Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:40

Kreditini ödəyə bilməyən ailə evini necə qorudu?


Qazaxıstan, Kasymhan Zhanysbaev ailəsi ilə birgə. Shymkent, 31Avq2016.
Qazaxıstan, Kasymhan Zhanysbaev ailəsi ilə birgə. Shymkent, 31Avq2016.

Evlərini qorumaqdan ötrü intihara cəhd göstərdilər

Çimkəntdə yaşayan Zhanysbayevlər ailəsi əlil qızlarının müalicəsinə bankdan kredit götürərkən, evlərini girov qoyublar. Ancaq beş uşağı olan cütlük krediti ödəyə bilməyib. Avqustun 24-də məhkəmə icraçılarının onları evlərindən çıxarmağa gəldiyini görən ailə başçısı damarlarını kəsərək intihara cəhd göstərib. Təcili tibbi yardım xidmətinin vaxtında yetişməsi onun həyatını qurtarıb. Bir həftədən sonra məhkəmə icraçıları yenidən qərarı yerinə yetirməyə çalışıblar. Ancaq bu dəfə həm ər özünü 8-ci mərtəbədən atmağa çalışıb, həm də arvad damarlarını kəsməyə cəhd edib. Beləcə, hələlik, bu ailəni mənzildən çıxarmaq mümkün olmayıb.

Mənzil valideynlərdən qalıb

...məhkəmə icraçılarının onları evlərindən çıxarmağa gəldiyini görən ailə başçısı damarlarını kəsərək intihara cəhd göstərib.

Zhanysbayev-lərin dördotaqlı mənzili onlara valideynlərindən qalıb. 40 yaşlı Kasymkhan Zhanysbayev AzadlıqRadiosu-na bildirib ki, "onun beş uşağı və qardaşları, bütövlükdə 10 nəfər qanunsuz olaraq yaşayış yerindən məhrum ola və küçədə qala bilər".

Zhanysbayev deyir ki, 2007-ci ildə iflicdən əziyyət çəkən böyük qızlarının müalicəsinə "Astana Finans" ipoteka təşkilatından 10 il müddətinə kredit götürüblər.

Buna da bax:​ Qadın intiharları çoxalıb

2007-ci ilin oktyabrında qarovulçu işləyən Kasymkhan Zhanysbayev işini itirib. Tibb bacısı çalışan arvadı isə o vaxt analıq məzuniyyəti səbəbindən evdə otururmuş. Xəstə qızlarına ödənən müavinət hesabına yaşayan bu böyük ailənin həmin vaxt krediti ödəmək imkanı olmayıb.

İş o yerə çatıb ki...

Bir həftədən sonra məhkəmə icraçıları yenidən qərarı yerinə yetirməyə çalışıblar. Ancaq bu dəfə həm ər özünü 8-ci mərtəbədən atmağa çalışıb,

İş o yerə çatıb ki, 2010-cu ildə kredit ayıran qurum ailəni məhkəməyə verib. Məhkəmə qurumun xeyrinə qərar çıxarıb və iş dövlət məhkəmə icraçılarına ötürülüb. Onlar evi satmağa çalışsalar da alıcı tapmayıblar. O üzdən, borcu əvəzləməkdən ötrü 2012-ci ildə mənzili ipoteka təşkilatının balansına keçiriblər. Ancaq bu addımı qanunsuz sayan Zhanysbayevlər məhkəməyə üz tutublar. Həmin il məhkəmə mənzili maliyyə təşkilatının balansından çıxararaq, sahiblərinə qaytarsa da, maliyyə təşkilatı pulu almaqdan ötrü işi məhkəmə icraçılarına verib.

Ailə başçısı evi sataraq borcu ödəməyə söz verib, amma yenə alıcı tapılmayıb. 2014-cü ildə qəfildən məlum olub ki, ailənin evini elektron hərracda cəmi altı milyon tengeyə (indiki məzənnə ilə 17 min 515 ABŞ dollarına) satıblar. Ailə əvvəl məhkəməyə, sonra apelyasiya məhkəməsinə müraciət etsə də, hər iki halda işi uduzub.

Buna da bax:​ Qazaxıstanlılar üçün krediti ödəmək çətinləşir

"Deyirlər köçün. Beş uşaqla hara gedək? Mənim əlil uşağım var. Ona həmişə kimsə baxmalıdır. Biz əlil uşağı balaca uşaqlara tapşıra bilmərik ki... Bu bizim yeganə evimizdir. Hara gedəcəyik?", - Kasymkhan-ın arvadı Karlygash Sadyrbayeva gileyini dilə gətirir.

Ailədə bircə nəfər işləyir

Hüquqşünas: «Məhkəmə icraçıları məhkəmə qərarını gerçəkləşdirə bilmədiklərindən, əmlak elektron hərracda satılıb və borc ödənib...»

O, ərinin ailədə işləyən tək adam olduğunu deyir. Qızlarının əlillik müavinətisə yalnız dava-dərmana çatır. Ailə çox vaxt seçim qarşısında qalır və bilmir kommunal xərcləri ödəsin, yoxsa ərzaq alsın.

Kasymkhan Zhanysbayev-in sözlərinə görə, atasının 1985-ci ildə aldığı bu mənzil beş adamın - onun, üç qardaşının və bir bacısının mülkiyyətindədir:

"Mən və qardaşlarım mənzili öz imzamızla girov qoysaq da, evin satılmasına icazə verməmişik".

Ailənin kredit götürdüyü maliyyə təşkilatının ("AF İpoteka") Çimkənddəki hüquqşünası Didar İbrahimov deyir ki, məhkəmə icraçıları məhkəmə qərarını gerçəkləşdirə bilmədiklərindən, əmlak elektron hərracda satılıb və borc ödənib. İndi bütün problemlər alıcı ilə Kasymkhan Zhanysbayev arasında çözülməlidir.

Buna da bax:​ Borcu dollarla olanlara güzəşt intizamı pozar?

“Xalqın evini qoruyaq”

Mənzili satın almış Zhanat Derbis-in qanuni nümayəndəsi Karlygash Derbisova isə deyir ki, onun qardaşı arvadı da çoxuşaqlı anadır, qardaşı isə əlildir: "Biz unutmamalıyıq ki, qanun qarşısında hamı bərabərdir".

"Xalqın evini qoruyaq" ictimai təşkilatının sədri Kulaysha Musiltayeva-nın fikrincə, Zhanysbayev-ləri aldadıblar:

"Qanuna görə, girov qoyulan evin dəyəri alınmış kreditin məbləğindən çoxdursa, bankın onu satmağa ixtiyarı yoxdur. Bu qanunaziddir. Üstəlik, Zhanysbayev-lər ailəsinin vəziyyəti ağırdır. Uşaq əlildir, tək işləyənin də qazandığı yetmir".

Musiltayeva-nın sözlərinə görə, ailə məhkəməyə müraciət edərək, işi uda bilər və təşkilat işə yenidən baxılması üçün onlara vəkil də tutub.

"Xalqın evini qoruyaq" ictimai təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri belə kömək xahişi ilə bu quruma 500 adam müraciət edib.

XS
SM
MD
LG