Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:07

Ermənistan və Azərbaycan nəqliyyat dəhlizi ilə bağlı yenə bir-birini ittiham edir


N.Paşinyan
N.Paşinyan

Ermənistanla Azərbaycan yenidən bir-birini 2020-ci il sazişinə riayət etməməkdə, sərhədləri ticarət və səyahət üçün açmamaqda ittiham edib.

Həftəsonu Yerevanda konfransda çıxış edən Ermənistanın baş naziri Nikol Paşınyan hökümətinin “Sülh qovşağı” layihəsini təbliğ edib. O, layihənin iki ölkə arasındakı nəqliyyat əlaqələrində bir növ örnək olduğunu düşünür.

Paşınyan təkid edir ki, bu layihə 2020-ci ildə Qarabağda Rusiyanın vasitəçiliyi ilə müharibəni dayandıran atəşkəş bəyanatının 9-cu bəndinə tam uyğundur. Müddəa rəsmi Yerevanın üzərinə Sünik vilayətindən keçəcək və Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirəcək nəqliyyat dəhlizi açmaq öhdəliyi qoyur.

Ermənistan baş nazirinin təbliğ etdiyi layihəyə görə, ölkəsi Naxçıvana aparan nəqliyyat dəhlizinə tam nəzarət etməlidir. Paşınyan iddia edir ki, rəsmi Bakının bu layihəyə qarşı çıxmasının səbəbi sonuncunun “Ermənistana qarşı aqressiv niyyətləri” və ölkəsinin blokadasını davam etdirmək istəyidir.

XİN sözçülərinin bəyanatları

Azərbaycan Xarici İşlər Nazirliyi səslənən iddianı dərhal təkzib edib. Qurumun sözcüsü Ayxan Hacızadə N.Paşinyanı “reallığı təhrif etməkdə” və 9-cu müddəaya əsasən rəsmi Yerevanın öz öhdəlyinı “etinasızlıqda” ittiham edib.

Ermənistan XİN isə oktyabrın 14-də rəsmi Bakının ittihamlarını rədd edib və sonuncunu 2020-ci il atəşkəs sazişinini daha vacib müddəalarını pozmaqda suçlayıb.

““Sülh qovşağı” layihəsi tam dəqiqliklə Ermənistan Respublikasının götürdüyü öhdəlikləri yerinə yetirməsinin yol xəritəsini özündə əks etdirir. Məhz bunun çərçivəsində biz Azərbaycan tərəfinə öz təkliflərimizi yollamışıq", -- deyə nazirliyin sözcüsü Ani Badalyan söyləyib.

Bununla belə Badaliyan nə həmin təklifləri açıqlayıb, nə də ki Azərbaycan tərəfinin onlara cavab verib-vermədiyini söyləyib. O, ikitərəfli nəqliyyat əlaqələrinin "açılması prosesinə" “mümkün qədər tez” başlamağa çağırıb.

İran və Rusiyanın mövqeyi

Azərbaycan rəhbərliyi Naxçıvana gedəcək dəhlizin eksterritorial xarakter daşımasında və Sunik ərazisindən keçəcək dəhlizdə hər iki istiqamətdə insan və yüklərin Ermənistanın sərhəd yoxlanışlarından tam azad olmasında təkid edir. Sünik Ermənistanın İranla sərhəddə yerləşən yeganə bölgəsidir. Bu, İranın rəsmi Bakının dəstəklədiyi “Zəngəzur dəhlizi”nə niyə qəti şəkildə qarşı çıxdığını izah edir.

Avqustun sonunda həmçinin Rusiya Ermənistanı 2020-ci il sazişini “sabotaj etməkdə” günahlandırıb. Rəsmi Yerevan ittihamları rədd edib. Bu isə öz növbəsində iki ölkə arasında münasibətləri daha da gərginləşdirib.

Adıçəkilən sazişin 9-cu müddəasına əsasən, Sünik üzərindən hərəkət edəcək insan və nəqliyyat tranzitinə “nəzarəti” Rusiya sərhədçiləri gerçəkləşdirəcək. Badalyan təkidlə bildirib ki, bu, rusiyalı sərhədçilərin gələcək tranzit yolu boyu “fiziki mövcudluğu” anlamına gəlməməlidir.

Dəhliz məsələsi saziş layihəsindən çıxarılsa da...

Dəhlizin çəkilməsinin praktiki şərtləri Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli qrup tərəfindən hazırlanmalı idi. Rəsmi Moskvanın sözlərinə görə, Ermənistan tərəfi 2023-cü ilin iyununda əldə edilmiş konkret razılaşmaları yerinə yetirməkdən imtina edir. Ermənistanlı liderlər bunu təkzib edib. Onlar “Sülh qovşağı” layihəsini 2023-cü ilin noyabrında irəli sürüblər.

Bu ilin əvvəli rəsmi Bakı və Yereran bu məsələnin müzakirə olunan sülh sazişi layihəsindən çıxarmağa razılaşıblar. Paşınyan höküməti bu addımın sülh müqaviləsini imzalamağa yardımçı olacağına ümid edirdi.

Bununla belə, Azərbaycan prezidenti İlham Əliyev Ermənistan konstitusiyasında dəyişiklik edilməsini sülh sazişi üçün əsas şərt kimi irəli sürüb.

Ermənistan rəsmiləri son aylar dəfələrlə bəyan ediblər ki, onlar sülh sazişinin tezliklə bağlanmasına tərəfdardırlar. Ancaq İ.Əliyev razılaşdırılan hissəni imzalayaraq, razılaşdırılmayan müddəalara sonraya saxlamağı "reallıqdan kənar" saydığını deyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG