazımdır”.

Rüstəm Cavadov vəkil tutub, 3 min manat da pul ödəyib. Vəkil söz verib ki, Ali Məhkəmənin sədri ilə danışıb məsələni onun xeyrinə həll edəcək. Ancaq Ali Məhkəmə də ümidini doğrultmayanda aldadıldığını başa düşür:

Buna da bax: MTRŞ sədri «ANS-in sifəti»dən söz açdı

“EVİMİZİ QAYTARA BİLMİRSƏ...”

“Biz qanuna tabe olmuşuq. İndi də dövlət evimizi qaytarmır. Əgər evimizi qaytara bilmirsə, o zaman bizi Ermənistana qaytarsınlar. Onsuz da Azərbaycan vətəndaşı deyilik. Biz havada olan adamlarıq. Nə yerimiz, yurdumuz, nə də sənədimiz var”.

Nərimanov rayon İcra Hakimiyyətindən bildiriblər ki, Cavadovları həmin ünvana müvəqqəti məskunlaşdırıblar. Lakin sonradan mənzilin mübahisəli olduğu üzə çıxıb. İcra hakimiyyəti də məhkəmənin qərarına qarşı çıxa bilməzdi.

NATURALİZASİYA QAYDASINDA VƏTƏNDAŞDIRLAR

Hüquqşünas Asima Nəsirli deyir, 1998-ci ilin oktyabr ayında “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” qanun qüvvəyə minib. Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə Azərbaycan ərazisində 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-nədək məskunlaşmış qaçqın Azərbaycan vətəndaşıdır.

Buna da bax: İŞİD üçün bu qədər «Toyota» haradandır?

Hüquqşünas:

“Bu, o deməkdir ki, həmin qaçqınlar naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş oldular. Əgər Cavadovların hər hansı sənədi yoxdursa, faktiki yaşadıqları ərazi üzrə polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməlidilər. Bu zaman mütləq qaçqın vəsiqəsi təqdim etməlidirlər. Bu yolla polisin inzibati binasının yerləşdiyi ünvanda qeydiyyata alına, şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilərlər. Belə hallarda problem qaçqın vəsiqəsi olmayanlarda yaranır. Çünki onlar qaçqın olduqlarını məhkəmə yolu ilə sübut etməli olurlar”.

İNZİBATİ İQTİSAD MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNMALIDI

Asima Nəsirli deyir, əgər qaçqının idarənin inzibati binasına qeydiyyata alınmasından imtina olunarsa, çıxış yolu məhkəmədir:

“Onlar məskunlaşdıqları ərazi üzrə polis idarəsinə, rəsmi imtina cavabı alandan sonra 30 gün ərzində polis idarəsinin yerləşdiyi ərazi üzrə inzibati iqtisad məhkəməsinə müraciət etməlidirlər”.

Hüquqşünasın sözlərinə görə, iddia ərizəsində “Vətəndaşlıq Haqqında” Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi əsas götürülərək, qaçqın vəsiqəsinin təsdiqlənmiş surəti də ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmalıdır. Qaçqın ərazi üzrə polis idarəsinin inzibati binasına qeydiyyata alınmaqla 10 iş günü ərzində şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin polis orqanının üzərinə öhdəlik kimi qoyulmasını tələb etməlidir.

XS
SM
MD
LG