Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:54

Sülhməramlılar ermənilərin Həkəri postuna yürüşünü müşayiət etməyəcəklər


Özlərini “Laçın dəhlizinin açılması uğrunda xalq hərəkatının” üzvləri adlandıran qrupun fəalları general Aleksandr Lentsovla görüş tələb edirlər
Özlərini “Laçın dəhlizinin açılması uğrunda xalq hərəkatının” üzvləri adlandıran qrupun fəalları general Aleksandr Lentsovla görüş tələb edirlər

Rusiya sülhməramlı kontingenti komandanının müavini Sazonov ermənilərin Laçın dəhlizinin açılması üçün planlaşdırdıqları vətəndaş təşəbbüsü iştirakçılarının tələbinə məktubla cavab verib.

Avqustun 7-də göndərilmiş məktubda deyilir ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı sülhməramlıların avtoyürüşləri müşayiət etmələrini, habelə müxtəlif aksiya və mitinq iştirakçılarının təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutmur.

Təşəbbüs iştirakçılarından Artur Osipyan bu məktubu dərc edib:

“Sülhməramlılar nəqliyyat-buraxılış məntəqələrində qadağan olunmuş əşyaların, o cümlədən odlu silah və partlayıcı maddələrin olub-olmadığını yoxlayırlar”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, komandan müavini habelə Azərbaycan teleqram kanallarında Rusiya sülhməramlılarının avtoyürüş bəhanəsi ilə Həkəri postundakı Azərbaycan hərbçilərinə qarşı qüvvə tətbiq edəcəklərinə dair yayılan xəbərləri təkzib edib.

Məktubda deyilir ki, dinc etiraz aksiyalarının keçirilməsi sülhməramlı qüvvələrin onlara qarşı hərbi əməliyyat keçirməsinə əsas vermir.

“Laçın dəhlizinin açılması uğrunda xalq hərəkatı”

Azatutyun xatırladır ki, “Laçın dəhlizinin açılması uğrunda xalq hərəkatının” üzvləri bu yaxınlarda avtobuslarla Azərbaycanın Həkəri postuna yürüş keçirməyi planlaşdırırlar.

Onlar deyirlər ki, “yolun açıq olmasına dair İlham Əliyevin bəyanatlarının yalan olduğunu isbat etmək istəyirlər”.

Xəbərdə deyilir ki, hərəkat üzvləri avqustun 4-də Rusiya sülhməramlılarının Qarabağdakı qərargahına gələrək sülhməramlı kontingentin komandanı Aleksandr Lentsovla görüş tələb etmişdilər.

Onlar general Lentsovdan sülhməramlıların avtoyürüşün təhlükəsizliyini təmin etməsini tələb edirdilər.

Hərəkat üzvlərinə bildirilmişdi ki, onların sorğusuna yazılı qaydada cavab veriləcək.

'Xankəndi erməniləri ilə Bakı yeni razılaşma imzalamalıdır...'. Bakı-Yerevan. 3-cü DEBAT
Gözlə

No media source currently available

0:00 0:16:28 0:00

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG