Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Ermənistan Haaqa məhkəməsinin yurisdiksiyasına rəsmən daxil oldu


Ermənistanın baş naziri Nikol Paşinyan və Haaqa məhkəməsinin Putinin həbsinə order vermiş prokuroru Kərim A. Xan (Arxiv fotosu)
Ermənistanın baş naziri Nikol Paşinyan və Haaqa məhkəməsinin Putinin həbsinə order vermiş prokuroru Kərim A. Xan (Arxiv fotosu)

Ermənistan fevralın 1-də rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (International Criminal Court - ICC) yurisdiksiyasına qoşulub.

Ermənistan parlamenti bundan 4 ay əvvəl Moskvanın xəbərdarlıqlarına baxmayaraq Haaqada mənzillənmiş beynəlxalq məhkəmə ilə müqaviləni ratifikasiya etmişdi.

Ermənistanın Konstitusiya Məhkəməsi sənədin ratifikasiya olunmasına ötən mart ayında, həmin məhkəmə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verəndən bir həftə sonra yaşıl işıq yandırmışdı.

Moskva Haaqa məhkəməsinin Putinə qarşı ittihamlarını qətiyyətlə rədd edir və bildirir ki, məhkəmə əslində Qərb hökumətlərinin göstərişi ilə hərəkət edib.

Ermənistan parlamenti oktyabrın 3-də Roma Statutu və ya əhdnaməsi kimi tanınan bu müqaviləni ratifikasiya etməklə Moskva ilə münasibətləri gərginləşdirəcək daha bir addım atmışdı.

Putin “Ermənistana gedəcəyəm” desə də...

Rusiya rəsmiləri bildirirdilər ki, Yerevan bu “dost olmayan” hərəkəti ilə Rusiya-Ermənistan münasibətlərinə ciddi zərbə vurub.

Onlar Yerevanın bu sənədin ratifikasiyasının Putinin həbsilə nəticələnməyəcyinə dair verdiyi zəmanətləri rədd etmişdilər.

Yerevanın Haaqa tribunalının yurisdiksiyasına rəsmən qoşulması o deməkdir ki, Putin Ermənistana səfər etdiyi təqdirdə həbs olunmalıdır.

Lakin Putin bu hadisənin əhəmiyyətini azaltmağa çalışmış və bildirmişdi ki, gələcəkdə Ermənistana səfər edə bilər.

Putinin sözçüsü Dmitri Peskov Ermənistanın BCM-ə qoşulmasını daha ehtiyatla şərh etmişdi:

“Bu, ümumən Ermənistanın suveren hüququdur. Amma digər tərəfdən çox mühümdür ki, belə qərarlar bizim ikitərəfli münasibətlərimizi de facto və de jure təsirləndirməsin. Biz bu müasibətlərə böyük dəyər verir və inkişaf etdirmək istəyirik”.

“Dünya Putin üçün daralmaqda davam edir”

Paşinyan hökumətinin rəsmi açqılamalarında deyilirdi ki, Yerevan BCM-in yursidiksiyasına daxil olmaqla Azərbayacana qarşı hüquqi müstəvidə mübarizə aparmaq və Bakının gələcək hücumlarının qarşısını almaq imkanı qazanacaq.

Ermənistan müxalifəti isə bildirirdi ki, Paşinyan hökuməti bu yurisdiksiyadan niyyət etdiyi kimi istifadə edə bilməyəcək, çünki Azərbaycan Haaqa tribunlanın yurisdiksiyasına daxil deyil.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Yerevanın Roma statutunu ratifikasiya etməsini alqışlamışdılar.

Avropa Komissiyasının rəhbəri Urusla von der Leyen bəyan etmişdi ki, Yerevanın BCM-in yurisdiksiyasına daxil olması Putini birbaşa təsirləndirməlidir.

O hələ oktyabr ayında demişdi ki, “dünya Kreml avtokratı üçün daralmaqda davam edir”.

XS
SM
MD
LG