Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:44

Kocharian: 'Azərbaycanın mövqeyi elə bir mərhələyə gətirib çıxarıb ki...'


Shavarsh Kocharyan
Shavarsh Kocharyan

Azərbaycanın mövqeyi elə bir mərhələyə gətirib çıxarıb ki, artıq Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyiş gözləmək mümkün deyil.

Bunu Ermənistanın Xarici işlər nazirinin müavini Shavarsh Kocharian deyir.

«Bu günə qədər danışıqlar prosesində irəliləyiş yoxdur. Üstəlik, bu mərhələdə, Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalar gerçəkləşməmiş irəliləyiş gözləmək də mümkün deyil. Ona görə də, müharibənin yenidən qızışması təhlükəsi qaldıqca, tərəflər arasında etimad olmadıqca, döyüş xəttində atışma və təxribat davam etdikcə, danışıqlar prosesinin özündə irəliləyiş gözləmək mümkün deyil. Vasitəçilərin, həmsədrlərin ikinci missiyası hərbi əməliyyatların bərpasına imkan verməməkdir. Təəssüf ki, bu missiya artıq birinci yerə keçir», - deyə Shavarsh Kocharian mətbuat konfransında bildirib.

Buna da bax:​ Məmmədyarov: ‘Güclə sərhədlərin pozulması qəbuledilməzdir’

“DAĞLIQ QARABAĞA DƏXLİ YOXDUR”

Xarici işlər nazirinin müavini həmçinin bildirib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin gələn ay Hamburqda görüşü məsələsi hələ dəqiqləşdirilməyib.

Ermənistan prezidenti Serzh Sargsian bir neçə gün öncə bir rus telekanalına müsahibəsində bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Kocharian-ın sözlərinə görə, bu bəyanatın Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur. «Azərbaycanın ərazi bütövlüyünün Dağlıq Qarabağa Respublikasına heç bir aidiyyatı yoxdur. Məna bundan ibarətdir», – o vurğulayıb.

Buna da bax: Erməni hüquq müdafiəçisi: 'Serzh Sarkisian prezident yox, işğalçıdır'

Ermənistan XİN-nin rəsmisi ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick-in bəyanatını gözlənilməz saymır. Warlick gələn ilin yanvarından həmsədr səlahiyyətlərini icra etməyəcəyini bildirib. Belə ki, onun missiyası başa çatmaq üzrədir.

Nazir müavini amerikalı həmsədrin Rusiyanın bir hüquq şirkətində işə başlayacağını da qeyri-adi hesab etmir. «Vəzifəsindən gedəndən sonra, o, öz həyatı ilə bağlı istədiyi qərarı verməkdə azaddır. Əvvəlki həmsədr Matthew Bryza-nın da müəyyən istəkləri var idi», – Shavarsh Kocharian deyib.

Buna da bax:​ V.Martirosian: 'Müharibə Ermənistanda 500 nəfərə lazımdır'

“KƏSKİN ADDIMLAR EHTİMALI BÖYÜK DEYİL”

Kocharian-ın sözlərinə görə, Minsk qrupu həmsədrlərinin rolunu şişirtməyə dəyməz. Onlar sələflərinin işini davam etdirirlər. Donald Trump-ın ABŞ prezidenti seçilməsi isə müəyyən dəyişikliklərə yol aça bilər. «Aydındır ki, ...Amerikada..., yeni prezident gələndə, oturuşmuş institutlar, ekspert qrupları, siyasət var. Bu nöqteyi-nəzərdən burada çox kəskin addımlar ehtimalı çox deyil. Ancaq təbii ki, prezidentin səlahiyyətləri ATƏT-in Minsk Qrupundakı təmsilçisindən fərqlidir və burada bu və ya digər istiqamətdə müəyyən dəyişikliklər mümkündür», – Ermənistan XİN-nin rəsmisi bildirib.

Bir ay bundan öncə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick Ermənistanda olarkən bildirmişdi ki, həmsədrlərin səfərinin əsas məqsədi ATƏT-in müşahidə missiyasının genişləndirilməsidir və bu məsələ ilə bağlı tərəflərin razılığı var. O qeyd etmişdi ki, yalnız bəzi detalları dəqiqləşdirmək qalıb.

Buna da bax: 'Prezidentlərin xəbəri olmadan da cəbhədə vəziyyət gərginləşə bilər'

Ermənistanlı nazir müavini söyləyib ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk-in missiyasının genişləndirilməsi məsələsində də hələ irəliləyiş əldə olunmayıb. «Burada, heç olmasa, irəliləyiş imkanına ümid var. Məhz bu səbəbdən, Warlick yalnız Kasprzyk-in qrupunun imkanlarının artırılması ilə bağlı məqamları qeyd edib. Ancaq, deməliyəm ki, Azərbaycan rəsmən "hə" desə də, bu məsələnin həllinə müxtəlif əngəllər yaradır», – Kocharian deyib.

XATIRLATMA

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində gedən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Buna da bax:​ Elmar Məmmədyarov: 'Ermənistan pozucu siyasət yürüdür'

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG